Mövzu 1: “Dünya iqtisadiyyatı” fənninin predmeti və vəzifələri, dünya iqtisadiyyatının genezisi və dünya-sistem nəzəriyyələri



Yüklə 421 Kb.
səhifə15/24
tarix07.06.2022
ölçüsü421 Kb.
#88966
1   ...   11   12   13   14   15   16   17   18   ...   24
movzu1

Konvergensiya nəzəriyyəsinin yaradıcıları : Con Kennet Qelbreyt (1908-2006), Yan Tinberqen (1903-1994), Raymon Aron (1905-1983), Con Streyçi (1901-1963)
Vahid sivilizasiya nəzəriyyəsi Frensis Fukuyamanın (1952) «Tarixin sonu və sonuncu bəşər» kitabından (1992) çıxış edən nəzəriyyədir. Bu nəzəriyyəyə görə:
•Liberializmin heç bir həyatqabiliyyətli alternativi qalmamışdır;
•Qərb cəmiyyətinin liberial ideologiyası ideyalar döyüşündə bütün rəqiblərinə qalib gəlmişdir və tarix bu ideologiya ilə sonuncludur.
Sivilizasiyaların toqquşması nəzəriyyəsi Samyel Hantiqtonun (1927-2008) hipoteziyasıdır. Hipoteziyaya görə konfiliktlər mənbəyi ideologiya və iqtisadiyyatlarla deyil, başlıca olaraq mədədiyyətlərlə həllinə qovuşacaqdır. Hantiqtona görə sivilizasiyalar: 1.Qərb; 2.İslam; 3.İudey; 4.Çin; 5.Yapon; 6.Latınamerikan; 7.Bütpərəst; 8.Pravoslav; 9.Afrikan.
Sivilizasiya – müəyyən sosial genotipə malik olan, sosial stereotip kimi çıxış edən, dünya məkanında sabit yer tutan insanların sosial-tarixi və mədəni ümumiliyinə deyilir. O, tarixin verilmiş bir anında bir neçə mədəniyyətlərin birləşməsini əks etdirir, elm və texnikanın təsiri nəticəsində həyat rifahının yaxşılaşdırılmasını səciyyələndirir.
Sivilizasiya latın sözü olub, “civis”-vətəndaş, “civitas”-cəmiyyət mənalarını ifadə edir.
Bu termin ilk dəfə 16-cı əsrdə meydana gəlmişdir. Lakin ən qədim dövrlərdə də sivilizasiya möv­cüd olmuşdur. Şumer, Misir, Roma, Çin, Ərəb və s. son onminillikdə mövcud olmuş sivilizasiyalardan bir neçəsidir.
Sivilizasiyalar, hər şeydən əvvəl - texniki-iqtisadi inkişaf dərəcəsinə görə; iqtisadi və sosial pro­seslərin sürəti, mənbələri, üzvilik mexanizmi və dərəcəsinə görə; hakim dini və dünyagörüşü xüsu­siyyətlərinə və mədəni proseslərdə tutduqları yerə görə fərqlənirlər. Beləliklə, sivilizasiyalar nəzəriyyəsi tarixi prosesin fasiləsizliyinə, insan nəslinin vəhdətinə, ümumbəşəri nailiyyətlərin varisliyi və zənginləş­dirilməsi ideyalarına üstünlük verir, onu üzə çıxarır.
Bəşər tarixinə müraciət etsək görərik ki, hələ ən qədim dövrlərdən şərq və qərb sivilizasiya tipləri daha çox diqqət çəkmiş və tarixdə geniş yer almışdır. Şərq elmin, mədəniyyətin, ilk bəşəri dəyərlərin beşiyi olmuş, antik sivilizasiya qədim şərq sivilizasiyasından bəhrələnmişdir. Antik sivilizasiyadan sonra bəşər tarixində ən parlaq dövr islamın yaranması ilə başlanmışdır. Elm və mədəniyyətin inkişaf mərkəzi yenidən şərq dünyasına köçmüşdür. Bu dövrdə islamla sıx surətdə bağlı olan yeni sivilizasiya dalğası özündən əvvəlki elmi nəaliyyətlərin, mədəni-mənəvi dəyərlərin dağılmasına yol verməmiş, onları qoruyub saxlamış, inkişaf etdirmiş və qərb dünyasının yeni intibahı üçün zəmin yaratmışdır. Qərb sivilizasiyası şərqdən bəhrələnmiş və o, texnika və texnologiyanın sürətli inkişafı, predmet dünyasının və adamların sosial əlaqəsinin sürətlə dəyişməsi ilə xarakterizə olunur.

Yüklə 421 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə