|
Mövzu 1: “Dünya iqtisadiyyatı” fənninin predmeti və vəzifələri, dünya iqtisadiyyatının genezisi və dünya-sistem nəzəriyyələriSəlib yürüşlərinin iqtisadi əhəmiyyəti
|
səhifə | 20/24 | tarix | 07.06.2022 | ölçüsü | 421 Kb. | | #88966 |
| movzu1Səlib yürüşlərinin iqtisadi əhəmiyyəti: 1095-ci ildə Fransanın Klermon şəhəri yaxınlığındakı düzdəki nitqində Roma papası II Urban xalqı Şərq ölkələrinə yürüş etməyə çağırdı. Səlib ərəbcə xaç deməkdir. Buna görə də Şərqə yürüşlərin iştirakçılarını səlibçilər, həmin yürüşləri isə səlib yürüşləri adlandırmağa başladılar. Kəndlilər öz ağalarının əlindən yaxa qurtarmaq, feodallar gəlirlərini artırmaq, yeni torpaqlar və asılı kəndlilər ələ keçirmək, varlı Şərq şəhərlərini qarət edərək orada yeni torpaq mülkləri əldə etmək, Roma papası Şərq ölkələrini asılı hala salmaq yolu ilə hakimiyyətini daha da gücləndirmək və gəlirini artırmaq üçün, Qərb feodalları və ruhanilər Səlcuq imperatorluğunun ayrı-ayrı hissələrə parçalanmasından istifadə edərək Şərq ölkələrini ələ keçirmək üçün Şərq ölkələrinə yürüş etməyə başladılar.
Səlib yürüşlərinin nəticəsində Qərb feodalları Şərq ölkələrini işğal edə bilmədilər, lakin səlib yürüşlərinin Avropa üçün bir sıra nəticələri oldu. Aralıq dənizində ticarət daha da canlandı. Ticarətdə birincilik Şimali İtaliya şəhərlərinin əlinə keçdi. 1204-cü ildəki məğlubiyyətdən sonra Bizans artıq Venesiya və Genuya ilə rəqabət apara bilmədi. İtaliya tacirlərinin Suriya, Fələstin, Krım və Qafqazda ticarət məskənləri yarandı. Avropalılar yel dəyirmanlarından istifadəni Şərqdən götürdülər, ipək parçalar toxumağı və güzgü istehsalını, metalı daha yaxşı emal etməyi öyrəndilər, kağız, barıt, kompas ilə tanış oldular.
Sənətin kənd təsərrüfatından ayrılması nəticəsində Avropada şəhərlər meydana gəlir və artırdı. Yeni əmək bölgüsü yarandı. Kənd sakinlərindən fərqli olaraq, şəhər sakinləri əsasən sənət və ticarətlə, bir az da kənd təsərrüfatı ilə məşğul idilər.
Avropalılar Aralıq dənizi vasitəsilə Suriya və Misirlə, Qara dəniz vasitəsilə Krım və Qafqazla ticarət əlaqələri saxlayırdılar. Əvvəllər ticarətdə başlıca yeri Bizans tuturdu. XIII əsrdən başlayaraq Aralıq dənizi vasitəsilə Şərq ölkələri ilə ticarət Venesiya və Genuya tacirlərinin əlinə keçdi. XIII ərsdə Avropada ən məşhur yarmarka Fransanın Şampan yarmarkası idi. Burada pul işini yaxşı bilən sərraflar müxtəlif ölkələrin pullarını yoxlayır və dəyişirdilər, hətta sələmlə borc da verirdilər. Onlar bu yolla varlanıb sələmçilərə çevrilirdilər. Onların arasında ilk bankirlər meydana gəlirdi. Ən böyük bank İtaliyada yerləşirdi. XVəsrdə Avropanın mərkəzi pul-maliyyə bazarı Genuyaya məxsus idi. Bu maliyyə bazarı “Bezanson” adlanırdı. Beləliklə, Qərbi Avropada ilkin kapitalist münasibətləri üçün XV əsrdə əlverişli şərait yaranırdı
Dünya iqtisadiyyatı tarixində XVI-XVIII əsrin son qərinəsi feodal münasibətlərinin dağılması və kapitalist istehsalının yaranması dövrü kimi daxil olmuşdur. İstehsalın ayrı-ayrı sahələrində əmək alətlərinin və texnologiyanın təkmilləşməsi, texniki yeniliklər və onların istehsala tətbiqi bu prosesin ilkin əlamətləridir. Xüsusilə metal əridilməsində yeni üsulların tətbiqi, domna sobalarından istifadə nəticəsində çuqun ərintisindən dəmir və polad almaq mümkün oldu. Mədən işlərində kiçik su arxının köməyilə hərəkətə gətirilən su çarxı ixtira edildi. Toxuculuq sahəsində yeni dəzgahlar tətbiq edildi. XVI əsrin əvvəllərində odlu silah istehsalına, kağız istehsalına, kitab çapına, saat və eynək istehsalına başlandı. Kənd təsərrüfatında yeni keyfiyyətli əmək alətlərindən və gübrədən istifadə edilməklə çoxtarlalı əkin sisteminə keçildi. İstehsalın ixtisaslaşma səviyyəsi yüksəldi, kənd təsərrüfatı məhsullarının böyük hissəsi bazara çıxarılaraq əmtəə-pul münasibətlərinin inkişafına təkan verdi.
XVI əsrdən Qərbi Avropada kapitalist sənayesinin ilkin manufaktura (latınca “əl ilə düzəldilən” deməkdir) mərhələsi başlanmışdır. İlkin vaxtlar bu istehsal “evdə iş” və ya “dağınıq”manufaktura adlanırdı. Kapitalı olan tacirlər kəndlərdə sənətkar və kəndlilərə dəzgah, əmək alətləri paylayırdı və onlar yun və kətandan müxtəlif məhsullar hazırlayıb müəyyən haqq müqabilində tacirə təhvil verirdilər. Bundan başqa, bəzən tacirlər evdə işləyən öz muzdlu işçilərini bir emalatxanaya toplayıb istehsala sahibkar kimi nəzarət edirdi.
XVI yüzillikdə Qərbi Avropada kapitalist istehsalı feodal cəmiyyəti içərisində inkişaf etməkdə olan uklad formasında idi. Böyük coğrafi kəşflərin nəticələri kapitalist münasibətlərinin inkişafını sürətləndirən başlıca iqtisadi amillərdən oldu.
Dostları ilə paylaş: |
|
|