M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə6/197
tarix22.01.2022
ölçüsü1,67 Mb.
#83052
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   197
Ali mekteb pedaqogikasi-kitab

Şəxsiyyətin inkişafı
 müxtəlif amillərin – daxili və xarici, 
təbii  (irsi),  sosial  və  psixoloji  amillərin  təsiri  ilə  insanın  şəx-
siyyət kimi bir keyfiyyət halından digərinə keçməsi prosesidir. 
Şəxsiyyətin formalaşması
 onun inkişafının bir növü olub, əsa-
sən,  xarici  təsirlərin  (mühitin,  təlim  və  tərbiyənin)  nəticəsində 
şəxsiyyətin bütövlükdə, yaxud onun hər hansı bir keyfiyyətinin 
müəyyən səviyyəyə çatması, tamamlanması prosesidir. Şəxsiy-
yətin  formalaşması məqsədyönlü və kortəbii  ola  bilər. Ahəng-
dar  şəxsiyyətin  formalaşması,  hər  şeydən  əvvəl,  məqsədyönlü 
prosesdir. 
Ali  məktəb  pedaqogikasında  nəzərdən  keçirilən  əsas  an-
layış  və  kateqoriyalarla  yanaşı,  digər  kateqoriyalardan  da  isti-
fadə  edilir  (təlim  və  tərbiyənin  məqsədi,  qanun  və  prinsipləri, 


 
 

məzmunu, vasitə, metod və formaları və s.). Bütün bunlar bir-
birilə  qarşılıqlı  əlaqədə  olub,  birlikdə  vahid  və  bütöv  pedaqoji 
prosesi  təşkil  edir  və  ümumi  məqsədə  -  şəxsiyyətin  ahəngdar 
inkişafına xidmət göstərir.  
 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə