Mövzu 1: “Dünya iqtisadiyyatı” fənninin predmeti və vəzifələri, dünya iqtisadiyyatının genezisi və dünya-sistem nəzəriyyələri


Sənaye çevrilişinin mahiyyəti, mənbələri və nəticələri



Yüklə 421 Kb.
səhifə22/24
tarix07.06.2022
ölçüsü421 Kb.
#88966
1   ...   16   17   18   19   20   21   22   23   24
movzu1

Sənaye çevrilişinin mahiyyəti, mənbələri və nəticələri. İri maşınlı istehsal kapitalizmin ictimai əmək məhsuldarlığını yüksəltdiyi üçüncü pillədir. Manu­fak­turadan iri sənayeyə keçid manufaktura fəhləsinin sənətkar alətlərinin iş maşını ilə əvəz olunması yolu ilə baş vermişdir. Deməli, manufakturada əmtəə istehsalı üsulundakı çevrilişin ilk nöqtəsi iş qüvvəsi olmuşsa, iri sənayedə - əmək vasitəsi olmuşdur. XVIII əsrin axırı - XIX əsrin əvvəlindəki sənaye inqilabı iş maşınlarının tətbiqindən başladı və maşınlar maşınların köməyi ilə istehsal olunmağa başlayanda, iri maşınlı istehsal yaradıldıqda qurtardı.
Sənaye inqilabı nə­ticə­sində burjuaziya cəmiyyətinin əsas sinifləri - ancaq öz iş qüvvəsini satmaq hesabına yaşayan fəh­lə sinfi və istehsal vasitələrinin təkbaşına mülkiyyətcisi olan, muzdlu əməyi istismar edən kapita­list­­lər sinfi yarandı. Sənaye çevrilişi nəticəsində kapitalizm istehsalın xüsusi bir tarixi forması kimi bərqə­rar oldu. Maşınların tətbiq edilməsi ilə əlaqədar olaraq əmək məhsuldarlığı kəskin surətdə yüksəldi. Belə bir şəraitdə izafi dəyər istehsal etməyin əsas üsulu nisbi izafi dəyər istehsalından ibarət oldu.
İngiltərədə sənaye çevrilişinin ilkin şərtlərindən biri böyük kapital yığımı olmuş­dur. Müxtəlif döv­lət borclarının və vergilərin artması, ticarətin inkişafı, müstəmləkələrin qarət edil­mə­si hesabına yaranmış iri kapital kiçik bir qrup adamın əlində cəmləşmişdi. Sənaye çevrilişinin ən mühüm ilkin şərtlərindən biri də İngiltərə burjua inqilabı oldu. İngiltərədə manufakturaların inkişafı maşınların yaranması üçün zəmin hazırlamışdı, azad kapital isə bu ixtiraların istehsala surətlə tət­bi­qi­ni təmin edirdi. İngiltərədə sənaye çevrilişinin ən mühüm nəticəsi kapitalist sənayeləşməsi prose­si­nin təşək­kül tapması, fabrik-zavod sənayesinin yaranmasıdır. Kapitalın təmərküzləşməsi və mər­kəz­­­ləşməsi prosesinin güclənməsi ilə iri müəssisələr yaranırdı. İngiltərədə sənaye çevrilişinin əsas sosial nətisəci azad muzdlu işçi qüvvəsinin surətlə çoxalması və mütəşəkkil bir qüvvəyə çevrilməsidir.
Kapitalizmin inhisarçılıq mərhələsində imperializm müstəmləkə sistemi yaranmışdır. İmperializm müstəmləkə sistemi - imperialist dövlətləri tərəfindən zülm və əsarət altında saxlanılan müstəm­lə­kə­lə­rin və asılı ölkələrin məcmusundan ibarətdir. İmperializm müstəmləkə sisteminin yaranması prose­si­nin cərəyan etdiyi formalar-müstəmləkə soyğunçuluğu və işğalından, imperialist azğınlığı və zora­­kılığından, müstəmləkə köləliyindən, milli zülmdən və hüquqsuzluqdan, müstəm­ləkə ölkələrinin xalq­larına hökmranlıq etmək üçün imperialist dövlətlərinin öz arasındakı mübarizədən ibarət olmuşdur.
XVIII əsrdə İngiltərə apardığı müharibələr nəticəsində yeni müstəmləkələr əldə etmiş, əvvəllər zəbt edilmiş müstəmkələrin sərvəti və əhalisi xeyli artmışdır. İngiltərənin Amerikadakı müstəm­lə­kə­lə­rində əhalinin sayı 1700-cü ildə 200 min nəfərə yaxın idisə, 50 ildən sonra 2 milyona çatmışdı. 7 il­­lik müharibə (1756-1763) nəticəsində İngiltərə yeni ərazilər qazandı və Fransanı öz yolundan ta­ma­milə sıxışdırıb çıxartdı.
İngiltərə müstəmləkələr hesabına bir neçə problemi həll edirdi: 1-cisi, ingilis malları üçün satış bazarı və xammal mənbəyi əldə edirdi; 2-cisi, ölkədəki “artıq” əhalidən canını qurtarırdı; 3-cüsü, İngiltərənin özündə (metropoliya) əhalinin əsas hissəsinin yüksək həyat səviyyəsini təmin edirdi.
X. Kolumb tərəfindən 1492-ci ildə kəşf edilmiş yeni dünya adlanan Amerika ilə Avropa və Asiya xalq­ları arasında sabit əlaqələrin formalaşması dünya təsərrüfatının inkişafında böyük rol oynamış­dır. XVI əsrin 30-cu illərində İspaniya indiki Texas və Florida ştatlarının ərazisini zəbt etmişdi. An­caq İngiltərənin Amerikadakı müstəmləkələri daha çox olub, XVIII əsrin 2-ci yarısında meydana çıx­mış Amerika Birləşmiş Ştatları adlanan yeni dövlətin əsasını təşkil etmişdir. Beləliklə, XVIII əsrin 70-ci illərində İngiltərənin Şimali Amerikada 13 müstəmləkəsi var idi və oların əhalisi əsasən ingilislərdən, irlandlardan, şotlandlardan, həmçinin digər ölkələrdən gələnlərdən formalaşmışdır. Həmin müstəmləkələrin əhalisi 1620-ci ildə 2500 nəfərdən ibarət idisə, 1780-ci ildə 2,8 milyon nəfərə çataraq 100 dəfədən də çox artmışdı.

Yüklə 421 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə