M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Təhsil  sisteminin  quruluşu



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə23/197
tarix22.01.2022
ölçüsü1,67 Mb.
#83052
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   197
Ali mekteb pedaqogikasi-kitab

Təhsil  sisteminin  quruluşu
  təhsil  qanununda  öz  əksini 
tapmışdır.  Qanunda  təhsil  müəssisələrinin  tipləri,  hər  tipin 
növləri müəyyən edilmişdir: 
1.
 
Məktəbəqədər təhsil müəssisələri
: körpələr evi, körpə-
lər evi – uşaq bağçası, uşaq bağçası, xüsusi uşaq bağçası. Mək-
təbəqədər təhsil 3 yaşdan başlayır. 5 yaşından uşaqların məktə-
bə hazırlığı zəruri sayılır. Belə hazırlıq uşaq bağçalarında, mək-
təbdə və ailədə həyata keçirilə bilər. 
2.
 
 
Ümumtəhsil məktəbləri
: ibtidai (I-IV siniflər); ümumi 
orta  (V-IX  siniflər)  və  tam  orta  təhsil  (X-XI  siniflər)  ümumi 


 
 
24 
təhsil pillələrini əhatə edir. Buraya habelə ümumtəhsil internat 
və xüsusi internat məktəbləri, istedadlı uşaqlar üçün məktəblər, 
gimnaziyalar,  liseylər  və  digər  ümumtəhsil  müəssisələri  daxil-
dir.  Gimnaziya,  əsasən,  humanitar  təmayüllü  orta  ümumtəhsil 
məktəbidir.  Lisey  istedadlı  şagirdlər  üçün  müvafiq  təmayüllər 
üzrə təhsil xidməti göstərən ümumtəhsil müəssisəsidir. 
Respublikamızda  ümumi  orta  təhsil  (I-IX  siniflər)  icba-
ridir.  Tam  orta  təhsil  (X-XI  siniflər)  təmayüllər  üzrə  qurulur 
(humanitar, texniki, təbiət və s.). 
3.
 
Məktəbdənkanar  təhsil  müəssisələri
:  uşaq-gənclər 
məktəbləri  (idman,  şahmat  və  s.),  uşaq  yaradıcılıq  mərkəzləri 
(texniki,  bədii  yaradıcılıq,  ekoloji  tərbiyə,  turizm  və  diyarşü-
naslıq,  estetik  tərbiyə  mərkəzləri),  məktəbdənkənar  iş  mərkəz-
ləri və s. 
4.
 
 lk  peşə-ixtisas  təhsili  müəssisələri
:  peşə  məktəbləri, 
peşə liseyləri. 
5.
 
Orta  ixtisas  təhsili  müəssisələri
:  kolleclər.  Kollec  – 
orta  ixtisas  proqramları  əsasında  təhsil  xidmətləri  göstərən  və 
subbakalavr  peşə-ixtisas  dərəcəsi  vermək  hüququ  olan  təhsil 
müəssisəsidir. 
6.
 
Ali  təhsil  müəssisələri
:  universitetlər,  akademiyalar, 
institutlar və s. Universitet – geniş spektrli, yüksək ixtisaslı mü-
təxəssislər hazırlayan çoxprofilli aparıcı ali təhsil müəssisəsidir. 
Akademiya  müəyyən  sahə  üzrə  yüksək  ixtisaslı  mütəxəssislər 
hazırlayan  ali  təhsil  müəssisəsidir.  İnstitut  –  müstəqil  və  ya 
universitetin struktur bölməsi  kimi  konkret  ixtisaslar üzrə mü-
təxəssislər hazırlayan ali təhsil müəssisəsidir. 
Ali  təhsil  müəssisələrində  mütəxəssis  hazırlığı  3  səviy-
yədə aparılır: 

Bakalavriat
  –  başa  çatmış  ali  təhsil  pilləsi  olmaqla 
məzunlara “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. 

Magistratura
  –  dərin  hazırlıqlı  mütəxəssislər  yetişdirən  ali 
təhsil pilləsidir, məzunlara “magistr” ali peşə-ixtisas dərəcəsi verilir. 
Onun  bakalavr  pilləsindən  fərqi  ondadır  ki,  magistrlər  ali  təhsil 


 
 
25 
müəssisələrində elmi-pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. 

Doktorantura
 – ali təhsilin ən yüksək səviyyəsi olmaqla 
məzunlara “doktor” elmi dərəcəsi verilir. Doktorantura iki pil-
lədən ibarətdir: birinci pilləni başa vuranlara “fəlsəfə doktoru” 
(elm  sahələri  göstərilməklə),  ikinci  pilləni  bitirənlərə  “elmlər 
doktoru” (elm sahələri göstərilməklə) elmi dərəcəsi verilir. 
Ali məktəblərdə çalışan professor-müəllim heyətinə elmi-
pedaqoji fəaliyyət  sahəsində əldə  etdikləri  nəticələrə  görə mü-
sabiqə və seçki yolu ilə müxtəlif 
elmi adlar
 verilir: dosent, pro-
fessor,  baş  elmi  işçi  (laboratoriyada  elmi-tədqiqat  işi  aparan-
lara). 
Əlavə  təhsil  müəssisələri
:  universitetlər,  institutlar,  elm-
təhsil mərkəzləri və s. 
Nəzərdən keçirilən təhsil müəssisələri Təhsil Qanunu ba-
zasında  hazırlanmış  öz  Nizamnamələri  əsasında  fəaliyyət  gös-
tərir.  

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə