17
xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal
məlumatlandırmalıdır.
923.3.
Sığortalı və ya sığorta olunan tərəfindən sığortaçının sığorta
hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq sığortaçıya
bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı xəbər verməlidir.
923.4.
Bu Məcəllənin 923.1-ci maddəsində üzərinə məlumatlandırma
vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət
orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş
verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi
barədə məlumatlandırılma hesab edilir.
Maddə 924. Sığorta hadisəsinin təsdiqi
924.1.
Sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta
sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını
təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım
olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla,
sığortalıdan tələb etmək hüququna malikdir.
924.2.
Sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq
araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət
orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə
nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və
ya onun nümayəndəsinin vəzifəsidir.
924.3.
Səlahiyyətli dövlət orqanları sığortaçının yazılı sorğusuna əsasən
sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması qanunvericiliklə qadağan
olunmayan istənilən məlumatı sığortaçının sorğusu daxil olduğu tarixdən etibarən
10 gün müddətində təqdim etməlidirlər.
Maddə 925. Zərərin qiymətləndirilməsi
925.1.
Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının,
sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim
etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir.
925.2.
Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş
predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə
təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla,
bilavasitə özü və ya sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin
etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə
qiymətləndirir.
925.3.
Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən
qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə
zərərin miqdarının qiymətləndirilməsi sığorta qanunvericiliyinin tələbləri nəzərə
alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.
925.4.
Sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün
təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən
18
şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə
bilərlər.
925.5.
Əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya
üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta
hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli
nümayəndəsinə təqdim etməlidir:
925.5.1.
Zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta
hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması,
habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən
nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane
olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın
hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal
sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda;
925.5.2.
sığortaçı sığorta hadisəsi barədə bu Məcəllədə nəzərdə tutulmuş
qaydada məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş
əmlaka baxış keçirmədikdə;
925.5.3.
digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal
sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda.
Maddə 926. Sığorta ödənişi
926.1.
Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə,
həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə
kompensasiyasıdır.
926.2.
Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.
926.3.
Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi
qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq
sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir.
Maddə 927. Əmlak sığortası üzrə sığorta ödənişinə dair əlavə tələblər
927.1.
Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki
məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi
nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən
real zərərin miqdarından çox ola bilməz.
927.2.
Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra
əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında aşağıdakı
formalarda həyata keçirilə (ödənilə) bilər:
927.2.1.
zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi;
927.2.2.
sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün
sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya
satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi;
927.2.3.
sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus
əmlakın təmiri və ya bərpası;
927.2.4.
sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə
müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi.