Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan: 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/59
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#6134
1   ...   48   49   50   51   52   53   54   55   ...   59

168 
 
2.  Təbiət    mənzərələrinə,  maddi-mədəniyyət  abidələrinə  turizm 
fəaliyyəti 
zamanı 
dəyən 
ekoloji 
pozuntunun 
minimuma 
endirilməsinin  təmin  edilməsi.  Bu  məqsədlə  ekoloji  monitorinqin 
aparılması, ətraf mühitə dəyən ziyanın ödənilməsi vacibdir. 
3. Milli parklarda turizm fəaliyyətinin ekoloji tərbiyə funksiyası 
yüksək olduğuna görə əhalini kütləvi ekskursiya hərəkatına cəlb edən 
vasitələrindən sayılır. 
Milli  parkların  turizm  ehtiyatı  kimi  istifadənin  məqsədi  və 
vəzifələri aşağıdakılardır: 
1.  Təbii  komplekslərin  qorunması  və  ətraf  mühitlə  əlaqəli  olan 
turizmin  həvəsləndirilməsi.  Bu  məqsədlə  Milli  Parkların  ərazisində 
nadir bitki və heyvan nümunələrinin qorunması üçün xüsusi zonalar 
ayrılır. 
2.  Əhalinin ekoloji maarifləndirilməsi, həmçinin elmi – təcrübi 
ə
həmiyyət  kəsb  etməsi  və  ekoloji  monitorinqin  keçirilməsi  üçün 
ə
lverişli  yer  olması.  Əhalinin  kütləvi  turizm  hərəkatına  qatılması 
üçün  Milli    Parkların    imkanlarından  istifadə    olunur  ki,  bu  da 
insanların  ekoloji  maarifləndirilməsində əhəmiyyətli rola malikdir. 
Milli Parkların  elmi – təcrübi əhəmiyyət kəsb etməsi  burada  olan  
fauna  və  flora  növlərinin  həyat  tərzini,  yaşadığı  ətraf  mühitin  
dəyişmələrinin  öyrənilməsindən  ibarətdir.  
3.  Dağıdılmış    təbiət,    tarixi    abidələrin    bərpası,    həmçinin  
infrastrukturun    yaradılmasından  ibarətdir.    Milli  Parklar    təbii    və  
antropogen    abidələrin    bərpası    ilə    yanaşı,    onlardan    turizm  


169 
 
məqsədilə  istifadəyə  imkan  yaradır.  Bu  məqsədlə  Milli  Parklarda  
müvafiq    infrastrukturlar    yaradılır.    Belə    infrastruktur    obyektlərə  
müşahidə    məntəqələri,    kiçik    yerləşmə    müəssisələrinin    təşkili,  
istirahət  üçün  yerlərin  ayrılması  və s. daxildir. 
4. Ekoloji  monitorinqin  həyata  keçirilməsi.  Milli  Parklar  elmi 
– təcrübi  əhəmiyyət  kəsb  etdiyinə görə  onlarda  müvafiq  dövlət  
və    beynəlxalq    təşkilatlar    tərəfindən    monitorinqlərin    təşkili  
mümkündür.    Belə    monitorinqlərin    aparılması    Milli    Parklarda  
olan    fauna    və    flora    növlərinin    sayına,    artım    dinamikasına  
nəzarət  etməyə  imkan  verir. 
Milli    parkların    turizmlə    bağlı    məhdudlaşdırıcı    funksiyası  
daha  çox  individual  istifadənin  üstünlüyü,  turizm  sənayesinə  aid  
infrastrukturun  tam  təşkil  olunması,  mövcud  təbii  müxtəliflikdən  
istifadə    zamanı    onun    dəyişilməsinə    yol    verilməməsidir.    Milli  
Parklardan    istifadənin    individual    xarakteri    turist    tələbatlarının  
müxtəlifliyi    ilə    bağlıdır.    Belə    ki,    Milli    Parklardan    turizm  
məqsədilə    istifadədə    ekskursiya    və    dərk    etmə    turları    üstünlük  
təşkil    etdiyinə    görə    kütləvi    turizm    hərəkatında    daha    çox  
yararlanırlar. 
Milli    Parklarda    turizmin    təşkili    baxımından    məqsəd    və  
vəzifələrindən  asılı  olaraq  funksiyaları  aşağıdakı  qruplara  ayrılır: 
- İstehlakçı  tələbatına  uyğun  olaraq  turizm  məhsulunun    hazırlanmasında  Milli  Parklardan 
istifadə. Milli Parkların turizm  məhsuluna salınması yuxarıda qeyd olunduğu kimi dərketmə  turlarında 
üstünlük  təşkil  edir.  Bununla  yanaşı  əksər  qərb    ölkələrində  Milli  Parklardan  turməhsulda  istifadənin 
ə
sas    xüsusiyyətləri  safari  turların  təşkili  ilə  bağlıdır.  Bununla  yanaşı    Milli  Parkların  yaxınlığında 


170 
 
müxtəlif  istirahət  obyektlərinin,    əyləncəmüəssisələrinin  olması  ona  olan  tələbatı  artırır,    həmçinin 
bütünlükləturməhsula daxil olmasına imkan verir.    

İ
stehlakçı  tələbatına  uyğun  olaraq  Milli  Parklarda  müşahidə    məntəqələrinin  olması, 
fotoovçuluq  üçün  şəraitin  yaradılması.    Milli  parkın  ərazisindəidarəetmənin  səmərəliliyini  yüksəltmək  
üçün  mövcud  ərazi  daxilində  bir  neçə  tematik  planlar,  fotoşəkillə    əks  olunan  lövhələrinin  verilməsi 
vacibdir. Buna görədə Milli  Parkların girişində onun fauna və flora aləmini əks etdirən  fotoşəkillərin 
nümayiş  etdirilməsi,  müvafiq  cığırları  göstərən    kartoqrafik  planın  olması,  təhlükələr  haqqında 
informasiyanın  verilməsi ondan istifadə edən turistlərin rahatlığını təmin etmiş  olur.     

Tarixi – memarlıq abidələrinin tələb olunan səviyyədə qorunub  saxlanılması, həmçinin Milli 
Parkların  ərazisində  sanitar  normalara  əməl  olunması.  Milli  Parklarda  təbii  və  antropogen  ehtiyatlar  
kompleks  qorunduğuna  görə  onları  əvvəlki  vəziyyətində  bərpası  turist  maraqlarını  artırmış  olar.  Milli 
Parkların  daxilində  olan  tarixi-memarlıq  abidələrindən  istifadə  norması  müəyyənləşdirilir  ki,  bu  da 
turistlərin mövcud ehtiyatlardan səmərəli istifadəsinə imkan verir. 
 

Milli  Parkların  ərazisində  və  onun  yaxınlığında  turizm  infrastrukturunun  stimullaşdırılması 
üçün onların yaxınlığında olan torpaq sahələri icarəyə verilməklə investisiyalar cəlb olunur. Bu da Milli 
Parkların bərpasına, onun inkişaf etdirilməsinə şərait yaradır. 

Milli  Parkların  ehtiyatlarından  səmərəli  istifadə  etmək  üçün  turist  marşrutlarının  təşkilinin 
onunla  əlaqələndirilməsi  mümkündür.  Bu  məqsədlə  həm  Milli  Parkın  daxilində,  həm  də  mövcud 
beynəlxalq və yerli turist marşrutlarına salınması kütləvi turizmin təşkilində əhəmiyyətli rol oynayır.   
2.
Bəzi  Avropa  və  Rus  mütəxəssisləri  Milli  Parkları  turizm 
baxımından istifadəyə görə landşaft, meşəpark, idman parkı, akapark, 
aqropark,  biosfer  parkı  və  s.bölürlər.  Bu  təsnifatda  Milli  Parkların 
ə
traf  mühiti  qorumaq  funksiyası  ilə  yanaşı  onlardan  istifadənin 
formaları  nəzərə  alınır.  Burada  Milli  Parkların  təbii  və  antropogen 
ehtiyatlarla  bağlılığı  üstün  götürülsə  də,  turizmdə  istifadənin 
növlərindən  asılılığı  və  insanların  yaratdığı  idman  –  istirahət 
qurğularının  cəmləşdiyi  ərazilərdə  Milli  Park  kimi  təsnifləndirilir. 
Onu da qeyd edək ki, akvapark, idman, aqroparkların Milli Park kimi 
verilməsi mübahisəli məqam olmaqla düzgün təsnif olunmamışdır. 
Elmi ədəbiyyatda Milli Parkların aşağıdakı növlərinə rast gəlinir: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə