|
Mövzu 1: “Dünya iqtisadiyyatı” fənninin predmeti və vəzifələri, dünya iqtisadiyyatının genezisi və dünya-sistem nəzəriyyələri
|
səhifə | 17/24 | tarix | 07.06.2022 | ölçüsü | 421 Kb. | | #88966 |
| movzu1Dünya iqtisadiyyatının tarixi
İqtisadi tarix iqtisadi nəzəriyyə ilə sıx bağlıdır. İqtisadi tarix müxtəlif dövrlərdə iqtisadi hadisələrin inkişaf qanunauyğunluqlarını öyrənir.
İqtisadi tarixin mənbələrini şərti olaraq bir neçə qrupa ayırmaq mümkündür:
1. Maddi mədəniyyət və yazılı abidələr. Bu mənbələr insanların istehsal fəaliyyəti və cəmiyyətin sosial-iqtisadi quruluşu haqqında müəyyən təsəvvür yaradır.
2. Təsərrüfatın idarə olunması sənədləri. Bura normativ səciyyəli sənədlər: texniki, maliyyə, təşkilati, vergi, ticarət üzrə təlimatlar, sərəncamlar, qərarlar, aktlar və informasiya səciyyəli sənədlər - dövlət, sahə, təsərrüfat miqyaslı hesablamalar, siyahıyaalma materialları, işgüzar yazışmalar, statistik sənədlər daxildir.
3. İqtisadi informasiya verən ədəbiyyat, incəsənət, radio, televiziya, mətbuat materialları. Buna əsasən cəmiyyətin iqtisadi həyatına aid olmayan, ancaq iqtisadi həyatın bu və ya digər cəhətlərini əks etdirən sənədlər daxildir.
İqtisadi tarix üçün ən vacib məsələlərdən biri də düzgün elmi dövrləşdirmə aparılmasıdır. Hazırda elmdə bu məsələyə iki cür yanaşma mövcuddur: 1).formasiyalar üzrə (xətti), 2).sivilizasiyalar üzrə (dövri) dövrləşdirmə.
Dünya tarixinin formasiyalar üzrə dövrləşdirilməsi K.Marksın beşpilləli bölgü sxeminə əsaslanaraq tarix haqda fatalist təsəvvürdən irəli gəlir və bu, tarixin aşağı ictimai formaların ali formalar tərəfindən bir xətt boyu əvəz olunması prosesi kimi dərk edilməsidir. Lakin Marksın müəyyənləşdirdiyi antik, feodal və burjua formasiyalarını tarixdən silmək mümkün olmadığı kimi, bütün ümumdünya tarixini bu sxemə sığışdırmaq da mümkün deyildir.
Sivilizasiyalar üzrə dövrləşdirmələrdə isə əsas diqqət hər hansı ölkəyə deyil, bu və ya digər cəmiyyətə, onun maddi, mədəni, dini, əxlaqi keyfiyyətlərinə yönəldilir. Bu yanaşmanın əsas meyarı liberal demokratik dəyərlərə və elmi-texniki inkişaf səviyyəsinə malik olan Qərb sivilizasiyasıdır. Hazırda hamı tərəfindən qəbul edilən dövrləşdirmə belədir:
qədim tarix (b.e.ə. 100 min il - b.e. V əsri);
orta əsrlər (V-XV əsrlər);
yeni tarix (XVI-XX əsrin əvvəlləri);
ən yeni tarix (1914-cü ildən bizim günlərimizədək).
İqtisadi tarixin qədim dövrü öyrənilərkən istehsalın ibtidai icma və quldarlıq üsullarına; orta əsrlər dövründə feodal istehsal üsulundakı dəyişikliklərə diqqət yetirilir. Yeni tarixdə isə kapitalist istehsal üsulunun yaranması, təşəkkülü və inkişafı prosesi öyrənilir.
Dostları ilə paylaş: |
|
|