Mövzu 1: “Dünya iqtisadiyyatı” fənninin predmeti və vəzifələri, dünya iqtisadiyyatının genezisi və dünya-sistem nəzəriyyələri



Yüklə 421 Kb.
səhifə14/24
tarix07.06.2022
ölçüsü421 Kb.
#88966
1   ...   10   11   12   13   14   15   16   17   ...   24
movzu1

Qarşılıqlı asılılıq probleminə müxtəlif kəsişmələr səviyyəsində baxılır:
Qlobal;
Mərkəzlər və əyalətlər arası:
Sistemaltı daxili.
Bərabər partnyorluq konsepsiyası inkişaf etməkdə olan ölkələrin təsərrüfatlarının qarşılıqlı dəyişməsi və inteqrasiyası əsasında iqtisadiyyatların inkişafının sürətləndirilməsi və modernizasi­yası ilə onların xammal və ərzaq təchizatçısı rolundan bilavasitə geniş istehsal iştirakçısına çevril­məsini, bununla da «dünya cəmiyyətində» bərabər partnyorluğa keçidi ehtiva edir. Bərabər part­nyor­luq konsepsiyası bərabər partnyorluq sisteminin yaranışının əsasında Qərb ölkələri ilə inkişaf etməkdə olan ölkələr arasındakı səviyyə fərqliliyinin aradan qaldırılmasının təbliğinə köklənmişdir.
Postindustrial cəmiyyət konsepsiyası: Postindustrial cəmiyyətdə istehsal prioriteti Elmi-Texniki Tərəqqi və əhalinin gəlirinin artımı nəticəsində xidmət sferasına keçid etmişdir. Bu cəmiyyətdə:
informasiya və bilik resursa çevrilir;
elmi işləmələr iqtisadiyyatın hərəkətverici qüvvəsi olur;
daha çox işçinin təhsilinin keyfiyyət səviyyəsi, peşəkarlığı və kreativliyi qiymətləndirilir.
Postindustrial ölkələr kimi bir qayda olaraq ÜDM-də (ABŞ – 80%, AB ölkələri, Kanada və Yaponiya 70%) xidmətlər sektorunun payının yarıdan daha çox olanları hesab edilir.
«Postindustrial cəmiyyət» konsepsiyası nəzəri əsaslarını yaratmışlar: Elvin Toffler (1928), Zbiqnev Bzejinski (1928), Daniel Bell (1919)
Konvergensiya nəzəriyyəsi kapitalizm və sosializmin qarşılıqlı təsir və qarşılıqlı əlaqəlilik prosesləri perspektivini ehtiva edir. Konvergensiya mahiyyətcə SSRİ və ABŞ-ın bir-birinə qarşı hərəkəti ilə ümumiləşmiş iqtisadi modelin əldə edilməsinə yönələn nəzəriyyədir. Konvergensiya nəzəriyyəsinə görə Sovetlər İttifaqı kapit­alizmdən mənfəətçilik konsepsiyasını, kapitalist ölkələri, o cümlədən ABŞ isə SSRİ-dən dövlət planlaşdırılması təcrübəsini götürür və nəticədə iki müxtəlif siyasi sistemin yaxınlaşması əsasında strateji biçimli daha uğurlu iqtisadi model əldə olunur.

Yüklə 421 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə