7
898.1.
İcbari sığorta qanunvericiliyində və könüllü sığorta növləri üzrə
sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə
müddəti müəyyən oluna bilər.
898.2.
Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya
dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan
hissəsidir. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq
müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur.
898.3.
Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta
hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən çox olduqda zərər
məbləğindən azadolma məbləği çıxılmır.
898.4.
Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir
halda zərər məbləğindən çıxılır.
898.5.
Sığorta müqaviləsində gözləmə müddəti nəzərdə tutulduqda sığorta
hadisəsi nəticəsində həmin müddət ərzində yaranan itkilərin əvəzinin ödənilməsi
sığortalının üzərində qalır.
898.6.
Şərtli gözləmə müddəti müəyyən edildikdə sığorta hadisəsinin
nəticələrinin həmin müddətə bərabər və ya ondan artıq müddətdə davam etməsi şərti
ilə sığorta tələbi və ya sığorta ödənişi sığorta hadisəsinin baş verməsindən keçən
həmin müddət qədər vaxt ərzində yaranan itkilərə də şamil edilir.
898.7.
Sığorta müqaviləsində şərtsiz gözləmə müddəti müəyyən edildikdə
sığorta tələbi və ya sığorta ödənişi sığorta hadisəsinin baş verməsindən keçən həmin
müddət qədər vaxt ərzində yaranan itkilərə şamil edilmir.
§2. Sığorta müqaviləsinə dair başlıca tələblər
Maddə 899. Sığorta müqaviləsinin forması
899.1.
Sığorta müqaviləsi yazılı formada aşağıdakı kimi bağlanır:
899.1.1.
tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi
adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə;
899.1.2.
müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi
şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə;
899.1.3.
icbari sığorta qanunvericiliyində nəzərdə tutulmuş digər qaydada.
899.2.
Bu Məcəllənin 899.1.2-ci maddəsində nəzərdə tutulmuş halda sığorta
şəhadətnaməsində sığorta predmetinin sığortalandığı risklər konkret olaraq
sadalanmalıdır.
899.3.
Bu Məcəllənin 899.1-ci və 899.2-ci maddələrinə əməl edilməməsinə
görə sığortaçı məsuliyyət daşıyır.
Maddə 900. Sığorta müqaviləsinin məzmunu
900.1
Bu Məcəllənin 899.1.1.-ci maddəsində nəzərdə tutulmuş halda sığorta
müqaviləsində aşağıdakılar göstərilməlidir:
900.1.1.
sığortaçının adı və ünvanı;
8
900.1.2.
sığortalının adı (fiziki şəxs olduqda, həmçinin soyadı və
atasının adı) və ünvanı;
900.1.3.
sığorta predmeti və yerləşdiyi ünvan, həmçinin sığorta olunan(lar)ın
adı (fiziki şəxs olduqda, həmçinin soyadı, atasının adı, doğum tarixi) və ünvanı;
900.1.4.
faydalanan şəxsin adı (fiziki şəxs olduqda həmçinin soyadı, atasının
adı və doğum tarixi) və ünvanı;
900.1.5.
sığorta məbləğinin hər bir sığorta predmeti və ya onun hissəsinə,
yaxud hər bir sığorta olunana münasibətdə ayrı-ayrı risklər üzrə miqdarı;
900.1.6.
sığorta haqqının ümumi və hər bir sığorta predmeti üzrə məbləği və
ödənilməsi qaydası;
900.1.7.
sığorta müqaviləsinin qüvvədə olduğu müddət və ərazi;
900.1.8.
sığorta müqaviləsinə əlavələr və dəyişikliklər edilməsi, həmçinin
ona xitam verilməsi qaydası;
900.1.9.
sığorta müqaviləsi üzrə təminat verilən sığorta riskləri, eyni
zamanda əgər bu barədə razılaşdırılıbsa, müvafiq sığorta qaydalarında nəzərdə
tutulmuş əlavə sığorta təminatları;
900.1.10.
sığorta ödənişinin verilməsi qaydası və əsasları;
900.1.11.
sığorta ödənişinin verilməsindən imtinanın əsasları;
900.1.12.
sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya
lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti;
900.1.13.
mübahisələrin həlli qaydası;
900.1.14.
sığorta müqaviləsinin tərəflərinin qarşılıqlı razılaşması əsasında
müəyyən edilən, qanunvericiliyə zidd olmayan digər şərtlər;
900.1.15.
sığorta müqaviləsinin tərəflərinin imzaları, hüquqi şəxs olduqda
həmçinin möhürləri.
900.2
İcbari sığorta müqaviləsinin bağlanması qaydası icbari sığorta
qanunvericiliyi ilə müəyyən edilir.
Maddə 901. Sığorta şəhadətnaməsi
901.1.
Qanunvericilikdə başqa cür nəzərdə tutulan hallar istisna olmaqla,
sığortaçı sığortalıya sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd -
sığorta şəhadətnaməsi verməlidir. Bu tələb sığorta müqaviləsinin bu Məcəllənin
899.1.1.-ci maddəsində nəzərdə tutulmuş qaydada bağlandığı hala da şamil edilir.
901.2.
Müqavilə üzrə sığorta olunan eyni zamanda sığortalı olmadıqda,
sığorta şəhadətnaməsi sığortalının yazılı tələbi ilə sığorta olunana da verilə bilər.
901.3.
Əgər icbari sığorta qanunvericiliyində və sığorta müqaviləsində başqa
cür nəzərdə tutulmamışdırsa, sığorta şəhadətnaməsi sığorta haqqının ilk hissəsinin
və ya tam ödənildiyi gün, qrup halında sığorta zamanı isə sığorta haqqının ilk
hissəsinin və ya tam ödənilməsindən 3 iş günü müddətində verilməlidir.
901.4.
Sığorta şəhadətnaməsi itdikdə və ya məhv olduqda sığortalı və ya
sığorta olunan onun dublikatını sığortaçıdan tələb edə bilər.
901.5.
Bu Məcəllənin 901.4-cü maddəsində nəzərdə tutulmuş tələbin yazılı
şəkildə daxil olduğu tarixdən etibarən 3 iş günü müddətində sığortaçı sığortalını və
ya sığorta olunanı müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, öz hesabına
müvafiq sığorta şəhadətnaməsinin dublikatı ilə təmin etməlidir.