11
908.1.6.
sığorta
qaydalarında nəzərdə tutulmayan
və sığortalının
vəziyyətini pisləşdirən əlavə şərtlər sığorta müqaviləsinə daxil edildikdə həmin
şərtlərə münasibətdə;
908.1.7.
sığorta fəaliyyəti ilə məşğul olmaq hüququ olmayan və ya müvafiq
sığorta növünü aparmağa icazəsi olmayan şəxs sığortaçı qismində müvafiq sığorta
müqaviləsini bağladıqda (bu halda ödənilmiş sığorta haqları tam həcmdə sığortalıya
qaytarılır);
908.1.8.
sığorta marağı mövcud olmadıqda.
908.2.
Sığortaçı sığorta müqaviləsinin bağlanmasının bu Məcəllənin 899.1-
ci maddəsində nəzərdə tutulmuş qaydalarına əməl olunmamasına görə öz
vəzifələrinin yerinə yetirilməsindən imtina etmək üçün sığorta müqaviləsinin
etibarsız olmasını iddia edə bilməz.
Maddə 909. Faydalanan şəxsin təyin edilməsi
909.1.
Sığortalı sığorta müqaviləsi bağlayarkən istənilən şəxsi faydalanan
şəxs kimi təyin etmək, habelə sığorta hadisəsi baş verənədək sığortaçının və həmin
şəxsin razılığı ilə onu dəyişdirmək hüququna malikdir.
909.2.
Girov qoyulan əmlakın sığortası müqaviləsində girov saxlayan yalnız
sığorta ödənişinin verilməsi anında borclunun (girov qoyanın) ona olan borc
məbləği həddində ödəniş almaq hüququna malik olan faydalanan şəxs kimi tanına
bilər. Zərərin borc məbləğindən artıq olan hissəsinə münasibətdə girov qoyan
(borclu) faydalanan şəxs qismində tanınmalıdır.
909.3.
Öz həyatını sığorta etdirən fiziki şəxs müvafiq sığorta müqaviləsində
istənilən şəxsi faydalanan şəxs qismində təyin edə bilər.
Maddə 910. Şəxsi sığorta müqavilələrində sığorta olunanın yazılı razılığı
Şəxsi sığortada sığortalı həm də sığorta olunan olmadıqda sığorta
müqaviləsinin bağlanmasına sığorta olunanın (və ya onun qanuni nümayəndəsinin)
müqavilənin onun xeyrinə bağlanması təklifi ilə yazılı qaydada tanış edilməsi şərti
ilə yol verilir.
Maddə 911. Sığorta müqaviləsinin bağlanması zamanı məlumat vermək
vəzifəsi
911.1.
Sığorta müqaviləsi bağlanarkən sığortalı sığortaçının müstəqil auditor
tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə
nəticələri ilə tanış olmaq hüququna malikdir.
911.2.
Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan və
sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə
bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat
verməlidir.
911.3.
Eyni sığorta marağı ilə bağlı bir neçə sığortaçı ilə sığorta müqaviləsi
bağlayan sığortalı bu barədə sığortaçılardan hər birinə məlumat verməlidir. Həmin
12
məlumatda digər sığortaçının adı və müvafiq sığorta məbləği göstərilməlidir.
Tələb edildikdə bu məlumatları təsdiq edən müvafiq sənədlər təqdim olunmalıdır.
Maddə 912. Sığorta riskinin artması barədə məlumat vermək vəzifəsi
Sığortalı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan və
sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə
bağlamaq qərarına təsir göstərə bilən sığorta riskinin artması ilə bağlı bütün hallar
barədə sığortaçıya məlumat verməlidir.
Maddə 913. Sığorta müqaviləsinin şərtləri ilə tanış etmək vəzifəsi
Sığortaçı, sığorta brokeri və ya sığorta agenti sığortalını icbari sığortanın
şərtləri ilə, yaxud könüllü sığorta müqaviləsinin əsaslandığı sığorta qaydaları ilə
tanış etməlidir.
Maddə 914. Sığorta riskinin qiymətləndirilməsi
914.1.
Əmlak sığortası müqaviləsi bağlayarkən sığortaçı sığortalanan
predmetə baxış keçirmək, fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin
etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla onu
qiymətləndirmək, lazım gəldikdə isə onun həqiqi dəyərini müəyyən etmək
məqsədilə sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla müstəqil ekspert
təyin etmək hüququna malikdir.
914.2.
Sığortaçı sığortalanan əmlakı, həmçinin sığorta risklərini bilavasitə
özü və ya sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta
sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs, yaxud müstəqil ekspert
vasitəsilə qiymətləndirir.
914.3.
Şəxsi sığorta müqaviləsi bağlandıqda sığortaçı sığorta olunan şəxsin
səhhətinin mövcud vəziyyətini qiymətləndirmək məqsədilə onun sığorta
müqaviləsinin şərtlərindən asılı olaraq öz hesabına və ya sığortalının hesabına
müayinə olunmasını tələb edə bilər.
914.4.
Sığorta riskinin qiymətləndirilməsi üçün təyin olunan müstəqil
ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı
sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər.
Maddə 915. Sığorta qaydaları
Sığortaçının təklif etdiyi könüllü sığorta növünün sığorta qanunvericiliyində
müəyyən edilmiş qaydada aparılmasının əsaslandığı, həmin sığorta növü üzrə qayda
və şərtlərin məcmusu olan sığorta qaydaları sığorta qanunvericiliyinin tələbləri
nəzərə alınmaqla, sığortaçının özü tərəfindən və ya qanunvericilikdə nəzərdə
tutulmuş digər qaydada müəyyən edilir.
Maddə 916. Sığorta qaydalarının məzmunu