Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan: 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/59
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#6134
1   ...   49   50   51   52   53   54   55   56   ...   59

171 
 
- Landşaft  parkları  -  ətraf  mühitlə  bağlı  olub,  landşaft  ekzotikliyi  ilə  seçilən  ərazilərdə  təşkil 
olunur. Ekoloji turizm, ekoloji maarifəndirmə, elmi və ekskursiya əhəmiyyəti vardır.  
- Meşəparklar  –   təbii  və  süni  salınmış, landşaft ekzotikliyi  ilə  seçilən  yaşıllıq  zonalarında təşkil 
olunur. Landşaft parklarından fərqi kompleks funksiya yerinə yetirməklə rekreasiya, dərketmə, bədii – 
arxitektur,  sanitar  –  gigiyenik  və  s.  xüsusiyyətləri  özündə  cəmləməsidir.  Meşəparklar  ekskursiya, 
gəzinti,  sakit  istirahət,  müxtəlif  növ  ovçuluq,  idman,  Week  –  End  və  s.  turizm  tədbirlərinin  həyata 
keçirilməsi üçün əlverişli ərazi olmasıdır.  
- Təbii  Milli  Parklar  -    nadir,  tipik  landşaft  nümunələrinin  cəmləşdiyi  ərazilərdə  təşkil  olunur. 
Buraya  xüsusi  mühafizə  olunan  ərazilər,  ekoloji  zonalar,  elmi  əhəmiyyət  kəsb  edən  fauna,  flora 
nümunələinin  cəmləşdiyi  ərazilər  də  aid  edilir.  Təbii  Milli  Parklarda  rekreasiya  –  turizm  fəaliyyəti 
istirahət, ekskursiya xarakterli olur və müəyyən edilmiş zonalardan istifadə etmək mümkündür.   
- Tarixi  –  arxitektur  rekreasiya  parkları  -    müxtəlif  etnoqrafik,  tarixi  –  mədəni  abidələrin 
cəmləşdiyi  ərazilərdə  təşkil  olunur.  Kompleks  rekreasiya  əhəmiyyəti  kəsb  etməklə  dərketmə, 
ekskursiya, səyahət, etnoqrafik turizm məqsədilə istifadə etmək mümkündür. 
Dünyada  2000  –  dən  çox  milli  park,  təbii  rezervat  və  ya  təbiət 
parkı  mövcuddur.  Bunların  əsas  hissəsi  Avropa  ölkələrinin  payına 
düşür. Ən çox Milli Parkı olan ölkə ABŞ-dır. Dünyada mövcud olan 
milli parkların xüsusiyyətlərinə görə və təbiətdən istifadə baxımından 
aşağıdakı qruplara bölmək olar: 
1. Ekoloji və elmi əhəmiyyət kəsb edən turizm məqsədilə geniş 
istifadə  olunmayan,  ekoloji  mühitin  yüksək  səviyyədə  qorunduğu 
Milli  Parklar  və  ya  təbii  rezervatlar.  Bu  növ  Milli  Parkların 
Çexiyada,  Ukraynanın  Karpat  dağları  bölgəsində,  Avstriyada, 
Avstraliyanın  Şor  gölündən  ibarət  cənub  –  qərb  bölgəsinə  təşkil  
olunub. Belə Milli Parklar elmi – təcrübi əhəmiyyət kəsb etdiyi üçün 
turizm fəaliyyətinə qismən icazə verilir. 
2.  Təbii  və  antropogen  komplekslərin  birgə  qorunduğu  əhalinin 
kütləvi turizm hərəkatında istifadə etdiyi  milli və təbii parklar. Belə 
ə
razilərdə  ətraf  mühitin  turizm  baxımından  qiymətləndirilməsi  əsas 


172 
 
götürülür.  Turist  cığırları,  turist  informasiya  mərkəzi,  müşahidə 
məntəqələri,  gecələmək  üçün  yerləşmə  obyektindən  ibarət  olur. 
Hazırda  turizm  üçün  yararlı  sayılan  Milli  Parkların  2/3  hissəsi 
yuxarıda onların payına düşür. 
3.  Safari  məqsədi  ilə  turizmin  daha  çox  təşkil  olunduğu 
fotoofçuluqda geniş istifadə olunan Milli Parklar. Belə Milli Parklar 
mərkəzi  mərkəzi  və  cənubi  Afrika  ölkələrində,  CAR  –  da, 
Avstraliyada, Braziliyada, Hindistanda daha çox yayılıb. 
3.
Dünyanın  məşhur  Milli  Parklarına  və  xüsusi  qorunan 
ə
razilərinə aiddir: 
Şimali Amerika.
Yellouston, Yosemit, Everqlide, Niaqara, Roki 
–  Muntains  və  s.  Dünyada  ilk  təşkil  olunan  Milli  Park  ABŞ-  da 
Yelloustondur (1872). 3000 – dən çox qeyzer, bizonlar və digər təbii 
komplekslər  qorunur.  Milli  Parkın  yaxınlığında  istirahət  mərkəzləri 
təşkil 
olunmuş, 
səyahət 
və 
ekskursiyalar 
üçün 
ə
razilər 
müəyyənləşdirilmişdir. 
Yosemit Milli parkı.
ABŞ-ın qərbində əlverişli coğrafi mövqeyə 
malik ərazidə  yerləşir. İstirahət üçün əlverişli şəraitə  malikdir. Milli 
Parkın  istirahət  və  turizm  mərkəzlərindən  il  ərzində  milyondan  çox 
turist  istifadə  edir.  Milli  Parkın  təbii  meşə  landşaftı  və  meşə 
heyvanları qorunur. 
Mersed çayının yuxarı axarında 178 m hündürlüyündə möhtəşəm 
Nevada-Foll,  onun  yanında  isə  95  m  hündürlüyündə  olan  Vernall-


173 
 
Foll şəlaləsi yerləşir. Milli Parkda Apper-Yosemit və Leuer-Yosemit 
şə
lalələri turistlərin ən çox səyahət etdiyi bölgələrdəndir. 
Yosemit  Milli  Parkının  heyranedici  mənzərələrindən  biri 
yarımdairə  formasında  olan  Half-Dum  dağlarıdır.  Dağın  qalıqları 
alpinistlər  üçün  ən  yaxşı  məşq  meydançasıdır.  Parkın  cənubunda 
Qley-şer-Poin  meydanı  yerləşir.  Bu  parkın  ətraf  əraziləri  görmək 
üçün  ən  yaxşı  nöqtəsidir.  Buradan  Milli  Parkın  bütün  ərazilərini 
görmək mümkündür.  
Park uzunömürlü sekvoya ağaclarının məskənidir. Burada 500-ə 
yaxın  bənzərsiz,  çox  gözəl  sekvoya  ağacları  vardır.  Onlardan  ən 
böyüyü olan Nəhəng Qrizlinin bu yaxınlarda 2700  yaşı qeyd edilib. 
Milli Parkda 1400 bitki, 70 növdən çox məməli heyvanlar yayılıb.  
Yellouston  Milli  Parkı. 
Ümumiyyətlə  ABŞ-da  olan  parkların 
ə
ksəriyyəti  ölkənin  qərbində  yerləşir.  Yellouston  milli  parkı 
Kordilyer  dağının  ətrafında  yaradılıb.  Dünyada  ilk  milli  park  olan 
Yellouston 1872-ci ildə yaradılıb. 
Yellouston  o  qədər  böyükdür  ki,  3  ştatda  yerləşir:  Vayominq, 
Montana, Aydaxo ştatları. Bu park “canlı geologiya” adlanır. Burada 
qeyzerlər,  palçıq  vulkanları,  göllər,şəlalələr,  təkrarolunmaz  dağ 
mənzərələri  mövcuddur.Burada  həm  vulkanik,  həm  də  buzlaq  tipli 
təbiət abidələri var. Yerin altında maqmanın püskürməsi nəticəsində 
yarğan əmələ gəlmişdir. Bu yarğanlar parkın mərkəzində yerləşir. 
Yellouston parkı planetimizin qaynar zonasında yerləşir.Yüksək 
temperatur nəticəsində parkın ərazisindən qeyzerlər çıxır. 5-8 dəqiqə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə