M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


I BÖLMƏ  ALI MƏKTƏB PEDAQOGİKASININ



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə2/197
tarix22.01.2022
ölçüsü1,67 Mb.
#83052
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   197
Ali mekteb pedaqogikasi-kitab

I BÖLMƏ 
ALI MƏKTƏB PEDAQOGİKASININ  
ÜMUMİ ƏSASLARI 
 
I fəsil 
Ali məktəb pedaqogikasının  
predmeti, kateqoriyaları və tədqiqat metodları 
 
Plan: 
1.
 
Ali məktəb pedaqogikasının predmeti və vəzifələri 
2.
 
Ali məktəb pedaqogikasının kateqoriyaları 
3.
 
Ali məktəb pedaqogikasının metodoloji əsasları və digər elmlərlə əlaqəsi 
4.
 
Ali məktəb pedaqogikasının tədqiqat metodları  
 
1. Ali məktəb pedaqogikasının predmeti və vəzifələri 
Hazırda cəmiyyət həyatında təhsilin, elmin rolunun daha 
da artdığı, dünya təhsil sisteminə inteqrasiyasının gücləndiyi bir 
dövrdə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması sahəsində 
ali  məktəb  pedaqogikasının  rolu  və  əhəmiyyəti  xeyli  artır.  Ali 
məktəb  müəllimi  (nə  qədər  təcrübəli  olsa  belə)  müasir  peda-
qoji-psixoloji biliklərsiz keçinə bilməz, öz işini təhsil standart-
ları səviyyəsində qura bilməz. Buna görə də gələcəkdə ali mək-
təbdə  elmi-pedaqoji  fəaliyyətə  hazırlaşan  magistr  və  dokto-
rantlar ali məktəb pedaqogikası elminə yaxşı yiyələnməlidirlər. 
Ali  məktəb  pedaqogikası  gələcək  mütəxəssislərin  peşə-
ixtisas hazırlığı,  ahəngdar şəxsiyyət  kimi  formalaşması  və tər-
biyəsi haqqında elmdir. Onun 
obyekti
 ali məktəbdə tələbə gənc-
lərin  təlim-tərbiyəsi,  ahəngdar şəxsiyyət  kimi  formalaşması və 
peşə-ixtisas hazırlığı  prosesidir. 
Predmeti
  isə  ali  məktəbdə  pe-
daqoji  prosesin  qanunauyğunluqlarını  aşkara  çıxarmaq,  tələbə 
gənclərin ahəngdar şəxsiyyət kimi tərbiyəsi və peşə-ixtisas ha-
zırlığı məsələlərini öyrənməkdir. 
Ali  məktəb  pedaqogikası  ali  məktəbdə  pedaqoji  prosesi 
mürəkkəb,  çoxsahəli  bir  sistem  kimi  araşdırır,  bu  sistemin  sə-
mərəli  qurulması  üçün 
müxtəlif  problemləri  tədqiq  edir
.  Təd-


 
 

qiqatlar ali məktəbin bütün sahələrini – tədris-tərbiyə, elmi fəa-
liyyət,  pedaqoji  ünsiyyət,  ali  məktəbə  rəhbərlik,  ali  təhsil  is-
lahatı  və  s.  məsələləri  əhatə  edir.  Onun  həll  etdiyi  konkret 
vəzifələri
 qısaca nəzərdən keçirək: 
1.  Ali  məktəbdə  təhsilin  məzmununu,  mütəxəssisin 
ümumelmi,  ixtisas və peşə hazırlığının optimal nisbətini,  ayrı-
ayrı  ixtisaslar  üzrə  nəzəriyyə  və  təcrübənin  vəhdətini,  fən-
lərarası  və  fəndaxili  əlaqələri  müəyyənləşdirmək  və  bu  əsasda 
mütəxəssis  hazırlığını  modelləşdirmək,  tələbələrin  peşə  hazır-
lığının nəzəri və metodik məsələlərini işləyib hazırlamaq. 
2. Gələcək mütəxəssis üçün zəruri  olan bilik,  bacarıq və 
vərdişlərin  tələbələr  tərəfindən  şüurlu  və  dərindən  öyrənilmə-
sinin səmərəli yollarını, ali təhsilin qanunauyğunluqları və prin-
siplərinin  reallaşdırılması  imkanlarını,  elmi  cəhətdən  əsaslan-
dırılmış  metod  və  priyomları,  yeni  mütərəqqi  təlim  texnolo-
giyalarını və onların tətbiqi şərtlərini müəyyənləşdirmək. 
3.  Ali məktəbdə tədrisin  səmərəli  formalarını,  onların im-
kanlarını, təşkili qaydalarını, tələbə müstəqil işinin səmərəliliyi-
nin artırılması, təhsilin elmi yaradıcılıqla əlaqələndirilməsi, müa-
sir texnologiyalardan istifadə edilməsi yollarını tədqiq etmək. 
4. Tələbə gənclərin bir şəxsiyyət-Vətəndaş kimi tərbiyəsi 
prosesinin mahiyyətini, qanunauyğunluqlarını, məzmun, vasitə, 
metod və formalarını müəyyənləşdirmək əsasında ali məktəbdə 
tərbiyə  işinin  metodikasını  təkmilləşdirmək  və  zənginləşdir-
mək, tərbiyə təcrübəsində  yeni  texnologiyaların  tətbiqi  imkan-
larını  və  səmərəliliyini  araşdırmaq;  tələbələrin  auditoriyadan-
kənar fəaliyyətinin forma və metodlarını müəyyənləşdirmək. 
5. Müasir ali məktəb müəlliminin nəzəri cəhətdən əsaslan-
dırılmış  modelini  işləyib  hazırlamaq,  qabaqcıl  müəllimlərin  iş 
metodlarını,  texnologiyalarını,  müəllim  əməyinin  qiymətləndi-
rilməsi  meyarlarını,  əməyin  stimullaşdırılması  yollarını,  müəl-
lim  peşəsinin  professioqramını,  ona  verilən  pedaqoji  tələbləri 
müəyyənləşdirmək. 
6.  Ali  məktəbdə  ictimai  təşkilatların  fəaliyyətini,  gənc  mü-


 
 

təxəssislərin hazırlanması və tərbiyəsində, tələbə özünüidarəsinin 
inkişafında onların rolunu tədqiq etmək. 
7.  Ali  məktəbə  rəhbərlik  məsələlərini  öyrənmək,  idarə-
etmə  strukturlarının  optimal  forma  və  metodlarını,  pedaqoji 
əsaslarını müəyyənləşdirmək. 
8.  Ali  təhsil  islahatı  ilə  bağlı  aktual  problemlərin  həll 
edilməsi.  
Göründüyü kimi, ali məktəb pedaqogikası qarşısında du-
ran  problemlərin  araşdırılması,  ali  məktəbdə  tədris-tərbiyə  və 
elmi  fəaliyyətin,  idarəetmənin  çox  müxtəlif  aspektlərinin  təd-
qiqi ali təhsilin və mütəxəssis hazırlığının yeni  keyfiyyət mər-
hələsinə qaldırılmasına,  təhsilimizin  dünya təhsil sisteminə in-
teqrasiyasına imkan verəcəkdir. 
Ali  məktəb  pedaqogikası,  bir  elm  kimi,  pedaqoji  elmlər 
sistemində  özünəməxsus  yer  tutur,  cəmiyyətin  ali  məktəb  qar-
şısında qoyduğu çox mühüm nəzəri və praktik məsələlərin həl-
linə  kömək  göstərir.  Ali  məktəb  pedaqogikasını  elm  və  tədris 
fənni  kimi  fərqləndirmək  lazımdır.  İkinci  halda  o,  gələcəkdə 
elmi-pedaqoji  fəaliyyətə  hazırlaşan  magistrant  və  doktorantlar 
üçün  ali  məktəb  məsələlərini  öyrənməkdə  mühüm  mənbə 
rolunu oynayır.  
Ali  məktəb  pedaqogikasına  yiyələnməklə  gələcək  müəl-
limlər ali məktəbdə  elmi-pedaqoji fəaliyyətə daha  yaxşı  hazır-
lana bilərlər. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə