M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə11/197
tarix22.01.2022
ölçüsü1,67 Mb.
#83052
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   197
Ali mekteb pedaqogikasi-kitab

psixologiya
  elmi  ilə  daha  çox 
bağlıdır. Tələbə gənclərin psixi proseslərini, şəxsiyyət kimi in-
kişaf qanunlarını nəzərə almaqla pedaqogika təlim-tərbiyə işini, 
yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məsələlərini daha 
uğurla həll etmək imkanı qazanır.   
Ali məktəb pedaqogikası psixologiyanın müxtəlif sahələri 
və 
digər elmlərlə 
əlaqəlidir. Çünki tələbə gənc bir çox elm sa-
hələrinin obyekti kimi çıxış edir. Ali məktəb pedaqogikası:  
-  Pedaqoji  psixologiya  ilə  (pedaqoji  təsirlərlə  tələbə  psi-
xikasında baş verən dəyişiklikləri, bilik, bacarıq və vərdişlərin 


 
 
11 
mənimsənilməsinin,  insan  münasibətləri  və  davranış  motivlə-
rinin formalaşmasının qanunauyğunluqlarını və psixoloji mexa-
nizmlərini öyrənir); 
- Yaş psixologiyası ilə (yaşla bağlı psixi dəyişmələri öyrənir); 
-  Sosial  psixologiya  ilə  (tələbələrin  bir-birilə  və  müəllim-
lərlə qarşılıqlı münasibətlərini, kollektiv münasibətləri öyrənir); 

Sosiologiya  ilə
  (sosial  münasibətləri,  tələbələrin  sosial 
tərkibi, müəllimlərin sosial statusu və rolu, peşələrə bələdləşmə 
və s. məsələləri öyrənir); 

Kibernetika ilə
 (mürəkkəb dinamik sistemlərdə idarəet-
mə  prosesini,  informasiyaların  ötürülməsi  və  mənimsənilməsi 
mexanizmlərini öyrənir); 
Ali məktəb pedaqogikası birbaşa və dolayısı ilə, demək olar 
ki, 
bütün elm sahələri ilə
 əlaqədardır. Ayrı-ayrı elmlərlə bağlı olan 
fənlər  (dil,  ədəbiyyat,  tarix,  fizika,  riyaziyyat,  kimya,  biologiya, 
coğrafiya  və  b.)  və  onların  tədrisi  məsələləri  pedaqogikanın  bir 
qolu olan metodikanın tədqiqat mövzusunu təşkil edir. 
Ali məktəb pedaqogikası 
ümumi pedaqogika
 və  müxtəlif 
pedaqoji elm sahələri ilə
 də əlaqəlidir: sosial pedaqogika, gənc-
lər pedaqogikası, autoqogika (özünütərbiyə qanunauyğunluqla-
rını öyrənir), gender pedaqogikası, müqayisəli pedaqogika, pe-
daqogika  tarixi,  pedaqoji  konfliktologiya,  korreksion  pedaqo-
gika, pedaqoji antropologiya (insan, onun mövcudluğu, şəxsiy-
yət  kimi  formalaşması  üzrə  baxışlar  sistemini  əks  etdirir),  an-
droqogika (yaşlılar pedaqogikası), erqonomika (əmək prosesin-
də  insanın  funksional  imkanları,  əmək  şəraiti  ilə  iş  qabiliy-
yətləri arasındakı qanunauyğun əlaqələri öyrənir) və s. 
Pedaqogikanın  başqa  elm  sahələri  ilə  əlaqəsi  qarşılıqlı 
səciyyə  daşıyır  və  yeni  elm  sahələrinin  yaranması  üçün  əsas 
verir. Məsələn, belə əlaqə sayəsində təhsil və tərbiyə fəlsəfəsi, 
pedaqoji  psixologiya,  psixopedaqogika,  təhsil  iqtisadiyyatı, 
təhsil menecmenti və s. elm sahələri yaranmışdır. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə