Mövzu beynəlxalq bazarlarda marketinq təDQİqatlari plan: Beynəlxalq marketinqdə informasiya sistemi Beynəlxalq marketinqdə bazarların tədqiqi



Yüklə 295 Kb.
səhifə1/9
tarix04.06.2022
ölçüsü295 Kb.
#88847
  1   2   3   4   5   6   7   8   9
M-vzu-3


MÖVZU 3. BEYNƏLXALQ BAZARLARDA MARKETİNQ TƏDQİQATLARI
Plan:
1. Beynəlxalq marketinqdə informasiya sistemi
2.Beynəlxalq marketinqdə bazarların tədqiqi
3.Rəqib firmaların öyrənilməsi
4.Marketinq tədqiqatlarının aparılması prosesi


1.Beynəlxalq marketinqdə informasiya sistemi
İnformasiya - bu və ya digər hadisə, təzahür, amillər və onların qarşılıqlı əlaqəsi barədə insan biliklərinin ölçüsünü müəyyənləşdirən məlumatların məcmusudur. Müasir dövrdə istənilən sistemin (fiziki, iqtisadi, sosial) müvəffəqiyyətlə inkişa-fının təmin edilməsi üçün keyfiyyətli, səhih və vaxtında toplanılmış məlumatların olması zəruridir.
Hazırkı zamanda dünya bazarında situasiyanın çox tez dəyişməsi ilə əlaqədar olaraq firmanın xarici bazarda müvəffəqiyyətli fəaliyyəti üçün ali rəhbərliyin vaxtaşırı olaraq dəqiq məlumatlarla təmin olunması zəruridir. Demək olar ki, xarici bazara çıxan firmanın taleyi ali rəhbərliyə təqdim olunan informasiyaların obyektivliyi, tamlığı, səhihliyi, sistemliliyi, vaxtında toplanmasından asılıdır. Bu məlumatlar xarici bazar haqqında firmada olan bilgiləri artırır, optimal qərar qəbulu prosesinə müsbət təsir göstərir.
Xarici bazardakı vəziyyəti daha yaxşı dərk etmək üçün əldə edilmiş amillər dərindən öyrənilməli və kəmiyyət şəklində alınmış rəqəmlər təhlil edilməlidir.
Marketinq tədqiqatları (marketinq researsh) -müvafiq marketinq qərarlarının qəbul edilməsi üçün sistematik olaraq səhih məlumatların toplanması, təhlili və istifadə edilməsi prosesidir.
Beynəlxalq marketinqdə marketinq tədqiqatlarının keçirilməsinin əsas mənbəyi xarici bazar haqqında toplanılan marketinq informasiyalarıdır.
Beynəlxalq marketinqdə istifadə olunan informasiyaları aşağıdakı qruplara bölmək olar:

  1. xarici bazarlar və orada mövcud olan bazar konyunkturası haqqında informasiyalar;

  2. beynəlxalq ticarətin forma və üsulları haqqında informasiyalar;

  3. firmanın özünün məqsədləri və potensial imkanları barədə informasiyalar.

Marketinq və bazar məlumatları bazası marketinq tədqiqatlarının məqsədin-dən asılı olaraq təşkil olunur və müəssisənin xarici iqtisadi fəaliyyətinin inkişafı ilə əlaqədar olaraq əlavə məlumatlar hesabına daha da genişləndirilir.
Marketinq tədqiqatları bütövlükdə dünya üzrə hər hansı bir sahə, yaxud da ayrı-ayrı regionlar və sahələr üzrə aparıldığından məlumat bazası da bu səviyyələr üzrə yaradılmalıdır. Həm də toplanan məlumatlar baxılan səviyyələrdə ümumi vəziyyəti və inkişaf meyllərini əks etdirməli və aşağıdakı səpgidə həyata keçiril-məlidir:

  • firmanın xarici bazara çıxarmaq istədiyi əmtəənin aid olduğu sahə;

  • bu əmtəənin əsas istehsalçıları və istehlakçıları olan ölkələr;

  • ayrı-ayrı istehsalçı firmalar, istehsalçılar və əmtəənin satıcıları;

  • bazar konyunkturasının vəziyyəti.

Bir qayda olaraq marketinq tədqiqatlarının aparılması zamanı istifadə olunan məlumatlar ilkin və təkrar məlumatlar əsasında formalaşdırılır.
İlkin məlumatlar - hər hansı bir məqsəd üçün ilk dəfə top­lanılan məlumat-lardır. İstənilən marketinq tədqiqatları bu və ya digər dərəcədə İlkin məlumatların toplanması əsasında hə­ya­ta keçirilir. İlkin məlumatlar konkret marketinq problem-lə­rinin həlli üçün xüsusi olaraq aparılmış tədqiqatlar nəticəsində əldə edilir. Ona görə də ilkin məlumatlar çox məsuliyyətlə və geniş spektrdə toplanmalı və marketinq tədqiqatlarının bütün tərəflərini əhatə etməlidir. Bunun üçün ilk növbədə tədqiqat metodları seçilməlidir. Tədqiqat metodları- qoyulan məqsəd üçün məlumatların toplanması üsullarının məcmusudur. Tədqiqat metodlarının əsas dörd üsulu mövcuddur: müşahidə, təcrübə, sorğu, ekspert qiymətləri. Digər üsullarda vardır.
Xarici məlumat mənbələri aşağıdakılardır:
BVF, Dünya Bankı, Avropa əməkdaşlıq və inkişaf təşkilatları, BMT və digər beynəlxalq təşkilatların göstəriciləri, dövlət orqanlarının qanunları, fərmanları, normativ aktları, dövlət, siyasi və ictimai xadimlərin çıxışları, dövlətlərin rəsmi statistik göstəriciləri, dövri mətbuat, dövlət idarələrinin nəşrləri, elmi-tədqiqat işlərinin nəticələri, sərgilər, yarmarkalar, birjalar, beynəlxalq simpozium, konfrans və seminarlar, kommersiya məlumatları və sairə.
İnkişaf etmiş bazar iqtisadiyyatı olan ölkələrdə müxtəlif biznes növləri sahəsində marketinq məlumatları alınması mənbələrini göstərən xüsusi nəşrlər çap olunur.
Təkrar məlumatların istifadə olunmasının dörd əsas üstünlüyü mövcuddur:

  1. ilkin məlumatların toplanmasına nisbətən əldə edilməsinin tezliyi;

  2. ilkin məlumatlara nisbətən ucuz başa gəlməsi;

  3. istifadə olunmasının asanlığı;

  4. ilkin göstəricilərin istifadə olunmasının səmərəliliyinin yüksəldilməsi.

Marketinq tədqiqatçısı nəzərdə tutmalıdır ki, bir çox xarici bazar haqqında olan məlumatlar tam olmaya və köhnəlmiş ola bilərlər. Ona görə də onların istifadə edilməsində aşağıdakıların nəzərə alınması zəruridir:

  • statistik hesabatlara hansı əmtəə barədə məlumatlar daxil edilmişdir;

  • məlumatlar hansı məqsədlə, hansı ixtisas səviyyəli mütəxəssis tərəfindən toplanmışdır. Bu məlumatların təhrif olunması üçün hər hansı bir səbəb olmuşd-urmu;

  • məlumatlar kimlərdən alınmışdır və bu mənbələrin məlumatları təhrif etməyə, yaxud da yalan məlumat verməyə səbəbləri olmuşdurmu;

  • məlumatlar hansı üsulla alınmışdır və onları etibarlı hesab etmək olarmı;

  • statistik rəqəmlər yerli və beynəlxalq nəşrlərdəki göstəricilərə uyğun gəlirmi və onlardakı fərq nə dərəcədə əsaslıdır.

Maliyyə vəziyyəti yaxşı olan və müvəffəqiyyətlə fəaliyyət göstərən kompani-yalarda marketinq informasiyası marketinq informasiya sistemi (MİS) (marketinq information system) çərçivəsində toplanır, təhlil olunur və bölüşdürülür. MİS təşkilatın idarə olunmasının informasiya sisteminin tərkib hissəsidir.
MİS-nin konsepsiyası ilk dəfə ABŞ-da meydana gəlmişdir və keçən əsrin 70-ci illərindən praktiki olaraq istifadə olunmağa başlamışdır.
MİS vasitəsilə alınmış məlumatlar maddi daşıyıcılara köçürülməli və müəyyən müddət ərzində saxlanılmalıdır. Bu onunla əlaqədardır ki, xarici bazarda hər hansı daxili və ya xarici amilin təsiri altında şərait əsaslı şəkildə dəyişdikdə onları müqayisə etməklə optimal qərar qəbulu mümkün olsun. Bununla əlaqədar olaraq aşağıdakı əməliyyatları ayırmaq olar:

Yüklə 295 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə