|
Mövzu 1: “Dünya iqtisadiyyatı” fənninin predmeti və vəzifələri, dünya iqtisadiyyatının genezisi və dünya-sistem nəzəriyyələriİbtidai icma cəmiyyətinin təsərrüfatı
|
səhifə | 18/24 | tarix | 07.06.2022 | ölçüsü | 421 Kb. | | #88966 |
| movzu1İbtidai icma cəmiyyətinin təsərrüfatı. Əmək alətlərinin hazırlanmasına görə bəşər tarixi adətən daş, tunc və dəmir dövrlərə bölünür. İbtidai icma istehsal üsulu xronoloji cəhətdən əsasən daş dövrü ilə üst-üstə düşür. Daş dövrü 3 mərhələyə bölünür:
qədim daş dövrü (paleolit) – 2,5 milyon – 12 min il bundan əvvəl;
orta daş dövrü (mezolit) – e.ə. XII-VIII minilliklər;
yeni daş dövrü (neolit) – e.ə. VIII-VI minilliklər.
İbtidai icma quruluşunda istehsal münasibətlərinin əsasını kollektivçilik, istehsal vasitələri üzərində icma mülkiyyəti təşkil edirdi. Бу dövrdə iqtisadiyyatın mühüm sahələri olan kənd təsərrüfatı və sənətkarlıq yaranmış və inkişaf etmişdir. İbtidai icma quruluşunun təsərrüfat sistemi aşağıdakı əsas əlamətləri ilə xarakterikdir: məhsuldar qüvvələrin həddindən artıq aşağı səviyyəsi; kollektiv əmək; istehsal vasitələri üzərində icma mülkiyyəti; istehsal olunan məhsulun bərabər şəkildə bölüşdürülməsi; insanların təbiətdən həddindən çox asılılığı.
Quldarlığın inkişaf variantları. Tarixdə, ilk sinifli cəmiyyət olan quldarlığın iki növünün olduğu məlumdur. Bunlardan biri Şərq, digəri isə antik quldarlıq adlanır. Quldarlıq Şərqdə eramızdan əvvəl IV minillikdə meydana gəlmişdir. Şərq quldarlığına Misirdə, Babilistanda, İranda, Hindistanda, Çində mövcud olmuş quldarlıq dövlətlərini aid etmək olar. Antik quldarlıq isə Yunanıstanda, Yunanıstana məxsus xüsusiyyətlərə malik olan bəzi dövlətlərdə və Romada hökmran olmuşdur.
Şərq quldarlığı üçün quldarların torpaq və digər istehsal vasitələri, habelə qullar üzərində icma, ibadətxana və dövlət mülkiyyəti formasında kollektiv mülkiyyət səciyyəvidir. Bütöv bir tarixi dövr ərzində sinfi münasibətlər kənd və ya qonşu icma münasibətləri səviyyəsində olmuşdur. Qədim Şərq dövlətləri torpağın mülkiyyətçisi kimi gəlir (renta) mənimsəmişlər.
Antik quldarlıq Şərq quldarlığından xüsusi mülkiyyət münasibətlərinin nisbətən yüksək inkişaf səviyyəsi ilə də fərqlənir. Belə ki, Antik quldarlıqda xüsusi mülkiyyət kollektiv quldarlıq mülkiyyəti formalarına nisbətən üstünlüyə mailk olmuş, ictimai istehsalda qulların əməyi azad istehsalçıların əməyi ilə müqayisədə üstünlük təşkil etmiş, əmtəə münasibətləri, pul tədavülü, ticarət və ictimai istehsal daha sürətlə inkişaf etmişdir.
Dostları ilə paylaş: |
|
|