Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri



Yüklə 0,96 Mb.
səhifə64/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   58   59   60   61   62   63   64   65   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

Fərdi (xüsusi) firma – biznes fəaliyyətinin ən klassik formalarından biridir. Belə firmalar adətən, fərdin və ya onun ailə üzvlərinin ümumi mülkiyyəti əsasında təşkil olunur. Bununla yanaşı firmalar başqa mülkiyyətçilərə məxsus olan müəssisələrin satın alınması yolu ilə də yaradıla bilər. Belə müəssisələrin idarə olunması adətən, sahibkarın özü tərəfindən həyata keçirilir. Bir sıra hallarda sahibkar müəssisənin idarə olunması menecerə həvalə edə bilər, lakin belə halda da müəssisənin fəaliyyəti üzərində ümumi nəzarət sahibkarın ixtiyarında qalır. Fərdi firmaların biznes aləmində geniş yayılması onun bir sıra üstünlüklərilə bağlıdır. Bu üstünlüklərə aşağıdakılar aid edilir: a) təşkilinin sadəliyi; b) fəaliyyət azadlığı - sahibkar öz fəaliyyətilə bağlı olan bütün məsələlər üzrə qərar qəbul edilməsində tam azaddır; c) güclü iqtisadi motivin olması- mənfəətin tamamilə sahibkara çatması. Bazar iqtisadiyyatı ölkələrin təcrübəsi göstərir ki, xüsusi mülkiyyət artıq təkcə özünün klassik forması olan fərdi mülkiyyət formasında deyil, həm də kollektiv, kooperativ, qrup və s. formalarda çıxış edir. Belə müəssisələrə şərikli (tam ortaqlı), payçı və şərikli (birgə ortaqlıqlar), məhdud məsuliyyətli müəsssisələr, kooperativlər, səhmdar cəmiyyətləri və s. aid edilir.
Şərikli (tam ortaqlı) müəssisə iki və daha artıq fiziki və hüquqi şəxs tərəfindən müqavilə əsasında təsis edilir. Şəriklər müəssisənin öhdəliklərinin yerinə yetirilməsinə görə bütün əmlakı ilə məsuliyyət daşıyırlar. Əgər fəaliyyət göstərən müəəsisəyə sonradan hər hansı bir şərik daxil olarsa, bu halda o digər şəriklər kimi müəssisənin əvvəlki borclarına görə də bütün əmlakı ilə məsuliyyət daşıyır. Müəssisələr haqqında olan qanunvericiliyə görə hər hansı bir şərik müəssisədən çıxdıqda öz payını geri almaq hüququna malikdir. Şərikli (tam ortaqlı) müəssisədə olan bəzi çatışmazlıqlar onun daha təkmilləşmiş forması olan payçı və şərikli (birgə ortaqlıqlar)
müəssisə formasında aradan qaldırılır. Belə müəssisələr həm şərikin (şəriklərin), həm də payçının (payçıların) vəsaiti əsasında formalaşır. Bir qayda olaraq, şərik müəssisənin öhdəliklərinə və borclaırna görə özünün bütün əmlakı ilə, payçı isə yalnız müəssiyə verdiyi pay həcmində məsuliyyət daşıyır.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə