Mövzu 1: “Dünya iqtisadiyyatı” fənninin predmeti və vəzifələri, dünya iqtisadiyyatının genezisi və dünya-sistem nəzəriyyələri


Dünya iqtisadiyyatının inkişaf mərhələləri



Yüklə 421 Kb.
səhifə16/24
tarix07.06.2022
ölçüsü421 Kb.
#88966
1   ...   12   13   14   15   16   17   18   19   ...   24
movzu1

Dünya iqtisadiyyatının inkişaf mərhələləri
Bir çox tədqiqatçılar dünya təsərrüfatının meydana gəlməsini hələ Qədim Roma dövrünə aid edirlər. Onlara görə, Roma imperiyası o dövrün ümumdünya təsərrüfatı sistemini təş­kil etmişdir. Digər alimlər isə dünya təsərrüfatının fəaliyyətini XV-XVI əsrlərdə Böyük coğrafi kəşf­lərlə əlaqələndirirlər. Na­mə­lum ölkə və qitələrin kəşfi, yeni nəqliyyat növlərinin inkişafı ilə ticarət yollarının qurulması ölkə­lər arasında ticarət münasibətlərinin inkişafına və müstəmləkə­çi­li­yin mey­dana gəlməsinə səbəb oldu. Gəmiçiliyin inkişafı qitələr arasında iqtisadi əlaqələrin for­ma­laşmasına imkan yaratdı və müstəmləkələr Avropa ölkələrinin təsər­rüfat periferiyalarına çevrilərək beynəlxalq mübadilənin inkişafında mühüm rol oynadı. Amerikada qızıl və gümüş mədənlərinin tapılması, Hindistana dəniz yolunun kəşfi dünya baza­rının formalaşması üçün şərait yaratdı.
Beləliklə, dünya təsərrüfatının meydana gəlməsinin birinci mərhələsi (XVI-XIX əsrlər) əsasən müstəmləkə malları ilə beynəlxalq ticarətin sürətli inkişafı ilə xarakterizə olunur. Müasir dünya təsər­rü­fatı inhisarçı kapitalizm mərhələsində kapitalist münasibətlərinin inkişafı ilə əlaqədar sənaye çevrilişin­dən sonra meydana gəlmişdir.
Dünya təsərrüfatının inkişafının ikinci mərhələsi (1870-1913-cü illər) hər şeydən əvvəl Qərbi Avropada sənaye çevrilişinin baş verməsi, istehsal vasitələrinin inkişafı nəticəsində istehsalın beynəl­miləlləş­məsi ilə xarakterizə olunur. Bu mərhələdə dünya təsərrüfatının kapitalist istehsal üsulu əsasında təkamülü inkişaf etmiş sənaye ölkələri arasında və İEÖ-lə müstəmləkələr arasında beynəlxalq iqtisadi münasibətlərin məcmusunu təşki edir.
Dünya təsərrüfatının inkişafı prosesində üçüncü mərhələ birinci dünya müharibəsinin başlanması və ikinci dünya müharibəsinin bitməsi arasındakı müddəti əhatə edir. Geniş planda bu mərhələ dünya təsərrüfat münasibətlərində əvvəlki 40 ildə əldə olunmuş bir çox nailiyyətlərin itirilməsi ilə xaraktertizə edilir.
Dünya iqtisadiyyatının inkişafında dördüncü mərhələ ikinci dünya müharibəsinin bitməsilə 90-cı illərə qədər olan mərhələni əhatə edir. Bu mərhələ BİM-in yenidən qurulması və ya xarici iqti­sadi əlaqələrdə əvvəllər pozulmuş beynəlxalq iqtisadi intizamın bərpa olunması, malların, xidmət­lərin və istehsal amillərinin ölkələr arasında hərəkətinin artması mərhələsi kimi xaraktertizə edi­lə bilər. Dünya iqtisadiyyatının bu mərhələdə inkişafı beş əsas amilin təsiri ilə müəyyən edilir: yük­sək və sabit iqtisadi artım; iqtisadi fəaliyyət və əmək məhsuldarlığının artırılması sahəsində ölkələrin yaxınlaşması və birləşməsində güclü tendensiya; xarici ticarət siyasətinin liberallaşdırılması; intensiv ETT; imperializmin müstəmləkə sisteminin dağılması.
Dünya təsərrüfatının inkişafının beşinci müasir mərhələsinin başlanğıcı XX əsrin 90-cı illərinin əvvəllərindən hesab edilir. Qeyd etmək lazımdır ki, dünya iqtisadiyyatında vahid ümumi birliyin xüsusiy­yətləri məhz bu mərhələdə əldə olunmağa başlamışdır.



Yüklə 421 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə