5
891.1.
Bu Məcəllənin 891.2-ci maddəsi
nəzərə
alınmaqla,
sığorta
müqaviləsi üzrə sığortaladığı riskləri təkrarsığorta etdirən sığortaçı (təkrarsığorta
müqaviləsinə əsasən təkrarsığortalı) həmin sığorta müqaviləsinə görə sığortalı
qarşısında tam və birbaşa öhdəlik daşıyır.
891.2.
Sığortaçı sığortalının aşkar yazılı təkidi ilə seçilən təkrarsığortaçının
öz öhdəliklərini icra edə bilmədiyi həddə müvafiq sığorta müqaviləsi üzrə vəzifəsini
yerinə yetirməkdən azaddır.
891.3.
Bu Məcəllənin 891.4-cü maddəsi nəzərə alınmaqla, təkrarsığorta
müqaviləsi üzrə təkrarsığortaladığı riskləri yenidən təkrarsığorta etdirən
təkrarsığortaçı təkrarsığortalı qarşısında tam və birbaşa öhdəlik daşıyır.
891.4.
Təkrarsığortaçı müvafiq riskləri təkrarsığortalının aşkar yazılı təkidi
ilə seçilən təkrarsığortaçıda yenidən təkrarsığorta etdirərsə, müvafiq təkrarsığorta
müqaviləsi üzrə vəzifəsini yerinə yetirməkdən ikinci təkrarsığortaçının öhdəliklərini
icra edə bilmədiyi həddə azaddır.
Maddə 892. Təkrarsığortaçının sənədləri tələb etmək hüququ
Təkrarsığortaçı
təkrarsığortalıdan
müvafiq
sığorta
qaydalarını
və
müqavilələrini, həmçinin sığorta hadisəsi baş verdikdə müvafiq təsdiqedici
sənədləri və ya onların surətlərini tələb etmək hüququna malikdir.
Maddə 893. Şərikli sığorta
893.1.
Şərikli sığorta bir neçə sığortaçının aralarında bağladıqları
müqaviləyə müvafiq olaraq, sığorta ödənişi üzrə öhdəlikləri bölüşdürməklə sığorta
müqaviləsi ilə müəyyən edilmiş sığorta risklərini eyni zamanda sığortalamaları ilə
bağlı fəaliyyət və bununla əlaqədar yaranan münasibətlərdir.
893.2.
Sığorta obyekti bir müqavilə ilə bir neçə sığortaçı tərəfindən
sığortalana bilər. Bu müqavilədə hər bir sığortaçının razılaşdırılmış paylar əsasında
hüquq və vəzifələrini müəyyən edən şərtlər olmalıdır.
893.3.
Sığortalı qarşısında öhdəliyi öz payı miqdarında olmaqla şərikli
sığortaçılardan biri sığortalı ilə münasibətdə bütün şərikləri təmsil edə bilər.
893.4.
Müvafiq sığorta növü üzrə fəaliyyət göstərməyə icazəsi olmayan
sığortaçı şərikli sığortada iştirak edə bilməz.
Maddə 894. Qrup halında sığorta
894.1.
Qrup halında sığorta zamanı bir sığorta müqaviləsi ilə bir neçə sığorta
predmeti sığortalanır.
894.2.
Qrup halında sığorta həm şəxsi, həm də əmlak sığortası üzrə aparıla
bilər.
894.3.
Şəxsi sığortaya aid olan qrup halında sığorta zamanı sığortalı sığorta
olunanın kimliyi göstərilən sığorta müqaviləsində sığorta olunan şəxslərin hər birini
sığorta müqaviləsinin onlara aid olan bütün şərtləri ilə tanış etməlidir. Bu halda
sığorta olunanların sığorta müqaviləsi ilə müvafiq şəkildə tanış edilməsini təsdiq
edən sənəd (siyahı və s.) sığorta şəhadətnaməsinin ayrılmaz tərkib hissəsidir. Qrup
6
halında sığorta zamanı şəxsi sığorta müqaviləsində sığorta olunanın kimliyi
göstərildikdə və ya əmlak sığortası müqaviləsində sığortalanan əmlak fərdi şəkildə
qeyd olunduqda, tərəflər arasında razılaşmaya əsasən müvafiq olaraq sığorta olunan
şəxslərin hər birinə, yaxud hər bir sığortalanan əmlaka görə sığorta şəhadətnaməsi
verilə bilər.
894.4.
Qrup halında sığorta zamanı sığorta olunanın kimliyi göstərilməyən
şəxsi sığorta müqaviləsində və ya sığortalanan əmlak fərdi şəkildə qeyd olunmayan
əmlak sığortası müqaviləsində sığorta olunan şəxslərin və ya əmlak sığortası
müqaviləsində sığortalanan əmlakın dairəsi o dərəcədə konkretləşdirilməlidir ki,
sığorta hadisəsini, onun nəticələrini və sığorta predmeti üzrə verilməli olan sığorta
ödənişinin miqdarını müvafiq olaraq hər bir sığorta olunana və ya sığortalanan
əmlaka münasibətdə fərdiləşdirmək mümkün olsun.
Maddə 895. İkili (çoxqat) sığorta
895.1.
Əmlakın sığortasında sığorta məbləği həmin əmlakın sığorta
müqaviləsi bağlandığı andakı həqiqi dəyərindən - sığorta dəyərindən çox olduğu
halda (ikili və ya çoxqat sığorta halında), həmin müqavilə sığorta məbləğinin
sığorta dəyərindən artıq olan hissəsində etibarsızdır.
895.2.
Əmlak sığortalı tərəfindən qanunsuz gəlir əldə etmək məqsədilə bir
və ya bir neçə sığorta müqaviləsi əsasında onun həqiqi dəyərindən artıq məbləğə
sığorta etdirildikdə, bu məqsədlə bağlanmış hər bir sığorta müqaviləsi bağlandığı
andan etibarsız sayılır. Bu halda sığortalının qanunsuz gəlir əldə etmək məqsədi
məhkəmə qaydasında sübut edilməlidir.
Maddə 896. Qismən sığorta
Əmlakın sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta
dəyərindən az olduğu halda (qismən sığorta halında) sığortaçı zərərin əvəzini
sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir.
Maddə 897. İcbari sığorta
897.1.
İcbari sığortanın həyata keçirilməsi qanunvericiliklə tələb olunur.
897.2.
Qanunvericiliyə uyğun olaraq xeyrinə icbari sığorta müqaviləsi
bağlanmalı olan şəxs sığortalanmadığını bildikdə onu sığorta etdirmək vəzifəsi olan
şəxsdən sığorta etdirilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.
897.3.
Qanunvericiliklə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş
şəxs bu vəzifəni yerinə yetirmədikdə və ya müvafiq sığorta müqaviləsini
qanunvericiliklə nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini
pisləşdirən şərtlərlə bağladıqda həmin şəxs müvafiq icbari sığorta üzrə sığorta
hadisəsi kimi tanına bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman
sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə qanunvericiliklə müəyyən
edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır.
Maddə 898. Azadolma məbləği və gözləmə müddəti