M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Nəzəri  tədqiqat  metodları



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə14/197
tarix22.01.2022
ölçüsü1,67 Mb.
#83052
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   197
Ali mekteb pedaqogikasi-kitab

Nəzəri  tədqiqat  metodları
  nəzəri  mənbələrin  öyrənil-
məsi,  təhlili  və  nəticə  çıxarılması  məqsədi  güdür.  Nəzəri  təd-
qiqatlar  praktik  faktlar  səviyyəsində  yox,  əsasən,  pedaqoji  an-
layışlar səviyyəsində aparılır və pedaqogikanın köklü problem-
lərinə (məsələn, pedaqoji qanun və prinsiplərin tədqiqi, şəxsiy-
yətin formalaşması amillərinin öyrənilməsi və s.) həsr olunur. 
Nəzəri tədqiqat  metodlarına daxildir: təhlil  və tərkib,  in-


 
 
14 
duksiya  və  deduksiya,  modelləşdirmə,  müqayisəli-tarixi  təhlil 
metodları. 
Nəzəri təhlil (analiz) metodu
 pedaqoji hadisələri tərkib his-
sələrinə  bölməyi,  başlıca  əlaməti,  xüsusiyyəti  ayırmağı  nəzərdə 
tutur. Təhlil həmişə 
tərkiblə (sintezlə)
 – ayrı-ayrı hissələrin, əla-
mətlərin  əlaqələndirilməsi,  ümumiləşdirilməsi  metodu  ilə  mü-
şayiət  olunur,  onunla  tamamlanır.  Təhlil  və  tərkibin  vəhdəti 
pedaqoji hadisələrin mahiyyətini dərk etməyə, ümumidə xüsusi, 
xüsusidə isə ümumi cəhəti tapmağa imkan verir.  
Pedaqoji  tədqiqatlarda  çox  vaxt 
induksiya
  (konkret  fakt-
lardan ümumi nəticələr çıxarmaq) və 
deduksiya
 (ümumi nəticə-
ni  konkret  faktlara tətbiq etmək) metodlarına da müraciət olu-
nur. 
Modelləşdirmə
  –  müəyyən  pedaqoji  sistemi  xüsusi  ana-
loqlar (modellər) yaratmaq yolu ilə təsvir etmək metodudur. Bu 
metod  əyani  –  obrazlı  şəkildə  (sxem,  çertyoj,  sözlə  təsvir), 
öyrənilən pedaqoji prosesi xarakterizə etməyə imkan verir. Bu 
yolla,  məsələn,  dərsin  quruluşunun,  onun  müxtəlif  tiplərinin, 
şəxsiyyətin inkişafının səmərəli modelini qurmaq olar. 
Müqayisəli  –  tarixi  təhlil  metodu 
müxtəlif  tarixi  dövr-
lərdə,  dünya  təcrübəsində  ayrı-ayrı  pedaqoji  sistemləri  müqa-
yisəli  şəkildə  öyrənməyə,  bu  əsasda  müasir  pedaqoji  prob-
lemlərin həlli yollarını müəyyənləşdirməyə imkan verir. 
Pedaqoji tədqiqatda bəzən 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə