19
927.3. Girov qoyulan əmlakın sığortası üzrə sığorta hadisəsi baş verdiyi
tarixdə faydalanan şəxs olan girov saxlayana borclunun (girov qoyanın) borc
(kredit) müqaviləsi üzrə sığorta ödənişinin verildiyi tarixə ona ödəməli olduğu
məbləğdən artıq sığorta ödənişi verilə bilməz.
Maddə 928. Şəxsi sığorta üzrə sığorta ödənişi
Şəxsi sığorta üzrə sığorta ödənişi onu almaq hüququ olan şəxsə sosial sığorta,
həmçinin icbari və ya könüllü sığortalar üzrə nəzərdə tutulan ödənişlərdən asılı
olmayaraq qanunvericilikdə və ya sığorta müqaviləsində müəyyən olunmuş
qaydada ödənilməlidir.
Maddə 929. Sığorta ödənişindən sığorta haqqının tutulması
Sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən
sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı
məbləğini tutmaq hüququna malikdir.
Maddə 930. Sığorta məbləğinin sığorta ödənişinə uyğun olaraq azalması
930.1.
Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği həmin
müqavilə üzrə verilmiş sığorta ödənişi həcmində azalmış hesab olunur. Sığorta
qanunvericiliyində başqa hal nəzərdə tutulmamışdırsa, bu zaman sığorta
müqaviləsinə sığorta məbləğinin azalması ilə bağlı dəyişiklik etmək vacib deyil.
930.2.
Bu Məcəllənin 930.1-ci maddəsində nəzərdə tutulmuş halda sığorta
məbləğinin azalmış hissəsinə uyğun olaraq, əlavə sığorta haqqı ödənilməklə sığorta
müqaviləsində müəyyən edilmiş sığorta məbləği bərpa edilə bilər.
Maddə 931. İcbari sığorta ödənişinin üstünlüyü
Bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin
ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə
sığortaçının öhdəlikləri yarandıqda əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta
ödənişləri verilməlidir. Bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı
sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi
ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər.
Maddə 932. Sığorta ödənişi barədə qərarın təxirə salınması
Sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı mülki məsuliyyətin
sığortası üzrə üçüncü şəxs barəsində, digər hallarda isə sığortalı və ya sığorta olunan
barəsində həmin hadisənin baş verməsi ilə əlaqədar inzibati xəta üzrə iş və ya
cinayət işi başlanarsa, sığortaçı müvafiq sığorta ödənişinin verilib-verilməməsi
barədə qərarını səlahiyyətli orqanın bu iş üzrə yekun qərarından sonra qəbul edir.
Maddə 933. Sığorta ödənişinin verilməsinin əsasları
20
933.1.
Sığorta ödənişi aşağıdakılara əsasən həyata keçirilir:
933.1.1.
sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya
faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya
ünvanladığı sığorta tələbi;
933.1.2.
sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə
uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın
hadisə barədə təqdim etdiyi müvafiq sənəd;
933.1.3.
qanunvericilikdə və müvafiq sığorta qaydalarında nəzərdə tutulan,
sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər.
933.2.
Bu Məcəllənin 933.1.1-ci maddəsi tibbi sığorta sinfi üzrə sığorta
hadisələrinə şamil edilmir.
Maddə 934. Sığorta ödənişinin gecikdirilməsinin nəticəsi
Sığortaçı sığorta ödənişini sığorta qanunvericiliyi və ya sığorta müqaviləsi ilə
müəyyən olunmuş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün sığorta ödənişi
məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
Maddə 935. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları
935.1.
Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina
edir:
935.1.1.
bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi
nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini
müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar
olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda, habelə zərər dəymiş
əmlakın ona təqdim edilməsi ilə bağlı bu Məcəllənin 925.5-ci maddəsinə riayət
edilmədikdə;
935.1.2.
qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən
hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin sığorta hadisəsinin baş
verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta
hadisəsi ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi;
935.1.3.
müqavilə və ya qanunla hərbi risklərin sığortalanması nəzərdə
tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli
tədbirlər hesab edilən halların nəticəsi olması;
935.1.4.
sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və
ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu
halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə
imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı
həmin həcmdə azalmış olardı;
935.1.5.
sığortaçının
sığorta
hadisəsinin
baş
verməsi
səbəblərini
araşdırmasına sığortalı tərəfindən maneçilik törədilməsi, o cümlədən bu Məcəllənin
925.5.1-ci maddəsində müəyyən edilmiş məqsədlər üçün zəruri tədbirlərin
görülməsi halları istisna olmaqla, digər hallarda əmlakın hadisə yerindən
21
kənarlaşdırılmasının
sığortaçını hadisənin səbəblərini və ya zərərin
həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi;
935.1.6.
bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti,
həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının
sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini
qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin
həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
935.1.7.
əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan
şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması;
zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş
məbləğ həcmində imtina edilir.
935.1.8.
baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə
görə sığorta hadisəsi hesab edilməməsi;
935.1.9.
sığorta hadisəsinin sığorta haqqı və ya onun hər hansı bir hissəsinin
qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa
çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda
isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra baş
verməsi halında sığorta haqqı və ya onun müvafiq hissəsi ödənilməmiş olduqda;
935.1.10.
icbari sığorta qanunvericiliyində və ya sığorta qaydalarında nəzərdə
tutulmuş digər hallarda.
935.2.
Bu Məcəllənin 911.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların
yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı
yanlış məlumatların verilməsində təqsirli olmadıqda, sığortaçı sığorta ödənişinin
verilməsindən imtina üçün yanlış məlumatın verilməsi faktına əsaslana bilməz.
Maddə 936. Subroqasiya hüququ
936.1.
Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə
alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan
üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş
sığortaçının istifadə etmək hüququdur.
936.2.
Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək
tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş
sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
936.3.
Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun
həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin
etməlidir.
936.4.
Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin
edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə
sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala
biləcəyi məbləğ həcmində azad edilir.
936.5.
Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya)
müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini
sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə
sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə
qarşı istifadə edə bilər.
22
936.6.
Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan
hallarda subroqasiya hüququ tətbiq edilmir.
§4. Sığorta vasitəçiliyi
Maddə 937. Sığorta münasibətlərində sığorta vasitəçilərinin iştirakı
937.1.
Sığorta (təkrarsığorta) müqaviləsi tərəflər arasında həm birbaşa, həm
də sığorta vasitəçilərinin - sığorta agentlərinin və ya sığorta brokerlərinin
xidmətindən istifadə etməklə bağlana bilər.
937.2.
Sığortaçı aşağıdakı sığorta əməliyyatlarında onun adından çıxış edən
sığorta agentinin vasitəçilik xidmətlərindən istifadə edə bilər:
937.2.1.
sığorta
müqavilələrinin
bağlanması
və
bununla
əlaqədar
sövdələşmələrin aparılması;
937.2.2.
sığorta müqaviləsinin davam etdirilməsi və ya yenilənməsi ilə bağlı
sövdələşmələrin aparılması.
937.3.
Sığorta brokeri sığortalını (təkrarsığortalını) sığortaçı (təkrarsığortaçı)
ilə münasibətlərdə təmsil etməklə aşağıdakı sığorta əməliyyatlarında vasitəçilik edə
bilər:
937.3.1.
sığorta (təkrarsığorta) müqavilələrinin bağlanması və bununla
əlaqədar sövdələşmələrin aparılması;
937.3.2.
sığorta (təkrarsığorta) müqavilələrinin davam etdirilməsi və ya
yenilənməsi ilə bağlı sövdələşmələrin aparılması;
937.3.3.
sığorta (təkrarsığorta) müqavilələrinin həyata keçirilməsi, o
cümlədən sığorta (təkrarsığorta) tələbləri və sığorta ödənişləri üzrə sövdələşmələrin
aparılması və (və ya) məsləhətlərin verilməsi.
Maddə 938. Sığorta və ya təkrarsığorta müqavilələrinin sığorta
vasitəçiliyi ilə bağlanması
938.1.
Sığorta müqaviləsi sığorta agenti vasitəsilə bağlandıqda sığorta agenti
müqaviləni həmin sığortaçının adından yalnız onun yazılı qaydada verdiyi
səlahiyyət əsasında imzalaya bilər.
938.2.
Sığorta
(təkrarsığorta)
müqaviləsi
sığorta
brokeri
vasitəsilə
bağlandıqda müqavilə sığortaçı və sığortalı tərəfindən və ya sığortalının
(təkrarsığortalının) yazılı qaydada verdiyi səlahiyyət əsasında sığorta brokeri
tərəfindən imzalana bilər.
938.3.
Sığorta (təkrarsığorta) müqaviləsi sığorta vasitəçiliyi ilə bağlandıqda
həmin müqavilədə müvafiq olaraq sığorta agentinin və ya sığorta brokerinin adı,
(fiziki şəxsdirsə, həmçinin soyadı) və ünvanı göstərilməlidir.
Maddə 939. Sığorta brokerinin sığorta müqaviləsinin tərəflərini
sənədlərlə təmin etməsi
23
939.1.
Sığorta
brokeri
onun vasitəsilə bağlanan sığorta müqaviləsini
tərəflərdən sonuncusunun imzaladığı tarixdən etibarən 3 gün müddətində sığortalını
həmin müqavilənin nüsxəsi və (və ya) müvafiq sığorta şəhadətnaməsi ilə, bu
mümkün olmadıqda isə müvafiq sığorta müqaviləsinin nüsxəsinin, yaxud sığorta
şəhadətnaməsinin sığortalıya verilməsinədək qüvvədə olan, bu Məcəllənin 940-cı
maddəsində nəzərdə tutulmuş təminat şəhadətnaməsi ilə təmin etməlidir.
939.2.
Sığorta brokeri onun vasitəsilə bağlanan təkrarsığorta müqaviləsini
tərəflərdən sonuncusunun imzaladığı tarixdən etibarən 10 gün müddətində
təkrarsığortalını müvafiq təkrarsığorta müqaviləsinin nüsxəsi və ya bu Məcəllənin
940-cı maddəsində nəzərdə tutulmuş təminat şəhadətnaməsi ilə təmin etməlidir.
939.3.
Sığorta brokeri vasitəsilə bağlanan sığorta (təkrarsığorta) müqaviləsi
üzrə riskləri qəbul edən və ya bölüşən sığortaçı (təkrarsığortaçı) həmin müqavilə
üzrə istənilən məlumatı sığorta brokerindən tələb edə bilər.
Maddə 940. Təminat şəhadətnaməsi
940.1.
Təminat
şəhadətnaməsi
sığorta
brokerinin
sığortalıya
(təkrarsığortalıya) verdiyi və sığorta risklərinin yerləşdirilməsini təsdiq edən
sənəddir.
940.2.
Təminat şəhadətnaməsində aşağıdakılar göstərilməlidir:
940.2.1.
sığorta (təkrarsığorta) müqaviləsi üzrə riskləri qəbul edən və ya
bölüşən sığortaçının (təkrarsığortaçının) tam adı və ünvanı;
940.2.2.
sığortalının (təkrarsığortalının) tam adı və ünvanı;
940.2.3.
sığorta müqaviləsinin qüvvədə olduğu müddət və ərazi;
940.2.4.
sığorta (təkrarsığorta) müqaviləsi üzrə təminat verilən sığorta
riskləri;
940.2.5.
sığortaçının (təkrarsığortaçının) qəbul etdiyi və ya bölüşdüyü
sığorta və ya təkrarsığorta riskinə uyğun olan sığorta (təkrarsığorta) məbləğinin hər
bir sığorta predmeti və ya onun hissəsinə, yaxud hər bir sığorta olunana
münasibətdə ayrı-ayrı risklər üzrə miqdarı;
940.2.6.
sığorta (təkrarsığorta) haqqının ümumi və hər bir sığorta predmeti
üzrə məbləği və ödənilməsi qaydası.
940.3.
Sığorta riski bir neçə sığortaçıda (təkrarsığortaçıda) yerləşdirildikdə,
bu Məcəllənin 940.2.3-940.2.6-cı maddələrində nəzərdə tutulmuş məlumatlar hər
bir sığortaçıya (təkrarsığortaçıya) münasibətdə ayrılıqda göstərilməlidir.
Maddə 941. Sığorta vasitəçilərinin sığorta haqqı və sığorta ödənişlərinin
ödənilməsində iştirakı
941.1.
Sığorta agenti sığortaçının adından sığorta haqqını onun yazılı
qaydada verdiyi səlahiyyət əsasında qəbul edə bilər.
941.2.
Sığorta
(təkrarsığorta)
müqaviləsi
sığorta
brokeri
vasitəsilə
bağlandıqda onunla sığortalı (təkrarsığortalı) və (və ya) sığortaçı (təkrarsığortaçı)
arasında bağlanmış vasitəçilik xidməti üzrə müqavilədən asılı olaraq, sığortalı
(təkrarsığortalı) sığorta (təkrarsığorta) haqqını sığortaçıya (təkrarsığortaçıya)
birbaşa, yaxud sığorta brokeri vasitəsilə ödəyə bilər.
24
941.3.
Sığorta
(təkrarsığorta) haqqı sığorta brokerinə daxil olduğu
andan müvafiq sığorta (təkarsığorta) müqaviləsi üzrə ödənilmiş hesab edilir.
941.4.
Sığorta brokeri ona sığorta (təkrarsığorta) haqqı kimi ödənilən pul
vəsaitlərini “sığorta haqqı hesabı” kimi müəyyən edilən digər hesablardan ayrı və
fərqli olan bank hesabında sığortaçıya (təkrarsığortaçıya) ödənilmək məqsədilə
saxlayır və bu vəsaitləri digər məqsədlər üçün istifadə edə bilməz.
941.5.
Sığorta
vasitəçisi
sığorta
(təkrarsığorta)
haqlarını
sığortaçı
(təkrarsığortaçı) ilə razılaşdırılmış müddətdə gecikdirmədən təyinatı üzrə həmin
sığortaçıya (təkrarsığortaçıya) ötürməlidir.
941.6.
Sığorta vasitəçisi ilə sığortaçı (təkrarsığortaçı) arasındakı müvafiq
müqaviləyə əsasən müəyyən edilmiş komissiya və ya muzd məbləği sığorta
(təkrarsığorta) haqqının bu Məcəllənin 941.6-cı maddəsində nəzərdə tutulmuş
qaydada ötürülməsi zamanı, sığorta (təkrarsığorta) haqqından çıxıla bilər.
941.7.
Sığorta brokeri sığortaçı (təkrarsığortaçı) tərəfindən sığorta ödənişləri
ilə bağlı ona ödənilən pul vəsaitlərini “sığorta ödənişi hesabı” kimi müəyyən edilən,
digər hesablardan ayrı və fərqli olan bank hesabında sığortalıya (təkrarsığortalıya)
və ya faydalanan şəxsə ötürülmək məqsədilə saxlayır və bu vəsaiti digər məqsədlər
üçün istifadə edə bilməz.
941.8.
Sığorta brokeri bu Məcəllənin 941.7-ci maddəsində nəzərdə tutulmuş
vəsaitləri sığorta ödənişi hesabına daxil olduğu tarixdən etibarən 3 gündən gec
olmayaraq müvafiq sığortalıya (təkrarsığortalıya) və ya faydalanan şəxsə
ötürməlidir.
Maddə 942. Sığorta vasitəçilərinin sığortalı və ya təkrarsığortalı
qarşısında subsidiar öhdəliyi
Sığorta vasitəçisi onun vasitəçiliyi ilə müvafiq hallarda sığorta və ya
təkrarsığorta fəaliyyətinə lisenziyası olmayan şəxslə bağlanmış sığorta və ya
təkrarsığorta müqaviləsinə, yaxud müvafiq sığorta növünün aparılmasına icazəsi
olmayan sığortaçı ilə bağlanmış sığorta müqaviləsinə görə, həmçinin bu Məcəllənin
941.5-ci və 941.8-ci maddələrinə əməl etməməsi üzündən sığortalının
(təkrarsığortalının) mənafelərinin pozulmasına görə onun qarşısında həmin sığorta
(təkrarsığorta) müqaviləsində sığortaçıya (təkrarsığortaçıya) aid nəzərdə tutulan
vəzifələrin yerinə yetirilməsi üzrə sığortaçı (təkrarsığortaçı) kimi subsidiar öhdəlik
daşıyır”.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLIYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 dekabr 2007-ci il
№ 520- IIIQD
Dostları ilə paylaş: |