3
886.1.
Sığorta obyekti sığortalının, yaxud
sığorta
olunanın
qanunazidd
olmayan hər hansı əmlak mənafeyidir.
886.2.
Qanunazidd mənafelər, həmçinin qanuni, lakin sığortalanması qanunla
qadağan olunan mənafelər, qanunvericiliklə nəzərdə tutulmuş cərimələr, habelə
oyunlarda, mərclərdə, lotereyalarda iştirakla bağlı mənafelər sığorta obyekti ola
bilməz.
886.3.
Sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak
mənafelərinin aid olduğu fiziki şəxs, əmlak və ya haldır.
Maddə 887. Şəxsi sığortanın obyekti
Şəxsi sığortanın obyektləri sığortalının və ya sığorta olunanın həyatı,
sağlamlığı, əmək qabiliyyəti və pensiya təminatı ilə bağlı əmlak mənafeləridir.
Şəxsi sığorta zamanı həm sığortalı özü, həm də müqavilədə göstərilən başqa şəxs
(sığorta olunan) sığortalana bilər.
Maddə 888. Əmlak sığortasının obyekti
888.1.
Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan
istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata
keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki
şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi,
istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və
mülki məsuliyyətin sığortası aiddir.
888.2.
Əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv
olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər
sığortalanır.
888.3.
Mülki məsuliyyətin sığortası zamanı üçüncü şəxslərin həyatına,
sağlamlığına, yaxud əmlakına zərər vurulması nəticəsində yaranan öhdəliklərə görə
(zərər vurmağa görə mülki məsuliyyətin sığortası), habelə mülki-hüquqi
müqavilələrlə bağlı yaranan məsuliyyətə görə (müqavilə şərtlərini pozmağa görə
mülki məsuliyyətin sığortası) risklər sığortalanır.
888.4.
Qarışıq maliyyə risklərinin, kredit risklərinin, ticarət və investisiya
risklərinin, tapşırıq və qarantiya risklərinin, məhkəmə xərclərinin, habelə bu
Məcəllənin 888.1-ci maddəsində nəzərdə tutulmuş əmlak mənafeləri ilə bağlı digər
risklərin sığortası da obyektinə görə əmlak sığortasına aid edilir.
Maddə 889. Sığorta marağı
889.1.
Sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə sığortalının
maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini
sığorta etdirmək hüququnun əsaslandığı mənafedir.
889.2.
Sığorta
marağının
mövcudluğu
qanunvericiliklə
və
ya
qanunvericiliyə uyğun olaraq bağlanmış mülki-hüquqi müqavilə ilə tanınır. Sığortalı
ilə sığorta predmeti arasında bu cür tanınan əlaqə yoxdursa, sığorta marağının
mövcud olmadığı hesab edilir.
4
889.3.
Sığortalının
öz həyatı, habelə arvadının (ərinin), valideynlərinin,
uşaqlarının, işçilərinin, işəgötürəninin, borclusunun, qəyyumunun, qəyyumluğunda
olan şəxsin həyatı ilə bağlı sığorta marağı mövcuddur.
889.4.
Sığorta marağı mövcud olmadan bağlanan sığorta müqaviləsi
bağlandığı andan etibarsızdır.
889.5.
Sığorta marağının gələcəkdə əldə edilməsi ehtimalı müvafiq sığorta
müqaviləsinin bağlanması üçün əsas deyil.
889.6.
Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta marağı
itərsə sığorta müqaviləsinə xitam verilməlidir.
889.7.
Sığorta hadisəsi kimi tanına bilən hadisə və ya hal baş verdiyi anda
sığorta marağı mövcud olmadıqda həmin hadisə və ya hal sığorta hadisəsi hesab
edilmir və sığortaçı sığorta ödənişi üzrə vəzifələrinin icrasından azad edilir.
Maddə 890. Təkrarsığorta
890.1.
Təkrarsığorta sığortaçının sığorta müqaviləsi üzrə sığortaladığı və ya
təkrarsığortaladığı
risklərin
bütövlükdə,
yaxud
bir
hissəsinin
sığorta
qanunvericiliyində nəzərdə tutulmuş qaydada təkrarsığortaçı ilə bölüşdürülməsi və
ya təkrarsığortaçıya ötürülməsidir.
890.2.
Təkrarsığortanın şərtləri təkrarsığortaçı və təkrarsığortalı arasında
yazılı formada bağlanan təkrarsığorta müqaviləsi ilə müəyyən edilir.
890.3.
Bu Məcəllənin 940-cı maddəsində təminat şəhadətnaməsi üçün
müəyyən edilmiş bütün məlumatlar təkrarsığorta müqaviləsində göstərilməlidir.
890.4.
Sığortaçı və ya təkrarsığortaçı sığorta və ya təkrarsığorta müqavilələri
üzrə sığortaladığı (təkrarsığortaladığı) riskləri təkrarsığorta etdirərkən müvafiq
sığortalıların və ya təkrarsığortalıların razılığı tələb olunmur.
890.5.
Təkrarsığorta fakultativ və ya obliqator formada, mütənasib və ya
qeyri-mütənasib növlər üzrə aparıla bilər.
890.6.
Mütənasib təkrarsığorta müvafiq sığorta müqaviləsində nəzərdə
tutulmuş sığorta hadisəsinin baş verdiyi təqdirdə, təkrarsığortaçının təkrarsığorta
müqaviləsi üzrə qəbul etdiyi sığorta riskinə mütənasib məbləğdə sığorta ödənişi
vermək öhdəliyinin müəyyən edildiyi təkrarsığorta növüdür.
890.7.
Qeyri-mütənasib təkrarsığorta müvafiq sığorta müqaviləsində nəzərdə
tutulmuş
sığorta
hadisəsinin
baş
verdiyi
təqdirdə,
təkrarsığortaçının
təkrarsığortalının şəxsi tutumundan artıq olan məbləğdə sığorta ödənişi vermək
öhdəliyinin müəyyən edildiyi təkrarsığorta növüdür.
890.8.
Fakultativ təkrarsığorta hər bir riskin ayrılıqda qiymətləndirilməsinə
əsasən onun təkrarsığortalanmasını nəzərdə tutan təkrarsığortanın formasıdır.
890.9.
Obliqator təkrarsığorta təkrarsığorta müqaviləsi ilə müəyyən olunan
şərtlərə cavab verən bütün risklərin təkrarsığortalanmasını nəzərdə tutan
təkrarsığortanın formasıdır.
Maddə 891. Sığortaçının (təkrarsığortaçının) təkrarsığorta
müqaviləsinə görə sığortalı (təkrarsığortalı) qarşısında
öhdəliyi