M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə12/197
tarix22.01.2022
ölçüsü1,67 Mb.
#83052
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   197
Ali mekteb pedaqogikasi-kitab

 


 
 
12 
4.
 
Ali məktəb pedaqogikasının tədqiqat metodları 
Bütün elmlər, o cümlədən pedaqogika, elmi tədqiqatların 
köməyi ilə inkişaf edib, yeni-yeni müddəalarla zənginləşir. Pe-
daqoji  tədqiqatlar  təlim-tərbiyə  prosesini  təkmilləşdirmək,  bu 
prosesə xas olan qanunauyğunluqları aşkara çıxarmaq məqsədi 
ilə  planlı  şəkildə  aparılan  axtarışlardır.  Bu  axtarışlar  tədqiqat 
metodlarının köməyi ilə aparılır. 
Tədqiqat metodları
 dedikdə, 
nəzəri  və  ya  eksperimental  tədqiqatların  təşkili  yolları  başa 
düşülür. 
Pedaqoji  tədqiqatlarda  müxtəlif  metodlardan  istifadə 
olunur.  Həll  edilən  problemin  xarakteri  və  miqyasından  asılı 
olaraq ən ümumi, ümumelmi və xüsusi metodlar fərqləndirilir. 
Ən  ümumi
  metod  kimi 
dialektik  metoddan
  istifadə  olunur. 
İdrakın  ən  ümumi,  universal  metodu  olmaqla  dialektik  metod 
varlığın və idrakın ümumi və mühüm xüsusiyyətlərini, əlaqə və 
münasibətlərini  əks  etdirir,  tədqiqatçını  öyrənilən  problemə 
elmi  yanaşma  strategiyası  ilə  silahlandırır,  tədqiqatın  və  onun 
nəticələrinin obyektiv və əsaslı olmasına imkan verir. 
Pedaqoji  tədqiqatlarda  istifadə  olunan 
ümumelmi  metod-
lara
:  empirik  idrak  metodları,  nəzəri  idrak  metodları,  idrakın 
ümumi  məntiqi  metod  və  priyomları  (A.F.Həziyev)  daxildir. 
Ümumelmi metodlar müxtəlif elmlərin tədqiqat obyektlərinə və 
tədqiqatın  xarakterinə  uyğun  şəkildə  dəyişikliyə  uğrayaraq 
konkret elmi metodlar formasında tətbiq olunur. 
Pedaqoji tədqiqatda istifadə olunan 
konkret elmi metodları
 
4  qrupa  bölmək  olar:  a)  empirik  tədqiqat  metodları;  b)  nəzəri 
tədqiqat  metodları;  c)  empirik-nəzəri  tədqiqat  metodları;  ç)  pe-
daqoji tədqiqatda riyazi – statistik, sosioloji metodlar. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə