|
Mövzu 1: “Dünya iqtisadiyyatı” fənninin predmeti və vəzifələri, dünya iqtisadiyyatının genezisi və dünya-sistem nəzəriyyələri
|
səhifə | 19/24 | tarix | 07.06.2022 | ölçüsü | 421 Kb. | | #88966 |
| movzu13. Orta əsrlərdə iqtisadi inkişaf. Elm aləmində feodalizmin daha geniş yayılmış dövrləşdirməsi aşağıdakı kimidir:
1). erkən orta əsrlər – V-IX əsrlər. Bu dövrdə fedalizmin ilk əlamətləri meydana çıxmış, torpaqlar cəmiyyətin ali zümrəsinin əlində toplanmış, asılı kəndli təbəqəsi və vassal-torpaq münasibətləri formalaşmışdır.
2). yuxarı orta əsrlər - X-XII ərslər. Bu dövr üçün təsərrüfatın domen (feodalın xüsusi mülkü) sistemin hökmranlığı, formalaşmış feodal ierarxiyası, sənətkarlıq və ticarətin yüksək inkişafı səciyyəvidir. XIII yüzillik Qərbi Avropada feodalizmin inkişafının zirvəsi sayılır.
3). son orta əsrlər - XIV-XV əsrlər. Bu dövrdə əmtəə-pul münasibətlərinin təsiri altında domen təsərrüfatı azalmış, kəndlilərin şəxsən azad olunması prosesi sürətlənmiş, feodal ierarxiyası dağılmışdır. İlkin kapitalizm ünsürləri meydana çıxmışdır.
Feodal iqtisadiyyatının səciyyəvi cəhətləri aşağıdakılardır:
feodallar zümrəsinin əlində iri torpaq mülkiyyətinin hegemonluğu,
əsas əmək alətləri, mal-qara və xırda torpaq sahəsi üzərində fərdi mülkiyyət hüququnu saxlayan və bilavasitə istehsalçı olan kəndlilərin xırda təsərrüfatlarının feodalların iri torpaq mülkiyyəti ilə birləşməsi;
torpaq mülkiyyətçisi olmayan, ancaq irsi istifadə hüququnadək müxtəlif şərtlərlə torpağa sahiblik edən kəndli zümrəsinin özünəməxsus statusu;
kəndlilərin qeyri-iqtisadi məcburiyyətə əsaslanan şəxsi və torpaq asılılığı, feodalın məhkəmə hakimiyyətinə tabe edilməsi, kəndlilərin müxtəlif dərəcə və formalarının mövcud olması;
aqrar bölmənin ticarət və sənayedən (sənətkarlıq) üstün olması;
bütövlükdə elmin və texnikanın aşağı səviyyədə olması, istehsalda əl əməyinin tətbiqi.
Erkən feodalizm dövründə təsərrüfat natural səciyyə daşıyırdı, sənətkarlıq kənd təsərrüfatının tərkibində idi. X-XIII yüzilliklərdə Fransa iqtisadiyyatında məhsuldar qüvvələr inkişaf etmiş və kənd təsərrüfatının məhsuldarlığı yüksəlmişdir.
Dostları ilə paylaş: |
|
|