Mövzu beynəlxalq bazarlarda marketinq təDQİqatlari plan: Beynəlxalq marketinqdə informasiya sistemi Beynəlxalq marketinqdə bazarların tədqiqi



Yüklə 295 Kb.
səhifə4/9
tarix04.06.2022
ölçüsü295 Kb.
#88847
1   2   3   4   5   6   7   8   9
M-vzu-3

Reqressiv ixtira- köhnə əmtəənin yeni modelinin xüsusi olaraq konkret xarici bazarın tələbatına uyğunlaşdırılaraq yenidən istehsal olunmasıdır.
Məsələn, amerikanın «Natural Cash Register» firması köhnə model olan dəstəkli kassa aparatlarının istehsalını yenidən bərpa edərək onlara müasir kassa aparatlarından iki dəfə ucuz qiymət qoymaqla külli miqdarda şərq, latın Amerikası ölkələri və İspaniyada satmışlar. Bu prosesi həyata keçirərkən firmanın marketinq xidmətinin əməkdaşları onu nəzərə almışdılar ki, müxtəlif ölkənin istehlakçıları yeniliyi qəbul etməyə eyni dərəcədə hazır olmurlar. Bundan əlavə, bu ölkələrdə əhalinin gəlir səviyyəsi o qədər də yüksək olmadığından onlar eyni funksiyanı yerinə yetirən ucuz məhsullara daha çox üstünlük verirlər.
Mütərəqqi ixtira-hər hansı bir xarici ölkə istehlakçılarının ehtiyaclarının ödənilməsi üçün tamamilə yeni əmtəənin yaradılmasıdır. Belə ki, Asiya və Afrikanın kasıb ölkələrində əhalinin ucuz və yüksək kalorili ərzaq məhsullarına böyük ehtiyacı var. Bunu nəzərə alan «Kvaker buts», «Svift» və «Monsanto» kimi firmalar bu ölkələrin ərzaq məhsullarına olan ehtiyaclarını öyrənir, yeni ərzaq məhsulları işləyib hazırlayır və həmin ölkələrin bazarlarında satmaqla yüksək mənfəət əldə edirlər.
Əgər firma həm əmtəəni, həm də onun irəlilədilməsi üzrə tədbirləri xarici bazarın tələbinə uyğunlaşdırırsa onda bu proses iki qat uyğunlaşma adlanır.
Uyğunlaşma prosesi dörd əsas mərhələdən ibarətdir:

  1. etiketlərdə yazıların dilinin, etiketlərin rənginin və əmtəənin adının dəyişdirilməsi;

  2. konkret ölkədəki mühiti nəzərə almaqla reklam müra­ciətlərinin mövzusu və ssenarisinin uyğunlaşdırılması;

3) əmtəənin irəlilədilməsində istifadə olunan kütləvi informasiya vasitələrinin uyğunlaşdırılması;
4) əmtəə və xidmətlərin irəlilədilməsi üsullarının yerli şəraitə uyğun-laşdırılması.
Əmtəənin uyğunlaşdırılmasının birinci iki mərhələsində etiketlərin mətni, rənglərin uyğunluğu, reklam mövzusu müx­təlif ölkələrdə bu elementlərin insanlar tərəfindən necə qavran­masından asılı olaraq dəyişir.
Uyğunlaşdırma prosesində firma öz əmtəə və xidmətlərinin irəlilədilməsi üçün bazarına çıxdığı ölkədə müxtəlif vasitələrdən istifadə olunması praktikasını da nəzərə almalıdır.



Yüklə 295 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə