M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə16/197
tarix22.01.2022
ölçüsü1,67 Mb.
#83052
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   197
Ali mekteb pedaqogikasi-kitab

riyazi-statistik  və 
sosioloji
 metodlara da müraciət olunur. Riyazi-statistik metod-
lar  tədqiqatın  nəticələrini  kəmiyyət  baxımından  tədqiq  etməyə 
imkan verir. Sosioloji metodlar isə pedaqogikanın sosial məsə-
lələrinin (ailə və mühitin təlim-tərbiyə işinə təsiri, kollektiv və 
fərdin münasibətləri, peşəseçmə və s.) həllində geniş tətbiq olu-
nur.  Sosioloji  metodlara  kütləvi  sorğular,  intervyu,  reytinq, 
ranqlaşdırma, sosiometrik metodlar (şkala, sosioqramma və s.) 
daxildir.  
 ntervyu metodu
 – şifahi sorğu metodudur; hər hansı mə-
sələ ilə bağlı müəyyən bir şəxsin mülahizəsini öyrənmək məq-
sədi  güdür.  Bu  metoddan  tədqiqatın  müxtəlif  mərhələlərində 
istifadə  olunur  (fərziyyəni  müəyyənləşdirmək,  ilkin  məlumat 
əldə etmək, əlavə faktlar toplamaq). 
Reytinq  metodu
  –  pedaqoji  fəaliyyətin  bu  və  ya  digər 
sahəsinin mütəxəssislər tərəfindən qiymətləndirilməsində (eks-
pert qiyməti) ifadə olunur. Bu halda qiymətin obyektiv olması 
üçün  seçilən  ekspertlərin  pedaqoji  və  elmi  baxımdan  səriştəli 


 
 
16 
olması, müstəqil, yaradıcı, tənqidi təfəkkürə malik olması vacib 
şərtdir. Əldə olunan informasiyaları təhlil edərkən reytinq me-
todundan  (informasiyaların,  keyfiyyət  və  xüsusiyyətlərin  əhə-
miyyətlilik  və  ya  digər  baxımdan  sıralanmasından)  istifadə  et-
mək olar. 
Sosiometrik  metodlar
  –  sorğular  və  ya  davranışın  qeydə 
alınması əsasında kollektiv və qrupun, habelə oradakı qarşılıqlı 
münasibətlərin  strukturunu,  şəxsiyyətin  təşkilati  və  kommu-
nikativ keyfiyyətlərini aşkara çıxarmaq məqsədi güdür. 
Ranqlaşdırma metodu
 – hər hansı obyekti, şəxsi müəyyən 
əlamətə  görə  təhlil  edib  sıralama  məqsədi  güdür.  Məsələn,  ali 
məktəb  müəlliminin  şəxsi  və  peşə  keyfiyyətlərini  ranqlaşdı-
rarkən tələbələr ideal müəllim üçün zəruri keyfiyyətləri belə sı-
ralamışlar: 1. Obyektivlik; 2. Elmi səviyyə, erudisiya; 3. Tədris 
materialını  şərhetmə bacarığı; 4. Tələbkarlıq; 5.  Pedaqoji  takt, 
yumor hissi; 6. Prinsipiallıq; 7. Ünsiyyət bacarığı, tələbəni duy-
maq, qayğıkeşlik; 8. Tənqidilik. 
Müxtəlif  tələbə  qruplarında  müəllimi  qavrama  səviyyə-
sindən asılı olaraq eyni müəllimin keyfiyyətlərinin qiymətləndi-
rilməsi müxtəlif ola bilər. 
Sosiometrik metodların nəticələri digər metodlarla (mən-
tiqi və qrafik təhlil) əlaqələndirilir. 
Pedaqoji tədqiqat metodları tədqiqat prosesində kompleks 
şəkildə  tətbiq  olunur,  alınan  nəticələr  tutuşdurulur.  Tədqiqat 
metodlarının  düzgün  seçilməsi  tədqiqatın  metodikası  baxımın-
dan böyük əhəmiyyətə malikdir. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə