M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə15/197
tarix22.01.2022
ölçüsü1,67 Mb.
#83052
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   197
Ali mekteb pedaqogikasi-kitab

empirik-nəzəri metodlar
 əla-
qəli şəkildə tətbiq olunur. Belə metodlara eksperiment, təcrübi-
eksperimental iş, sınaq metodları daxildir. 
Pedaqoji  eksperiment
  müəyyən  pedaqoji  fərziyyəni  yox-
lamaq  metodudur.  Onun  məqsədi  pedaqoji  prosesdə  səbəb-nə-
ticə  əlaqələrini,  kəmiyyətlər  arasındakı  asılılığı  öyrənməkdən, 
yeni forma və metodların səmərəliliyini aşkara çıxarmaqdan və 
s.  ibarət  ola  bilər.  Məqsədinə  görə  pedaqoji  eksperimentin  bir 
neçə  növü  ayırd  edilir:  müəyyənedici,  öyrədici  və  yoxlayıcı 
eksperiment. 
Təşkili formasına görə eksperiment üç cür olur: təbii (adi, 


 
 
15 
təbii  şəraitdə  keçirilir),  laborator  (laboratoriya  şəraitində  keçi-
rilir)  və  kompleks  eksperiment  (həm  təbii,  həm  də  laborator 
şəraitdə  keçirilir).  Eksperimentin  təşkili  üçün  iki  paralel  sinif 
(qrup) götürülür: bunlardan birində iş yeni qaydada təşkil edilir 
(eksperimental sinif və ya qrup), digərində isə ənənəvi qaydada 
aparılır (kontrol sinif və ya qrup). Müəyyən müddətdən (1 rüb, 
1 il) sonra hər iki sinifdə (qrupda) işin nəticəsi yoxlanılır və bir-
biri  ilə  müqayisə  edilir.  Eksperiment  yaxşı  nəticə  verərsə,  onu 
bir qədər geniş miqyasda aparmaq lazımdır. 
Eksperimentin  səmərəli  nəticə  verməsi  üçün  onu  başqa 
metodlarla (müşahidə, müsahibə, anket sorğusu və s.) əlaqələn-
dirmək mühüm şərtdir. 
Pedaqoji  tədqiqatlarda  eksperiment  metodu  ilə  yanaşı, 
təcrübi-eksperimental  iş,  sınaq  metodları
  da  tətbiq  olunur.  Bu 
zaman  müəyyən  proqram  (plan)  üzrə  təcrübə  işləri  aparılır, 
onların səmərəliliyi öyrənilir. 
Pedaqoji  tədqiqatlarda  yeri  gəldikcə 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə