M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Xaricdə ali təhsil sistemi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə24/197
tarix22.01.2022
ölçüsü1,67 Mb.
#83052
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   197
Ali mekteb pedaqogikasi-kitab

 
3. Xaricdə ali təhsil sistemi 
Xaricdə ali təhsil, əsasən, universitetlərdə həyata keçirilir: 
tələbələrin  böyük  qismi  aparıcı  ali  təhsil  müəssisəsi  kimi 
universitetlərdə təhsil alır. Bundan əlavə konkret ixtisaslar üzrə 
ali təhsili institutlarda, bəzi ölkələrdə (məsələn, ABŞ-da, İngil-
tərədə)  ali  kolleclərdə  də  (təhsil  müddəti  4-5  il  olur)  almaq 
mümkündür.  Kolleclər  universitetlər  nəzdində  və  ya  müstəqil 
fəaliyyət  göstərir.  Məsələn,  Oksford  Universitetinin  nəzdində 
30-dan çox kollec fəaliyyət göstərir. 
Ali təhsil almağın nisbətən geniş yayılmış forması 
qiyabi 
təhsildir.
  İngiltərədə  tələbələrin  50%-i  bu  formada  təhsil  alır. 
Bu  hal  təhsil  haqqının  yüksək  olması  ilə  bağlıdır.  Tələbələr 
təhsil haqqını ödəmək üçün işləmək məcburiyyətində qalırlar.  
Xarici ölkələrin böyük qismində dövlət ali məktəbləri ilə 
yanaşı, 
qeyri-dövlət
 
(özəl) təhsil müəssisələri
 də geniş yayılmış-
dır. Belə ali məktəblər  ayrı-ayrı şəxslər, təhsil korporasiyaları, 
monopolist  ittifaqlar  və  s.  tərəfindən  açılır.  Məsələn,  ABŞ-da 


 
 
26 
ali  məktəblərin  yarıdan  çoxu  özəl  məktəblər  olub  iri  korpora-
siya və monopoliyaların fondu hesabına maliyyələşir. Yaponi-
yada  bütün  ali  məktəblərin  72%-i  bu  cür  fəaliyyət  göstərir  və 
ölkədəki tələbələrin 70%-dən çoxunu əhatə edir. Bəzi ölkələrdə 
isə  ali  təhsil  müəssisələri,  əsasən,  dövlətə  məxsusdur  (İngil-
tərə). 
Bir çox ölkələrdə 
fərdi qaydada təhsil
  geniş  yayılmışdır. 
Tələbələr  özləri  üçün  fərdi  tədris  planı  seçir  və  tyutor-müəl-
limin rəhbərliyi altında işləyirlər. 
 
Ali  məktəbə  qəbulu
,  bir  qayda  olaraq,  ali  təhsil  müəs-
sisələri özləri müsabiqə əsasında aparır. Qəbulda orta məktəbdə 
alınan ballar həlledici əhəmiyyət kəsb edir.  
Xaricdə ali məktəblər üçün ümumi cəhət tələbələrin mə-
nimsəmələri üzərində sistemli 
nəzarət
  aparılmasından  və  təlim 
göstəricilərinin  ciddi  şəkildə  hesaba  alınmasından  ibarətdir. 
Yoxlama,  nəzarət  həm  universitetdaxili,  həm  də  müvafiq  qu-
rumlar tərəfindən həyata keçirilir.  
Bəzi ölkələrdə (məsələn, Almaniyada) universitet məzun-
ları iki il ixtisas üzrə işlədikdən sonra dövlət imtahanı verirlər. 
Bu dövrdə onlar praktik təcrübə qazanır, ali məktəb də həmin 
müddətdə onlara nəzəri və metodik köməklik göstərir. 
Universitetlərdə  təhsilin  keyfiyyətinə  yuxarı  qurumlar 
tərəfindən  də  nəzarət  edilir.  Bəzi  ölkələrdə  bu  işi  Təhsil  De-
Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə