M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


II fəsil  Ali təhsil sistemi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə19/197
tarix22.01.2022
ölçüsü1,67 Mb.
#83052
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   197
Ali mekteb pedaqogikasi-kitab

II fəsil 
Ali təhsil sistemi 
 
Plan: 
1.
 
Təhsil sistemi anlayışı. Azərbaycanda ali təhsilin inkişafı. 
2.
 
Təhsil qanunu. Təhsil sisteminin prinsipləri və quruluşu. 
3.
 
Xaricdə ali təhsil sistemi  
4.
 
Ali təhsil sahəsində inteqrasiya. Boloniya prosesi  
 
1. Təhsil sistemi anlayışı. Azərbaycanda ali təhsilin inkişafı 
Mütəxəssis  hazırlığı  təhsil  sistemi  vasitəsilə  həyata  ke-
çirilir. 
Təhsil sistemi 
dedikdə ölkə daxilində olan bütün təhsil-
tərbiyə  müəssisələrinin  məcmusu  başa  düşülür.  Təhsil  sistemi 
üstqurum  hadisəsi  olub,  bazisə  –  cəmiyyətin  iqtisadi-ictimai 
münasibətlər  sisteminə  xidmət  edir  və  ona  qüvvətli  təsir  gös-
tərir.  Cəmiyyətin  inkişafı,  ilk  növbədə,  onun  üzvlərinin  təhsil 
səviyyəsi ilə şərtlənir. Yaxşı təhsil almış yüksək ixtisaslı mütə-
xəssislər  cəmiyyətin  bütün  sahələrində  –  iqtisadiyyat,  elm  və 
texnika,  təhsil  və  mədəniyyət,  təbabət,  inşaat,  sənaye  və  kənd 
təsərrüfatı,  dövlət  qulluğu,  hərbi  quruculuq  və  s.  sahələrdə 
uğurla  və  yaradıcılıqla  çalışıb,  həmin  sahələrin  inkişafına 
kömək  göstərə  bilərlər.  Buna  görə  də  təhsil,  elm  cəmiyyətin 
strateji  vəzifəsi  sayılır  və  inkişaf  etmiş  ölkələrdə  ona  birinci 
dərəcəli əhəmiyyət  verilir. Cəmiyyətin, dövlətin  gücü  hər şey-
dən əvvəl, təhsillə, elmlə bağlıdır. Dahi Nizaminin dediyi kimi:  
Qüvvət elmdədir, başqa cür heç kəs  
Heç kəsə üstünlük eyləyə bilməz. 
 
Həyat  göstərir  ki,  dövlətin,  millətin  tərəqqi  yolu  təhsil-
dən,  elmdən  keçir:  “Heç  bir  millət  qılıncla,  tüfənglə  irəli  get-
mir; hansı millət qabağa gedib tərəqqi edirsə, o ancaq təhsilin, 
elmin  gücünə  xoşbəxt  olur”  (N.Nərimanov).  Bunu  tarixi  təc-
rübə də sübut edir: II Dünya müharibəsində məğlub olmuş Ya-
poniya və Almaniya kimi dövlətlər təhsilin, elmin, yeni texno-
logiyaların inkişafı, ümumiyyətlə, insan kapitalının inkişafı sa-


 
 
19 
yəsində  qısa  tarixi  dövrdə  dünyada  inkişaf  etmiş  dövlətlər 
sırasına  çıxa  bildilər.  İqtisadi  cəhətdən  qüdrətli  dövlət  təhsilin 
və  elmin  sürətli  inkişafına  təkan  verir,  cəmiyyətdə  təhsilin  və 
elmin,  təhsil  və  elm  adamlarının  nüfuzunun  yüksəlməsinə  hər 
vasitə  ilə  kömək  göstərir,  yaradıcı  mütəxəssisləri,  elm  adam-
larını hər cəhətdən (ilk növbədə maddi cəhətdən) stimullaşdırır. 
İnkişaf  etmiş  ölkələrə  dünyanın  hər  yerindən  “beyin  axını”da 
bununla bağlıdır. 
Təhsil sistemi cəmiyyətin tələbatı, ictimai-iqtisadi, sosial-
mədəni inkişafı ilə şərtləndiyi və onunla bağlı olaraq dəyişdiyi 
üçün  müxtəlif  ölkələrin  təhsil  sistemləri  bir-birindən  fərqlənir. 
Eyni  cəmiyyətin  müxtəlif  inkişaf  dövrlərində  də  inkişafın  xa-
rakterindən  asılı  olaraq  təhsil  sistemi  dəyişir.  Bununla  bağlı 
Azərbaycanda ali təhsilin inkişafına qısaca nəzər salaq. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə