15
919.1.8.
sığorta
marağı
artıq mövcud olmadıqda.
919.2.
Sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə sığortalı məhkəmənin
qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət
qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa, mülki məsuliyyət
sığortası üzrə müqavilə məhkəmənin müvafiq qərarının qüvvəyə mindiyi andan
xitam verilmiş hesab edilir, digər hallarda isə belə sığortalının hüquq və vəzifələrini
onun qəyyumu və ya himayəçisi həyata keçirir.
Maddə 920. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermə ilə bağlı
xəbərdar etmə
920.1.
Bu Məcəllənin 919-cu maddəsində göstərilən hallarda sığorta
müqaviləsinə xitam verilməsi üçün əsas olan şərait yarandıqda müqaviləyə xitam
verilməsində maraqlı olan tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir.
920.2.
Sığorta qanunvericiliyində və ya könüllü sığorta müqaviləsində
nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən
sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam
verilərkən bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş
ildən çox müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış
olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
Maddə 921. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermənin
nəticələri
921.1.
Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də
müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortalının tələbi ilə
vaxtından əvvəl xitam verildikdə sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar
istisna olmaqla sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla
müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta
predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır;
əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə
bağlıdırsa, sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də
müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını)
bütünlüklə sığortalıya qaytarır.
921.2.
Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də
müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə
vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (qrup halında sığorta zamanı,
həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını)
bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə
vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin
aparılması xərcləri çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta
haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta
predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır.
921.3.
Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də
müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam
verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya
16
ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı, həm də müqavilənin hər
hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan çox
miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı (qrup halında sığorta zamanı,
həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları)
sığortalıya qaytarılmır.
921.4.
Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər
xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından
(qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti
üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə,
həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında
sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Məcəllənin 921.1-ci və
921.2-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
921.5.
Sığorta müqaviləsi bu Məcəllənin 919.2-ci maddəsində müəyyən
edilmiş məhkəmə qərarı əsasında xitam verilmiş hesab edildikdə sığortaçı həmin
müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında
sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə)
qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Məcəllənin 921.3-cü və 921.4-cü
maddələrinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.
§3. Sığorta hadisəsi və sığorta ödənişi
Maddə 922. Sığorta hadisəsi
922.1.
Sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə
sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə
ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində
baş verən hadisə və ya yaranan haldır.
922.2.
Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə
icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması
əsasında sığorta müqaviləsində müəyyən edilir.
922.3.
Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik
əlamətlərinə malik olmalıdır.
Maddə 923. Sığorta hadisəsi barədə məlumatlandırma
923.1.
Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan
şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün
olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda
qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan
səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. İcbari sığorta
qanunvericiliyində və sığorta müqaviləsində sığorta hadisəsi barədə sığortaçıya
xəbər vermənin ağlabatan müddəti və (və ya) üsulu nəzərdə tutula bilər.
923.2.
Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş
sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-
ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə