Mövzu beynəlxalq bazarlarda marketinq təDQİqatlari plan: Beynəlxalq marketinqdə informasiya sistemi Beynəlxalq marketinqdə bazarların tədqiqi



Yüklə 295 Kb.
səhifə8/9
tarix04.06.2022
ölçüsü295 Kb.
#88847
1   2   3   4   5   6   7   8   9
M-vzu-3

Beynəlxalq marketinq tədqiqatlarinin məqsədinin müəyyənləşdirilməsi və planin işlənməsi
Problemi dəqiq müəyyənləşdirmədən beynəlxalq marketinq tədqiqatları üçün zəruri məlumatların toplanması mümkün deyil. Problemin formalaşdırılması prosesində problem situasiyasının özünün və onu müəyyənləşdirən real ziddiyyətlərin mümkün qədər tam əks olunması zəruridir. Bu halda problemi çox geniş planda irəli sürmək o qədər də əlverişli deyil, ona görə ki, bu toplanılan informasiyanın az olmasına və təhrif olunmuş nəticələrin alınmasına, eləcə də tədqiqata çəkilən məsrəflərin artmasına gətirib çıxara bilər.
Beynəlxalq marketinq tədqiqatları real problemlərin həllinə yönəldilməlidir. Marketinq tədqiqatları müasir biznesin müstəqil sahəsinə çevrilmişdir. Bir çox iri kompaniyaların tərkibində tədqiqat planlarını işləyən mütəxəssislərin, statistiklərin, sosioloqların, psixoloqların, modernləşdirmə üzrə mütəxəssislərin işlədiyi xüsusi marketinq tədqiqatları şöbəsi fəaliyyət göstərir.
Marketinq tədqiqatları xidməti problemi formalaşdırarkən aşağıdakılar nəzərə alınmaqla həyata keçirilir:

  • əgər tədqiqatçı kənardan dəvət olunmuş məsləhətçidirsə onda kompaniyanın tədqiqatda iştirak edəcək bölmələri və rəhbərləri göstərilir;

  • problemin simptomlarının şərh olunması;

  • bu simptomların mümkün səbəblərinin aydınlaşdırılması;

  • marketinq məlumatlarının nəzərdə tutulan istifadə istiqamətlərinin müəyyən-ləşdirilməsi.

Marketinq tədqiqatlarının əsas məqsədi həll ediləcək prob­lemlərlə müəyyənləşdirilir.
Xarici bazarın tədqiqinin başlıca məqsədi müəyyən obyektiv və subyektiv səbəblər nəticəsində əmələ gələn risklərin ixtisar olunmasıdır. Tədqiqatın məqsə-dindən asılı olaraq marketinq tədqiqatlarının aşağıdakı əsas növlərini ayırırlar:
-axtarış xarakterli (exploratory)- hipotezlərin işlənilməsinə köməklik edən, problemin həllinə aydınlıq gətirən ilkin gös­təricilərin toplanmasını nəzərdə tutur;
-təsviri (descriptive) xarakterli- müəyyən hadisə və təza-hür­lərin təsvirini nəzərdə tutur;
-təcrübi (experimental) xarakterli - hər hansı səbəb, nəticə əlaqələri haqqında hipotezlərin yoxlanılmasını nəzərdə tutur.
Marketinq tədqiqatlarının ümumi məqsədi-kompaniyanın uzun və qısa müddətli məqsədlərinin əks olunmasıdır. Ona görə də, onlar dəqiq müəyyən-ləşdirilməli, sonradan ölçülməsi və qiymətləndirilməsi üçün mümkün qədər hissələrə bölünməlidirlər
Beynəlxalq marketinq fəaliyyətində başlıca məsələlərdən biri də xarici bazarın xüsusiyyətləri nəzərə alınmaqla marketinq proqramının işlənilib hazırlan-masıdır. Bu proqram daxilində aşağıdakı məsələlərin əlaqələndirilməsinin optimal variantı öz əksini tapır:
-firmanın özünün apardığı ETTKİ-nin nəticəsindən asılı olaraq tamamilə yeni texniki-iqtisadi və psixoloji xüsusiyyətlərə malik olan əmtəələrin işlənməsi, istehsalının təşkili və mövcud əmtəələrin təkmilləşdirilməsi;
-bazarın tələbini və konkret istehlakçıların tələbatını nəzərə almaqla köhnə əmtəələrin modernləşdirilməsi;
-alınmış patent və lisenziyalar əsasında istehsal olunan əmtəələrin təkmilləş-dirilməsi və yeni əmtəələrin yaradılması;
-birgə sahibkarlıq fəaliyyəti və birbaşa investisiya imkanları;
-müxtəlif strateji artım növlərinin firmanın fəaliyyətində istifadə olunması.
Marketinq proqramı əsasında hansı mövcud əmtəədən nə vaxt və nə qədər istehsal olunması, yeni əmtəənin yaradılması, hazırda istehsal olunan əmtəənin təkmilləşdirilməsi və hansı əmtəənin istehsaldan çıxarılması barədə qərar qəbul olunur.
Marketinq proqramına qoyulan başlıca tələb, nəzərdə tutulan mənfəət səviyyəsinə nail olmaq üçün istehsalın optimal quruluşunun yaradılmasıdır.
Beynəlxalq marketinq proqramının tərtibi daha əlverişli həllər axtarılması olmaqla, yaradıcı prosesdir. Proqramın xarici bazarla düz və tərs əlaqədə tərtib edilməsi istehsalın quruluşunun dəyişən tələbatlara vaxtında uyğunlaşdırılmasına və öz növbəsində bu tələbatların formalaşmasına təsir göstərir.
Beynəlxalq marketinq proqramının tərtibində əmtəə üzrə proqramlar tərtibi (başqa sözlə, əmtəə üzrə idarəetmə) mühüm yerlərdən birini tutur. Marketinq menecmentində əmtəələr üzrə proqram tərtibi son qırx ildə daha geniş yayılmışdır. Marketinqi idarəetmənin bu formasının əsas məğzi ondan ibarətdir ki, hər bir əmtəənin (əmtəə qrupunun) planlaşdırılması, təhlili, istehsalı və daxili və xarici bazarda satışı üzrə nəzarətin həyata keçirilməsi üçün ayrıca xüsusi bir orqan yaradılır. Əvvəllər marketinqin idarə edilməsinin bu forması istehlak malları istehsal edən iri kompaniyalarda da geniş istifadə olunur.
Mütəxəssislər belə hesab edirlər ki, marketinq proqramının bu formada qurulması idarəetmənin bütün funksiyalarının maksimum dərəcədə inteqrasiyasını, yeni texnoloji proseslərin işlənilməsi və tətbiqini təmin edir. Bununla yanaşı, funksional idarəetməyə müqabil yaradılmış əmtəə üzrə marketinq proq­ramları idarəetmənin səmərəliliyi və operativliyinin, onun peşəkarlıq səviyyəsinin əsaslı surətdə yüksəlməsinə, işin son nəticəsinə görə məsuliyyətin artırılmasına gətirib çıxarır.
Əmtəə üzrə idarəedicinin funksiyası təbii olaraq istehsalın xarakteri və miqyasından, istehsal olunan əmtəədən asılı olacaqdır. Onlar aşağıdakılardan ibarətdir:
- xarici bazarda əmtəənin işlənməsindən tutmuş, satışına qədər, onunla əlaqədar olan bütün funksiyaların əlaqələndirilməsi;
-korporasiyanın həmin əmtəə ilə əlaqədar istehsal, qablaşdırma, nişanlama, qiymətlərin təsbit edilməsi və satışı üzrə siyasətin bütün tərəflərinin əlaqələn-dirilməsi ;
-xarici satış bazarlarının tədqiqinin idarəedilməsi və planının işlənilməsi, xarici ölkədə satışla məşgul olan şöbələrə kömək göstərilməsi və məsləhətlər verilməsi;
-beynəlxalq bazar üçün əmtəənin işlənilməsi, istehsalı və satışına təsir edən bütün funksiyaların cari maliyyələşdirilməsi və proqnozlaşdırılması;
- əmtəənin xarici bazarda reklamlaşdırılması kompaniyasının təşkili.

Yüklə 295 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə