M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Empirik tədqiqat metodları



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə13/197
tarix22.01.2022
ölçüsü1,67 Mb.
#83052
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   197
Ali mekteb pedaqogikasi-kitab

Empirik tədqiqat metodları
 müəyyən faktlar toplamağa 
xidmət  edir.  Bu  metodlara  daxildir:  pedaqoji  müşahidə,  peda-
qoji müsahibə, anket sorğusu, pedaqoji konsilium, pedaqoji sə-
nədlərin və fəaliyyət məhsullarının öyrənilməsi metodları. 
Pedaqoji müşahidə
 – pedaqoji prosesi müəyyən məqsədlə 
və planlı şəkildə izləməkdir. Tədqiqatçı müşahidə zamanı nəyi, 


 
 
13 
nə  məqsədlə  izləyəcəyini  əvvəlcədən  müəyyən  edir,  müvafiq 
faktlar toplayır, onları qruplaşdırır və ilkin nəticə çıxarır. 
Pedaqoji müsahibə
 – müəyyən pedaqoji hadisənin mahiy-
yətini, səbəblərini, başvermə şəraitini aşkara çıxarmaq məqsədi 
ilə aparılan sual-cavab metodudur. Müsahibəyə hazırlıq zamanı 
onun nə məqsədlə, kimlərlə (müəllim, valideyn, məktəb işçiləri 
və ya tələbələrlə), hansı suallar əsasında aparılacağı müəyyən-
ləşdirilir. Müsahibə prosesində alınan cavablar dəqiq qeyd edil-
məli (və ya lentə yazılmalı), sonra isə ciddi təhlil olunmalıdır. 
Anket  sorğusu
  –  bu  və  ya  digər  pedaqoji  məsələ  (prob-
lem)  barədə  müəllim,  tələbə  və  ya  valideynlərin  mövqeyini, 
rəyini öyrənmək, hər hansı pedaqoji hadisənin tipikliyini müəy-
yən  etmək  məqsədi  ilə  aparılan  yazılı  sorğudur.  Anket  sorğu-
sunda  sualların  düzgün  seçilməsi  və  ifadə  olunması  mühüm 
şərtdir. 

Pedaqoji  konsilium
”  metodu  –  bu  və  ya  digər  pedaqoji 
fakt,  hadisə  və  ya  konkret  tələbə  ilə  bağlı  pedaqoji  işçilərin 
(müəllimlərin)  kollektiv  müzakirəsi,  fakt  və  ya  hadisənin  qiy-
mətləndirilməsi,  çətinliklərin  araşdırılması  və  optimal  tədbir-
lərin müəyyən edilməsi metodudur. 
Pedaqoji  sənədlərin  və  fəaliyyət  məhsullarının  öyrənil-
məsi
  –  tədqiqatda  bəzi  zəruri  faktları  toplamağa  xidmət  edən 
metodlardır. Məktəb sənədləri (jurnallar, hesabatlar, iş planları, 
şəxsi  işlər  və  s.),  habelə  tələbənin  fəaliyyət  məhsulları  (yazı, 
rəsm, əmək işləri, yaradıcılıq məhsulları və s.) təlim-tərbiyə iş-
lərinin  vəziyyəti,  təlim  müvəffəqiyyəti  haqda  müəyyən  mə-
lumat əldə etməyə imkan verir. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə