9
Maddə 902. Sığorta şəhadətnaməsinin məzmunu
902.1.
Sığorta şəhadətnaməsində aşağıdakılar göstərilməlidir:
902.1.1.
sığortaçının adı və ünvanı;
902.1.2.
sığortalının adı (fiziki şəxs olduqda, həmçinin soyadı və atasının
adı) və ünvanı;
902.1.3.
sığorta predmeti və onun olduğu yer, yaxud sığorta olunanın adı
(fiziki şəxs olduqda həmçinin soyadı, atasının adı, doğum tarixi) və ünvanı;
902.1.4.
sığorta riskləri;
902.1.5.
sığorta məbləği;
902.1.6.
sığorta haqqının məbləği, onun verilməsi qaydası və müddəti;
902.1.7.
sığorta müqaviləsinin qüvvədə olduğu müddət və ərazi;
902.1.8.
sığorta müqaviləsinin aid olduğu digər şəxslər (faydalanan şəxs,
sığorta agenti və sığorta brokeri) varsa, onların adı (fiziki şəxs olduqda həmçinin
soyadı və atasının adı) və ünvanı;
902.1.9.
sığortaçının sığorta şəhadətnaməsini, sığortalının isə müvafiq
sığorta qaydaları ilə tanış olmasını təsdiq edən imzaları və (və ya) möhürləri.
902.2.
Sığorta şəhadətnaməsində sığortalının və ya sığorta olunanın sığorta
müqaviləsi üzrə hüquqlarının pozulmasını hesab etdiyi hallarda sığorta nəzarəti
orqanına şikayətlə müraciət etməsi üçün həmin orqanın adı, ünvanı və telefon
nömrəsi aydın şəkildə göstərilməlidir.
Maddə 903. Sığorta haqqı
903.1.
Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi
müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya
ödəməli olduğu pul məbləğidir.
903.2.
Sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi
qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta
qanunvericiliyi ilə müəyyən edilir.
903.3.
Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, sığorta
müqaviləsində sığorta haqqının hissə-hissə ödənilməsi razılaşdırıla bilər.
903.4.
Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi
sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir.
903.5.
Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı
onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq
yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər.
903.6.
Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi
sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.
Maddə 904. Sığorta məbləği
904.1.
Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son
həddidir.
10
904.2.
Sığorta
məbləği qanunvericiliklə və ya sığorta müqaviləsi
ilə müəyyənləşdirilir.
Maddə 905. Sığortalanan əmlakın dəyərinin mübahisə predmeti olması
Sığortalanan əmlak barəsində sığortaçıya sığortalı tərəfindən qəsdən yanlış
məlumat verilməsinin sübut edildiyi hallar istisna olmaqla, tərəflər əmlakın sığorta
müqaviləsində müəyyən edilmiş dəyərini mübahisələndirə bilməzlər.
Maddə 906. Sığorta təminatının müddətinin başlanması və sonu
İcbari sığorta qanunvericiliyində və ya könüllü sığorta müqaviləsində başqa
cür nəzərdə tutulmamışdırsa, sığorta təminatının müddəti sığorta müqaviləsinin
bağlandığı gün saat iyirmi dörddən başlanır və sığorta qanunvericiliyində nəzərdə
tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin
qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır.
Maddə 907. İcbari sığorta müqaviləsinin məcburiliyi
907.1.
Sığorta qanunvericiliyi ilə üzərinə icbari qaydada sığorta etdirmək
vəzifəsi qoyulan şəxs müvafiq icbari sığorta növünü aparmağa icazəsi olan
sığortaçını sərbəst seçmək hüququndan istifadə etməklə müvafiq icbari sığorta
müqaviləsini bağlamağa borcludur.
907.2.
İcbari sığorta növünü aparmağa icazəsi olan sığortaçı sığorta
qanunvericiliyi ilə müəyyən edilmiş hallar istisna olmaqla müvafiq icbari sığorta
müqaviləsini bağlamaqdan imtina edə bilməz.
907.3.
Sığortalı qismində sığorta etdirməli olan şəxsin, eləcə də sığortaçı
qismində sığortalamağa borclu olan sığortaçının müvafiq icbari sığorta müqaviləsini
bağlamaması qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Maddə 908. Sığorta müqaviləsinin etibarsızlığı
908.1.
Əqdlərin etibarsızlığının bu Məcəllə ilə nəzərdə tutulmuş ümumi
əsasları ilə yanaşı, sığorta müqaviləsi aşağıdakı hallarda bağlandığı andan etibarsız
sayılır:
908.1.1.
sığorta obyekti məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə
əsasən müsadirə edilməli əmlakla bağlı olduqda;
908.1.2.
sığorta müqaviləsi sığortaçının və ya sığortalının adından müqavilə
bağlamağa ixtiyarı olmayan şəxslərlə bağlandıqda;
908.1.3.
sığorta müqaviləsi bağlandığı anda sığorta predmeti mövcud
olmadıqda;
908.1.4.
sığorta obyekti sığortalının qeyri-qanuni mənafeləri ilə, həmçinin
sığortalanması qanunvericiliklə qadağan olunmuş mənafeləri ilə bağlı olduqda;
908.1.5.
əmlak bir və ya bir neçə sığorta müqaviləsi ilə həqiqi dəyərindən
artıq məbləğə sığortalandıqda sığorta məbləğinin sığorta dəyərindən artıq olan
hissəsində;