13
916.1.
Sığorta
qaydalarında aşağıdakılar müəyyən edilməlidir:
916.1.1.
müvafiq sığorta növünün aid olduğu və ya bu növdə birləşdirilmiş
sığorta sinifləri;
916.1.2.
sığorta predmetlərinin – sığorta olunanların, sığortalanan əşyaların
və ya halların konkret kateqoriyası;
916.1.3.
sığorta məbləğlərinin müəyyən edilməsi qaydası;
916.1.4.
sığorta riskləri;
916.1.5.
sığorta risklərindən istisnalar və (və ya) sığorta təminatında
məhdudiyyətlər;
916.1.6.
sığorta müqaviləsinin bağlanması, həmçinin ona əlavələr və
dəyişikliklər edilməsi və xitam verilməsi qaydası;
916.1.7.
tərəflərin hüquqları və vəzifələri;
916.1.8.
sığorta hadisəsi baş verdikdə sığortalının vəzifələri;
916.1.9.
sığorta ödənişinin həyata keçirilməsi qaydası və şərtləri, sığorta
ödənişinin verilməsi üçün tələb olunan sənədlərin konkret siyahısı;
916.1.10.
sığorta ödənişinin verilməsindən imtinanın əsasları;
916.1.11.
sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişini verməkdən
imtina olunması haqqında qərarın qəbul edilməsi müddəti;
916.1.12.
sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya
lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti;
916.1.13.
mübahisələrin həlli qaydası;
916.1.14.
sığorta tarifləri və onların iqtisadi əsaslandırılması.
916.2.
Bu Məcəllənin 916.1.5-ci maddəsində nəzərdə tutulmuş istisnalar və
məhdudiyyətlər qanunvericiliyə zidd olmadığı və sığorta nəzarəti orqanının etiraz
etmədiyi hallarda tərəflərin razılığı ilə sığorta təminatına daxil edilə bilər.
Maddə 917. Həyat sığortası müqavilələrinə dair əlavə tələblər
917.1.
Sığorta olunanın sığortaçının mənfəətində iştirak etməsi şərti ilə
bağlanan həyat sığortası müqaviləsində mənfəətin bölüşdürülməsi qaydası
göstərilməlidir.
917.2.
Sığortalının həyat sığortası müqaviləsinin bağlanması zamanı özünün
məlumat vermək vəzifəsini icra etməməsi müqavilənin bağlandığı vaxtdan 5 il
müddət keçdikdən sonra sığortaçının müqavilə üzrə vəzifələrinin icrasından imtina
etməsi üçün əsas ola bilməz. Bu halda sığortalı məlumat vermək vəzifəsini qəsdən
icra etməmişdirsə, müqavilədən imtinaya yol verilir.
Maddə 918. Vahid sığorta müqaviləsi tərtib etməklə sığorta
müqaviləsinin bağlanması
918.1.
Sığortalı ilə sığortaçı arasındakı razılaşmaya görə davamlı olaraq
eynicinsli əmlakın (malların, yüklərin və s.) müxtəlif hissələrinin oxşar şərtlərlə
ayrı-ayrı dövrlər üzrə sığorta olunması vahid sığorta müqaviləsi tərtib edilməklə bir
sığorta müqaviləsi əsasında həyata keçirilə bilər.
918.2.
Sığortalı bu Məcəllənin 918.1-ci maddəsində göstərilən əmlakın hər
bir hissəsi haqqında sığorta müqaviləsində razılaşdırılmış məlumatları vaxtında,
14
belə məlumatların təqdim edilmə vaxtı müqavilədə nəzərdə tutulmadıqda isə
həmin məlumatları əldə etdikdən dərhal sonra sığortaçıya çatdırmalıdır. Məlumatlar
əldə edildiyi zaman zərərlərin əvəzinin sığortaçı tərəfindən ödənilməyəcəyi məlum
olduqda belə, sığortalı bu maddədə nəzərdə tutulmuş vəzifənin yerinə
yetirilməsindən azad edilmir.
918.3.
Sığortalı tələb etdikdə sığortaçı bu Məcəllənin 918.1-ci maddəsində
nəzərdə tutulan müqavilənin aid olduğu əmlakın ayrı-ayrı hissələri üzrə sığorta
şəhadətnaməsi verməlidir.
Maddə 919. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi
919.1.
Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam
verilir:
919.1.1.
sığorta predmeti artıq mövcud olmadıqda;
919.1.2.
aşağıdakı hallar istisna olmaqla, sığortalı fiziki şəxs öldükdə və ya
sığortalı hüquqi şəxs ləğv olunduqda:
919.1.2.1.
əmlak sığortası müqaviləsini bağlamış sığortalı sığorta müqaviləsi
bağlayarkən sığortalanmış əmlakı qəbul edəcək hər hansı şəxsi təyin etmiş olduğu,
habelə sığorta hadisəsi baş verənədək sığortaçının razılığı ilə onu dəyişdirmiş
olduğu hallarda sığortalı fiziki şəxs vəfat edərsə, onun həmin müqavilə üzrə hüquq
və vəzifələri mülki qanunvericiliklə müəyyən olunmuş vərəsəlik qaydasında
sığortalanmış əmlakı qəbul edən şəxsə keçir;
919.1.2.2.
qanunvericilikdə və ya müqavilədə başqa şərtlər müəyyən
edilməmişdirsə, sığortalının hüquq və vəzifələri sığorta predmeti olan miras
əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə həm onun özünün, həm
də sığortaçının müqavilədə rəsmiləşdirilən razılığı ilə keçir;
919.1.2.3.
başqa şəxsin xeyrinə həyat sığortası müqaviləsi bağlamış sığortalı
vəfat etdikdə onun hüquq və vəzifələri xeyrinə sığorta müqaviləsi bağlanmış şəxsə
təqdim edildikdən sonra ona özünün yazılı razılığı ilə keçir;
919.1.2.4.
sığortalı olan hüquqi şəxs sığorta müqaviləsinin qüvvədə olduğu
dövrdə yenidən təşkil edildikdə onun həmin müqavilə üzrə hüquq və vəzifələri
qanunvericiliyə uyğun olaraq müvafiq hüquq varisinə keçir.
919.1.3.
Sığorta müqaviləsi üzrə sığortalı olmayan sığorta olunan vəfat
etdikdə sığortalının onun başqası ilə əvəz olunması təklifinə sığortaçı etiraz etdikdə;
919.1.4.
icbari sığorta qanunvericiliyində, yaxud sığorta müqaviləsində digər
hal nəzərdə tutulmamışdırsa, sığortalanmış əmlak özgəninkiləşdirilərkən sığortaçı
sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya
istifadəçisinə keçməsinə etiraz etdikdə; əmlak özgəninkiləşdirilərkən sığortaçı
sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya
istifadəçisinə keçməsinə etiraz etmədikdə əlavə sığorta haqqı ödənilmədən sığorta
müqaviləsi üzrə sığortalı dəyişdirilə bilər;
919.1.5.
sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta
riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;
919.1.6.
sığortaçı sığortalı qarşısında öz öhdəliklərini yerinə yetirdikdə;
919.1.7.
sığortalı sığorta haqqını qanunvericilikdə və sığorta müqaviləsində
müəyyən edilən qaydada ödəmədikdə;