Mövzu 1: “Dünya iqtisadiyyatı” fənninin predmeti və vəzifələri, dünya iqtisadiyyatının genezisi və dünya-sistem nəzəriyyələri


Qlobal sistemin əsas konsepsiyaları



Yüklə 421 Kb.
səhifə13/24
tarix07.06.2022
ölçüsü421 Kb.
#88966
1   ...   9   10   11   12   13   14   15   16   ...   24
movzu1

Qlobal sistemin əsas konsepsiyaları
Dünya iqtisadiyyatı qlobal sistem kimi tarixi, inkişaf edən və dinamik kateqoriya olmaqla təkamülü, bir fazadan digərinə keçidi ilə özünün aşağıdakı müqabil nəzəri konsepsiyalarını formalaşdırmışdır:
İmperializm və neokolonializm nəzəriyyəsi;
Modernləşmə nəzəriyyəsi;
Neoevolyusiyonizm (neotəkamülçü) konsepsiyası;
Asılılıq nəzəriyyəsi;
İndustrial cəmiyyət nəzəriyyəsi;
Dünya-sistem konsepsiyası;
İqtisadi artım mərhələləri nəzəriyyəsi;
Qarşılıqlı asılılıq konsepsiyası;
Bərabər partnyorluq konsepsiyası;
Postindustrial cəmiyyət konsepsiyası;
Konvergensiya nəzəriyyəsi;
Vahid sivilizasiya nəzəriyyəsi;
Sivilizasiyaların toqquşması nəzəriyyəsi.
İmperializm və neokolonializm nəzəriyyəsi dünya strukturunu yeni bazarların, xammal mənbələrinin, kapital qoyuluşları sferasının fəth edilməsində aparıcı dövlətlər mübarizəsi və onların siyasi və mədəni təsirinin güclənməsi kimi izah edir.
İmperializm. İnhisarçı kapitalizm ölkə və ölkələrin digər ölkələr üzərində siyasi və iqtisadi hökmranlığı ilə, güc və ya iqtisadi istismarla xaricdən idarə olunan sistemdir. İmperializm nəzəriyyəsinin yaradıcıları: Pudolf Hilferdinq (1877-1941), Otto Bayer (1881-1938), Vladimir Lenin (1870-1924).
Kolonializm – Müstəmləkəçilik, istismarçı dövlətlər tərəfindən sosial-iqtisadi cəhətdən zəif inkişaf etmiş dövlətlərin siyasi, iqtisadi və mənəvi əsarətə alınmasıdır.
Neokolonializm - İqisadi ekspansiya, inkişaf etmiş dövlətlərin inkişaf etməkdə olan dövlətlərin işinə qarışmasıdır.
Modernləşmə nəzəriyyəsi: Moderinləşmə birbaşa mənada (fransızca - müasir, təkmil) müa­sir tələblər və normalar çərçivə­sində yeniləşmədir. Qlobal proses olaraq yanaşılan Modernləşmə struktur-funksional differensiasiya və müvafiq inteqrasiya formalarının yaranışı ilə xarakterikdir.
Modernləşməyə sosioloji makronəzəriyyənin formasiya və sivilizasiya ilə yanaşı, həm də üçüncü paradiqması kimi yanaşılır. Modernizasiya paradiqması ХХ əsrin ortalarında Avropa müstəmlə­kəçilik imperiyalarının dağılması və çoxsaylı yeni gənc dövlətlərin yaranışı nəticəsində formalaşmışdır.
Modernləşmə nəzəriyyəsinə görə insan cəmiyyətinin tarixində bütün mövcud olanlar ikiqütb­lü­dür. Bu ondan irəli gəlir ki, Modernləşmə nəzəriyyəsinin əsas kateqoriyalarını «ənənəviçilik» («ənənəvi cəmiyyət») və «müasirlik» («müasir cəmiyyət») təşkil edir. Burada proses ənənəviçilikdən müasirliyə doğru gedir. Modernləmə - texnoloji, fuksional, qlobal olur.
Modernləşmə nəzəriyyəsinin metodoloji əsasları: Maks Veber (1864-1920), Şmuel Eyzenştat (1823-2008), Qunar Myurdal (1898-1987), baxışları modernləşmə nəzəriyyələrinin metodoloji əsasları kimi görünür.
Neoevolyusiyonizm (neotəkamülçü) konsepsiyası: Evolyusiyonizm - inkişaf və tərəqqi ideyalarının antropoloji şərhini, bütün mövcudatın təka­müllü inkişaf prosesini nəzərdə tutur. Neoevolyusiyonizm - sosio-mədəni strukturun differensiasiyasını, sosio-mədəni funksiyaların ixtisaslaşmasını və bu struktur və funksiyaların təşkilatlanmanın yeni səviyyə­lərində inteqrasiyasını ehtiva edir. Evolyusiyonizmdən fərqli olaraq Neoevolyusiyonizm xətti ehkamı inkar edir və ənənəviçilikdən müasirliyə çoxsaylı yolların olduğunu təsdiqləyir.
Neoevolyusiyonizm (neotəkamülçü) konsepsiyasının tərəfdarları: Lesli Уайт (1900-1975), Qordon Çayld (1892-1957), Culian Stuard (1902-1972).
Asılılıq nəzəriyyəsi - aslılığın metanəzəriyyəsi: Asılılıq nəzəriyyəsi qlobal sistemin inkişafının XX əsrin 60-70-ci illərində yaranmış daha təsirli nəzəriyyələrindən biri kimi çıxış edir. Nəzəriyyənin əsasında Argentinalı iqtisadçı Raul Prebiş (1901-1986) dayanır. Metanəzəriyyə üç istiqamətə bölünür:
Inkişafetməmə asılılığı;
İnkişafetmə asılılığı;
Təkraristehsal asılılığı;
Metanəzəriyyənin əsasını kapitalist sisteminin dünya miqyasında eyni zamanda həm inkişafa və həm də beynəlxalq, milli və lokal səviyyədə zəif inkişafa zəmin olması xüsusiyyətliliyi təşkil edir.
«İndustrial cəmiyyət» nəzəriyyəsi: İndustrial cəmiyyət - maddi nemətlərin dəyərinə təbii sərvətlərin hasilatı, emalı və həmçinin sənayenin daha çox töhfə verdiyi ictimai-iqtisadi inkişaf səviyyəsini xarakterizə edən cəmiyyət tipidir. «İndustrial cəmiyyət» nəzəriyyəsinin banisi amerikan iqtisadçısı, sosioloqu və biznes filosofu Piter Draker (1909-2005) hesab olunur. Nəzəriyyəyə görə industrial cəmiyyətin yaranışı XX əsrdə korpora­siyanın yüksəlişi ilə bağlıdır. XIX əsrin kapitalist cəmiyyəti isə industrialdan qabaq adlandırılır.
Dünya-sistem konsepsiyası: İmmanuel Vallerstayn (1930) tərəfindən irəli sürülmüşdür. Dünya-sistem konsepsiyası əmək bölgüsünün dinamik dəyişikliklərinə əsaslanaraq dünyanı üç hissəyə ayırır:
I.Mərkəzi (dünyanın nüvəsi);
II.Əyalət ölkələr;
III.Yarıməyalət ölkələr.
Konsepsiyada əsas yer ayrıca inkişaf etmiş ölkələr və sosialist dövlətləri olan yarıməyalət ölkələrə verilir (İrlandiya, Portuqaliya, Balkan ölkələri və keçmiş SSRİ respublikaları).
İqtisadi artım mərhələləri nəzəriyyəsi: Uolt Uitiman Rostounun (1916-2003) ölkələrin mərhələli inkişafı ilə bağlı tədqiqatlarına əsaslanır. Nəzəriyyədə iqtisadi inkişaf səviyyəsinə görə cəmiyyət bir neçə kateqoriyaya bölünür:
ənənəvi cəmiyyət;
keçid cəmiyyəti;
qalxınma və irəliləyiş cəmiyyəti;
bitkin və ya industrial cəmiyyət;
yüksək kütləvi istehlak səviyyəli cəmiyyət.
Qarşılıqlı asılılıq konsepsiyası: Qlobal qarşılıqlı asılılıq termini ötən əsrin 70-ci illərində amerikan politoloqu Stenli Hof­man (1928), dövriyyəyə buraxılmış, konsepsiyası isə Harvard universitetinin professoru Piçard Kuper (1938) tərəfindən açılmışdır. Nəzəriyyəyə görə dünya iqtisadiyyatı beynəlmiləlləşən isteh­sala, elmi-texniki tərəqqiyə və struktur yenidənqurmasına differensial təsirə əsaslanan milli təsərrü­fat­larla sıx qarşılıqlı rabitədədir. Qarşılıqlı asılılıq tədiyyə balansının xaricdən təsirlərini artırır.

Yüklə 421 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə