M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


təhsil  sisteminin  əsas  prinsipləri



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə22/197
tarix22.01.2022
ölçüsü1,67 Mb.
#83052
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   197
Ali mekteb pedaqogikasi-kitab

təhsil  sisteminin  əsas  prinsipləri
  öz 
əksini tapmışdır. Respublikamızın  təhsil  sistemi bu prinsiplərə 
əsaslanır. Həmin prinsipləri qısaca nəzərdən keçirək. 
1.
 
Humanistlik  prinsipi
  –  insan  hüquqları  və  azadlıq-
larının,  sağlamlıq  və  təhlükəsizliyinin,  milli  və  bəşəri  dəyər-
lərin  prioritet  (üstün)  sahə  kimi  qəbul  edilməsini,  insanlara 
münasibətdə  tolerantlıq  və  dözümlülük  göstərilməsini  nəzərdə 
tutur. Bu prinsipə  görə,  təhsil-tərbiyə işinin  mərkəzində insan, 
onun  maraq  və  qabiliyyətləri,  inkişafı  durmalı,  hər  şey  ona 
xidmət  etməlidir.  Necə  deyərlər,  tələbə  (şagird)  müəllim  üçün 
yox,  müəllim  tələbə  (şagird)  üçündür.  Təhsilalanların  zehni, 
mənəvi  və  s.  cəhətdən  inkişafına  qayğı  göstərmək  bütövlükdə 
təhsil sisteminin, hər bir müəllimin başlıca vəzifəsidir. 
2.
 
Demokratiklik  prinsipi
  –  təhsilalanların  azad  düşüncə 
ruhunda tərbiyə edilməsini; təhsilin dövlət və ictimai əsaslarda 
idarə edilməsini; bu prosesdə təhsilalanların səlahiyyət və azad-
lıqlarının  genişləndirilməsini;  təhsil  müəssisələrinin  muxtariy-
yatının artırılmasını nəzərdə tutur. Demokratiklik habelə təhsil-
alanların özünüidarəsinin genişləndirilməsində, vəzifələrin seç-
ki  yolu  ilə  tutulmasında,  qərarların  təkbaşına  yox,  kollegial 
şəkildə  qəbul  edilməsində,  müəllim-tələbə  (şagird)  münasibət-
lərinin demokratik üslubda qurulmasında ifadə olunur. 
3.
 
Bərabərlik  prinsipi
  –  bütün  vətəndaşların  bərabər 
şərtlər  əsasında  təhsil  alması  üçün  imkanlar  yaradılmasını  və 
təhsil hüquqlarının təmin edilməsini nəzərdə tutur. 
4.
 
 Millilik  və  dünyəvilik  prinsipi
  –  milli  və  bəşəri  də-
yərlərə  əsaslanan  dünyəvi  təhsil  sisteminin  yaradılmasında  və 
inkişaf etdirilməsində ifadə olunur. 


 
 
23 
5.
 
Keyfiyyətlilik  prinsipi
  –  təhsilin  mövcud  standartlara, 
normalara,  habelə  cəmiyyətin  tələblərinə,  dövlətin  və  şəxsiy-
yətin maraqlarına uyğun qurulmasını nəzərdə tutur. 
6.
 
Səmərəlilik  prinsipi
  –  təhsildə  və  elmi  yaradıcılıqda 
müasir  metodlar  tətbiq  etməklə  səmərəli  nəticələr  əldə  etməyi 
nəzərdə tutur. 
7.
 
Fasiləsizlik,  vəhdətlik,  daimilik  prinsipi
  –  təhsilin  fa-
siləsiz  olmasında,  təhsil  pillələri  arasında  əlaqə,  vəhdət  gözlə-
nilməsində və təhsilin bütün həyat boyu davam etməsində ifadə 
olunur. 
8.
 
Varislik prinsipi 
– təhsil sahəsində əldə olunmuş bilik 
və  təcrübənin  növbəti  nəslə,  təhsilin  bir  pilləsindən  digərinə 
ötürülməsini nəzərdə tutur. 
9.
 
Liberallaşma  prinsipi
  –  təhsil  sahəsinin  və  təhsil 
fəaliyyətinin açıqlığını genişləndirməkdə özünü göstərir. Başqa 
sözlə,  təhsil  müəssisələri,  təhsil  prosesi  ictimaiyyət  üçün  açıq 
olmalı,  ictimaiyyət,  ayrı-ayrı  vətəndaşlar  təhsil  prosesində, 
onun  problemlərinin  həllində  yaxından  iştirak  etmək  imkanı 
qazanmalıdırlar. 
10.
 
 nteqrasiya  prinsipi
  –  milli  təhsil  sisteminin  dünya 
təhsil  sisteminə  səmərəli  qovuşmasında,  uyğunlaşmasında  və 
qoşulmasında ifadə olunur. 
Respublikamızın  təhsil  sistemi  göstərilən  prinsiplərə 
uyğun qurulur və fəaliyyət göstərir. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə