Mövzu beynəlxalq bazarlarda marketinq təDQİqatlari plan: Beynəlxalq marketinqdə informasiya sistemi Beynəlxalq marketinqdə bazarların tədqiqi


Sxem 1. Marketinq tədqiqatları mərhələlərinin ardıcıllığı



Yüklə 295 Kb.
səhifə7/9
tarix04.06.2022
ölçüsü295 Kb.
#88847
1   2   3   4   5   6   7   8   9
M-vzu-3

Sxem 1. Marketinq tədqiqatları mərhələlərinin ardıcıllığı
Marketinq tədqiqatları üç altsistemə ayrılır:
1) planlaşdırma və tədqiqatların hazırlanması (birinci və ikinci mərhələlər);
2) məlumatların toplanması, işlənilməsi, son dəfə yoxlanılması və saxlanıl-ması (üçüncü mərhələ);

  1. məlumatlardan istifadə olunması, yəni onların təhlili, proqnozlaşdırılması, nəticə və təkliflərin tərtib olunması (dördüncü və beşinci mərhələlər).

Marketinq tədqiqatları beynəlxalq bazarda rəqabət mübarizəsinin alətlərindən biridir. Özü və rəqibi haqqında obyektiv məlumatlarla özünü təmin edib müqayisə etməklə, bazarda mövcud şəraiti düzgün qiymətləndirib, onun inkişafını proqnoz-laşdırmaqla firma müəyyən rəqabət üstünlükləri qazanır. Bununla da kommersiya təhlükələrinin səviyyəsini aşağı salır, bazarın müəyyən seqmentini tapmaq imkanı əldə edir, diversifikasiya qaydasında inkişafın düzgün istiqamətlərini seçir, qiymətin optimal səviyyəsini müəyyənləşdirir ki, bu faktorlar da bütövlükdə firmanın xarici bazarda amansız rəqabət mübarizəsində qalib gələ bilmək imkan-larının əsaslı şəkildə yüksəldilməsinə gətirib çıxarır.
Marketinq tədqiqatlarının təşkil olunmasının prinsipləri bunlardır:
- elmilik;
- sistemlilik;
- komplekslilik;
- operativlilik, çeviklik və perspektivlik;
- səmərəlilik.
İdarəetmə sistemində beynəlxalq marketinq tədqiqatlarının həll edəcəyi əsas məsələlər aşağıdakılardır:

  • məlumatların toplanması, işlənməsi və təhlili;

  • xarici bazarın, onun hər hansı seqmentinin, bazar payının, konyunkturanın qiymətləndirilməsi və təhlili;

  • firmanın bütün mümkün imkanları və ehtiyaclarının qiymətləndirilməsi, təhlili və proqnozlaşdırılması;

  • firmanın rəqiblərinin marketinq imkanlarının, istehsal ehtiyatlarının və fəallığının qiymətləndirilməsi və təhlili;

  • konkret bazarın əsas parametrlərinin daimi ölçülməsi, qiymətləndirilməsi, bazarın həcminin müəyyənləşdirilib proq­nozlaşdırılması;

  • tələb və tələbatların proqnozlaşdırılması, tələbatın elas­tikliliyinin qiymətlən-dirilməsi;

  • rəqiblər və onların bazar imkanlarını nəzərə almaqla kommersiya təhlükə-sinin aşkar edilib qiymətləndirilməsi;

  • əmtəənin həyat dövrünün (bazara çıxarılma, artım, yetkinlik, tənəzzül, dirçəldilmə) bütün mərhələlərində qiymətlərin proqnozlaşdırılması, onlara qiymət qoyulması strategiyasının məlumat təminatı;

  • müxtəlif bazar şəraitində istehlakçıların əmtəəyə olan münasibətlərinin və hansı texniki- iqtisadi və estetik keyfiyyətlərə malik olan əmtəələrə üstünlük vermələrinin aşkar edilib modelləşdirilməsi;

  • əmtəənin rəqabətə davamlılığı, bazarda sınaqdan keçirilməsi və keyfiyyət xüsusiyyətləri;

  • əmtəənin irəlilədilməsi metodları və bölgü kanallarının səmərəliliyinin qiymətləndirilməsi;

  • ticarət-satış fəaliyyətinin analitik məlumat təminatı;

  • xidmət səviyyəsinin qiymətləndirilməsi və onun tələbatın səviyyəsinə təsirinin müəyyənləşdirilməsi.

Beynəlxalq marketinq fəaliyyəti yalnız istehsal və satış sahəsində deyil, xidmət sahəsində də həyata keçirilir. Bu halda o, daxili və xarici bazarlarda konkret xidmət növlərinə olan tələb və tələbatların ödənilməsinə və uçota alınmasına yönəldilir.
Bütün bu yuxarıda deyilənlərə əsasən, marketinqə tam əsasla firmadaxili idarəetmənin funksiyası kimi baxmaq olar. Marketinqin firmadaxili idarəetmənin funksiyası kimi başlıca məqsədi, bazarın tələbatının hərtərəfli və mükəmməl öyrənilməsi nəticəsində firmanın fəaliyyətinin, konkret istehlakçının məhsula olan tələbatının təmin olunması və bunun da nəticəsində maksimum və dayanıqlı mənfəətin əldə edilməsidir.
Marketinqin idarəetmənin funksiyası kimi məğzini tam anlamaq üçün qeyd etmək zəruridir ki, o müəyyən təfəkkür forması olmaqla, bazarın və istehlakçının tələb və tələbatının tam ödənilməsi məqsədilə elmi-tədqiqat, istehsal-satış sahəsində qərarların qəbul edilməsinə xüsusi yanaşma tərzidir.
Beynəlxalq marketinqin vacib xüsusatlardan biri də qəbul olunan marketinq qərarlarının hərtərəfli təhlilə əsaslanan çoxvariantlı iqtisadi hesablamalar əsasında qəbul olunmasıdır. Ona görə də, konkret marketinq fəaliyyəti növləri üzrə əsaslandırılmış qərar qəbul olunması vacib əhəmiyyət kəsb edən məsələlərdir. Bunlar aşağıdakılardır:

  • konkret xarici bazarın və son istehlakçının tələblərini və məhsula olan tələbatı nəzərə almaqla alıcıların zövqlərini oxşayan yeni əmtəələrin işlənməsi, sonradan mənimsənilməsi və kommersiya istehsalının təşkili;

  • xarici ölkə istehlakçılarının ehtiyacı olan yeni əmtəələrin meydana gəlməsi üçün elmi-tədqiqat, layihə-konstruktor və texnolodi işlərin aparılmasının məqsədəuyğunluğu;

  • əmtəələrin həyat dövrünün mərhələləri nəzərə alınmaqla bazar konyukturası və istehlakçıların tələblərini ödəyən əmtəələrin kifayət miqdarda istehsal olunmasının məqsədəuyğunluğu;

  • xarici ölkələrdə yeni istehsal sahələrinin yerləşdirilməsi, mövcud olanların modernləşdirilməsi;

  • mal göndərənlərlə qarşılıqlı səmərə əsasında uzun­müd­dət­li əlaqələrin yaradılması, ucuz xammal mənbəyi və işçi qüvvəsi olan ölkələrdəki, ehtiyatların birgə istifadəsi üçün müştərək müəssisələrin yaradılması;

  • mövcud əmtəələrin təkmilləşdirilməsi yolu ilə bazarda firmanın mövqeyinin möhkəmləndirilməsi və bazar sərhədlərinin genişləndirilməsi.

Bütün bu məsələlərin müvəffəqiyyətli həllində proqnozlaşdırma və digər müasir idarəetmə metodlarından geniş istifadə olunur.
1976-cı ildən qüvvədə olan «Marketinq tədqiqatlarının praktiki tədbiqi üzrə beynəlxalq kodeks» bütün dünyada marketinq tədqiqatları mütəxəssisləri üçün əsas qaydaları özündə birləşdirir.
Beynəlxalq marketinqdə marketinq tədqiqatlarının öz çətinlikləri mövcuddur. Bu birinci növbədə dünya iqtisadiyyatı və dünya bazarını bütövlükdə xarakterizə edən və milli iqtisadiyyatların inkişafına təsir göstərən müxtəlif amillərin nəzərə alınmasının zəruriliyi ilə əlaqədardır. Bundan əlavə, əsas çətinliklər ayrı-ayrı ölkələr, xüsusən də inkişaf etməkdə olan ölkələr üzrə zəruri statistik informasiya-ların olmaması ilə əlaqədardır.
Beynəlxalq marketinqin tədqiqat proqramı çərçivəsində satış şəbəkəsinin təşkili və idarə edilməsinin səmərəliliyinin daimi öyrənilməsi həyata keçirilir, müxtəlif satış bazarlarına daxil olmağın strateji məsələləri və taktiki fəndləri dəqiqləşdirilir. Hər şeydən əvvəl, müxtəlif ölkələrdə öz xüsusiyyətləri olan bölgü kanalları mükəmməl şəkildə öyrənilir. Daimi olaraq satış əraziləri tədqiq olunur və dəqiqləşdirilir. Beynəlxalq marke-tinq­də istehlakçı bazarlarının qeyri-həmcinsliyi, onların biri-birindən əsaslı şəkildə uzaq olması firmanın satış bölmələrinin coğrafi sərhədlərinin daha dəqiq müəyyənləşdirilməsini tələb edir. Bununla paralel olaraq, bütün amillər nəzərə alınmaqla satış əraziləri üzrə satış həcminin müqayisəli təhlili aparılır.
Beynəlxalq marketinq tədqiqatlarını iki hissəyə bölmək olar: xarici bazarın tədqiqi və müəssisənin potensial imkanlarının tədqiqi. Müəssisənin potensial imkanlarının tədqiqi bazarın tələbatları və rəqabət bazarında olan potensialla müqayisəli şəkildə aparılır.
Qeyd etmək zəruridir ki, birinci-marketinq tədqiqatlarının həyata keçiril-məsinin vahid təsnifatı yoxdur, ona görə də tədqiqatçılar göstəricilərin alınmasında müxtəlif təsnifatlardan istifadə edirlər; ikincisi-tədqiq olunan firmaların seçilmə-sində müxtəlif üsulların tətbiq edilməsinin nəticəsi olaraq marketinq tədqiqatlarının eyni istiqamətlərinin tətbiqi nəticəsində müxtəlif göstəricilər alınır; üçüncüsü-marketinq tədqiqatlarının eyni istiqamətlərinin aktuallığı zamana görə dəyişilə bilər.
Beynəlxalq marketinq tədqiqatlarının öz xüsusiyyətlər var və onlar müxtəlif ölkələrdə iqtisadiyyatda, mədəniyyətdə, adət-ənənələrdə və s. mövcud olan fərqlərlə əlaqədardır.
Beynəlxalq marketinq tədqiqatlarının keçirilməsinin aşağıdakı mərhələlərini ayırmaq olar:2
-problemin müəyyənləşdirilməsi və beynəlxalq marketinq tədqiqatlarının məqsədinin formalaşdırılması;
-beynəlxalq marketinq tədqiqatları planının işlənilməsi;
-tədqiqat planının həyata keçirilməsi;
-alınmış nəticələrin təqdim olunması və həyata keçirilməsi.

Yüklə 295 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə