M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə5/197
tarix22.01.2022
ölçüsü1,67 Mb.
#83052
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   197
Ali mekteb pedaqogikasi-kitab

 
Tərbiyə 
–  insan  şəxsiyyətinin  məqsədyönlü,  sistemli  və 
planlı  şəkildə  formalaşması  prosesinin  idarə  edilməsi  və  onun 
nəticəsidir. O, iki mənada – geniş və dar mənada işlənir. Geniş 
(sosial) mənada tərbiyə sosial təcrübənin (əvvəlki nəsillərin əl-
də etdiyi  bilik  və bacarıqların,  ideya və baxışların)  gənc nəslə 
verilməsi  prosesi  kimi  başa  düşülür.  Bu  halda  tərbiyə  bioloji, 
sosial  təsirləri,  o  cümlədən  tərbiyə,  təhsil  və  təlimi  də  özündə 
birləşdirir. Dar (pedaqoji) mənada tərbiyə dedikdə isə məktəbdə 
və ailədə verilən tərbiyə (o cümlədən təlim və təhsil) başa dü-
şülür. 
Özünütərbiyə
  insanın  məqsədyönlü  və  planlı  şəkildə  öz 
üzərində  işləməsi,  şəxsiyyətini  təkmilləşdirməsi  prosesidir. 
Özünütərbiyə  tərbiyə  ilə  paralel  getməli,  tədricən  onu  əvəz 
etməlidir. 
Tərbiyə prosesi, bir qayda olaraq, 
yenidəntərbiyə
 ilə mü-
şayiət  olunur.  Yenidəntərbiyə  insanın  şüur,  xarakter  və  davra-
nışında kök salmış mənfi halların, keyfiyyətlərin aradan qaldı-
rılması və müsbət keyfiyyətlərin aşılanması prosesidir. 
Tərbiyə bir çox yollarla, o cümlədən təhsil və təlim yolu 
ilə həyata keçirilir. 


 
 

Təhsil
 insanın sistemləşdirilmiş bilik, bacarıq və vərdişlə-
rə  yiyələnməsi,  bu  zəmində  onun  dünyagörüşünün  formalaş-
ması, tərbiyə və inkişafı prosesi, habelə onun nəticəsidir. Təhsil 
müxtəlif  yollarla – təlim  və özünütəhsil  yolu  ilə  (eləcə də on-
ların vəhdəti ilə) əldə edilir. 
Özünütəhsil
 insanın öz zehni inkişafı ilə müntəzəm məş-
ğul  olması,  idrak  tələbatlarını  ödəməsi  prosesidir.  Özünütəhsil 
təlimlə yanaşı  getməli, bir-birini tamamlamalıdır. Bu halda tə-
limdə  daha  yaxşı  nəticə  əldə  etmək  mümkündür  və  əksinə. 
Tələbə  yalnız  müəllimin  mühazirəsi  ilə  kifayətlənirsə,  mövzu 
ilə bağlı əlavə mənbələrdən bilik almırsa, öz üzərində işləmirsə, 
təlimdə irəliləyə bilməz, bir mütəxəssis kimi yetişə bilməz.  
Təlim
  müəllimin  rəhbərliyi  altında  təhsilalanların  sis-
temləşdirilmiş  bilik,  bacarıq  və  vərdişlərə  yiyələnməsi  prose-
sidir.  O,  biliyin  sadəcə  müəllimdən  tələbəyə  (şagirdə)  ötürül-
məsi  prosesi  olmayıb,  təhsilalanın  fəal  idrak  prosesidir:  bilik-
sizlikdən biliyə doğru keçdiyi  mürəkkəb  yoldur.  Burada ancaq 
müəllimin birtərəfli fəallığı kifayət deyildir; tələbənin qarşılıqlı 
fəallığı,  səyi  də  vacibdir.  Təlim  iki  fəaliyyət  növünə  –  müəl-
limin  öyrətmə  (tədrisetmə)  fəaliyyətinə  və  tələbənin  öyrənmə 
(təhsilalma) fəaliyyətinə, onların vəhdətinə əsaslanır.  

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə