Mövzu beynəlxalq bazarlarda marketinq təDQİqatlari plan: Beynəlxalq marketinqdə informasiya sistemi Beynəlxalq marketinqdə bazarların tədqiqi



Yüklə 295 Kb.
səhifə2/9
tarix04.06.2022
ölçüsü295 Kb.
#88847
1   2   3   4   5   6   7   8   9
M-vzu-3

- saxlanılma. məlum olduğu kimi göstəricilər və ya məlumatlar bir sıra təzahürlərin müşahidəsi, yaxud da qeydiyyatı nəticəsində meydana gəlir. Ona görə də onlar işlənilməmişdən və istifadə edilmədən əvvəl haradasa saxlanılmalıdır;

  • göstəricilərin dəyişdirilməsi. Saxlanılan göstəricilərin saxlanılma, qavranıl-ma, çevrilmə və s. məqsədilə daha əlverişli formaya salınmasıdır;

  • seçmə, sintez, işlənilmə. Bir qayda olaraq göstəricilərin daxil olması təsadüfi xarakterdə olur. Ona görə də zəruri göstəricilərin axtarılması, işlənilməsi üçün tələb olunan müddətin azaldılması məqsədilə, onların verilmiş əlamətlər üzrə əvvəlcədən seçilməsi zəruridir. Bəzi hallarda tam məlumat almaq üçün bir sıra göstəricilərin birləşdirilməsi tələb olunur;

  • istifadə. Göstəricilərin zəruri qərar qəbulu məqsədilə çevrilərək istifadə üçün əlverişli formaya salındıqdan sonra onların informasiya şəklində yenidən istehsalıdır;

  • qiymətləndirmə. Göstəricilərin əhəmiyyəti ona olan tələbdən, etibarlığından və vaxtında toplanmasından asılıdır. Ona görə də göstəricilərin massivi sistematik olaraq baxılmalı və yeniləşməlidir;

- etibarlılıq və həqiqiliyi. İnformasiyanın həqiqiliyi və onun təyinatından asılı olaraq nəzərdə tutulan prosesi nə dərəcədə əks etdirməsini xarakterizə edir. Etibarlılıq, hər şeydən əvvəl, informasiyanın işlənilməsi və ötürülməsində istifadə olunan vasitələrin texniki imkanlarını xarakterizə edir. İnformasiya etibarlı, lakin həqiqi olmaya bilər və əksinə;
- tez verilməsi. İnsan tərəfindən informasiyaların verilməsi və qəbul olunma-sının sürəti tətbiq olunan obyektdə situasiyanın dərk edilməsi üçün zəruri olan vaxtla müəyyənləşdirilir;
- dövriliyi. İnformasiyanın verilməsinin dövriliyi və ya tezliyi qərar qəbulunun zəruriliyi ilə əlaqədardır. Operativ idarəetmə səviyyəsində informasiya-nın daxil olması real hadisələrin baş verməsinin dövriliyinə uyğun şəkildə tələb olunur. Vaxtında verilən və daxil olan informasiyalar daha qiymətli olur.
Azərbaycan Respublikasının məlumat bazarı müxtəlif dərəcədə ətraflı işlənilmiş iqtisadi-siyasi xarakterli məlumatlar təklif edən, eləcə də marketinq tədqiqatları sahəsində bütün mümkün xidmətlər göstərilən çoxlu sayda kompani-yalarla təmsil olunur. Bunun üçün müxtəlif təşkilati forma və üsullardan istifadə olunur: informasiya agentlikləri, marketinq tədqiqatları agentlikləri, analitik nəşrlər, göstəricilərin informasiya bankı, informasiya xidməti bazarında provay-derlər və s.
İnformasiyanın alınmasının ən səmərəli üsulu belə kompaniyalara müraciət edilməsidir. Lakin bu kompaniyalar informasiya xidmətləri təklif edərkən göstəricilərin əldə edilməsi və onların hazır şəklə salınmasında müxtəlif üsullardan istifadə edirlər ki, bu da son nəticədə informasiyaların keyfiyyətinə təsir edir.
Marketinq agentlikləri müxtəlif əmtəələrin, istehsalçı-firmaların, istehlakçı-firmaların məşhurluq və geniş yayılması dərəcəsinin müəyyənləşdirilməsinə, isteh-lakçıların gözündə əmtəənin, yaxud da firmanın formalaşmış nüfuzunun öyrənil-məsinə köməklik göstərir. Bu agentliklərin ən geniş yayılmış xidmətləri rəqib firmaların xarici və daxili bazarda fəaliyyətinin öyrənilməsidir.
Azərbaycanda, hətta iri sənaye müəssisələrinin belə, istehsal etdikləri məhsullara alıcıların münasibətlərini dərindən öyrənmək üçün maliyyə imkanları yoxdur. Ona görə də onların marketinq tədqiqatları agentliklərinə müraciət etmələri daha məqsədəuyğundur.



Yüklə 295 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə