MiRZƏLİyev zaur natiQ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə20/21
tarix02.01.2018
ölçüsü0,55 Mb.
#19109
1   ...   13   14   15   16   17   18   19   20   21

64 

 

əsas  toxunmaların  qurulması  prinsipini  saxlayır.  Törəmə  toxunmalarını  üç  qrupa 



ayrırlar: 

   


1.Polotno toxunmasının törəmələri;  

   


2.Sarja toxunmasının törəmələri; 

   


3.Atlaş toxunmasının törəmələri; 

 

 



Polotno toxunmasının törəmələri 

 

   



Polotno toxunmasının törəmələrinə reps və roqojka aiddir. 

 

Polotno  toxunmasının  tək  sapı  örtüklərini  iki,  üç  və  daha  çox  örtüklə  əvəz 



etməklə reps toxunması alınır. Əgər örtüklər əriş istiqamətində uzadılarsa, toxunma 

əriş repsi, arğac istiqamətində uzadılarsa, arğac repsi adlanır. Reps toxunması şərti 

olaraq  kəsrlə  işarə  edilir.  Onun  surət  və  məxrəci  uzadılmış  örtüklərdə  sapların 

sayını  (örtüklərin  uzunluğunu)  göstərir.  Bəzi  hallarda  yarım  reps  toxunması  da 

qurulur. Bu polotno və repös toxunmalarının elemetlərinin birləşdirilməsi ilə alınır. 

 

Şəkil 16-da əriş və arğac repsləri verilmişdir. 



 

Şək.16.Əriş və arğac repsləri  

a-əriş repsi 2/2;  

b-arğac repsi 2/2 



 

 

 

Polotno  toxunmasında  örtüklərinin    həm  əriş,  həm  də  arğac  istiqamətində 



uzadılması  nəticəsində  roqojka  toxunması  alınır.  Roqojka  toxunması  da  kəsrlə 

işarə  edilir.  Kəskin  surət  və  məxreci  örtüklərir.  Kəskin  sürət  və  məxərcinin  cəmi 




65 

 

toxunmanın rapportunu göstərir. Polotno və reps toxunmasının birləşdirilməsindən 



fasonlu  roqojka alınır. Şəkil 17-də roqolka 3/3 və rapportu 8 olan  fasonlu roqojka 

verilmişdir. 

 

 

Şək. 17. Roqojka toxunmaları:  



a-roqojka 2/2; b-roqojka 3/3; v-fasonlu roqojka 

 

 

Ərişin  sıxlığı  az  olan  parçalarda  polotno  toxunmasının  törəmələrinin 

istənilən  növünü  iki  remizlə  toxumaq  olar.  Ərişin  sıxılığı  çox  olduqda  isə 

remizlərin sayını 4 və ya 6-ya artırmaq lazım gəlir. 

 

Polotno  toxunmasının  törəmələri  donluq  parşa  çeşidlərinin  hazırlanmasında 



istifadə olunur. 

 

 



 

 

 

Sarja toxunmasının törəmələri 

 

 



Bu növ toxunmalar sarja toxunmasında sürüşmənin istiqamətini və ya əriş və 

arğac  örtüklərinin  artirilması  hesabına  alınır.  Sarja  toxunmasının  törəmələrinə 

gücləndirilmiş,  mürəkkəb,  sınaq,  əryixətli,  kölgəli,  ziqzaq  şəkilli  sarja  və  s. 

toxunmalar aiddir. 

 

Sarja  toxunmasının  törəmələri  bir  sıra  parçalrın  hazırlanmasında  geniş 



istifadə  olunur:  gücləndirilmiş  sarja  çotlanka,  bamazı,  flanel,  şeviot,  koverkot, 

boston,  triko  və  s.  mürəkkəb  sarja  toxunmasından  bir  çox  donluq,  astarlıq  və 

dekorativ  parçaların  hazırlanmasında;  qayıdan  və  sınaq  sarja  toxunmasından 

donluq, kostyumluq parçalar istehsalında; kölgəli və əyrixətli sarja toxunmasından 

isə jakkard toxuculuğünda geniş istifadə olunur. 

 

 




66 

 

Atlas (sətin) toxunmasının törəmələri 

 

 

Gücləndirilmiş  sətin  –  sətin  toxunmasında  tək  əriş  örtüklərinə  yeni  örtüklər 



əlavə  etməklə  alınır.  Bu  toxunma  növü  ilə  pamçıq  parça  istehsalında  moleskin, 

sukno,  vilvet  və  s.  hazırlanmasında  işlədir.  İpək  parça  istehsalında  gücləndirilmiş 

atlas toxünmasından astarlıq parçaların hazırlanmasında geniş istifadə edilər. 

 

9. PARCA İSTEHSAL PROFESİNDƏ YOL VERİLƏN NÖQSANLAR VƏ 



ONLARIN ARADAN GALDIRILMASI ÜSULLARI 

 

 

Parça mallarının keyfiyyəti digər istehlak mallarının keyfiyyəti kimi mühüm 



əhəmiyyətə  malikdir.  Məlum  olduğu  kimi  parça  mallarının  keyfiyyəti  istehsal 

prosesi  nəticəsində  formalaşır.  Həmçinin  qeyd  etmək  lazımdır  ki,  parçaların 

keyfiyyətinə 

nəzarətlə 

keyfiyyət 

səviyyəsinin 

qiymətləndirilməsi 

fərqləndirilməlidir.  Belə  ki,  keyfiyyətə  nəzarət  dedikcə  parçaların  keyfiyyət 

göstəricilərinin  normativ-texniki  sənədlərin  (standartlar,texniki  şərtlər  və  s.) 

tələblərinə uyğunluğunun yoxlanılması başa düşülür.  

 

Parçaların  keyfiyyət  səviyyəsinin  qiymətləndirilməsi  isə  bir  sıra 



əməliyyatların  məcmuundan  ibarətdir.  parçaların  keyfiyyəti  qiymətləndrilərkən 

onun  təyinatı,  istismar  şərtləri,  lifin  növü,  parçanın  quruluşu  və  xassələri  nəzərə 

alınalıdır.  Hər  bir  növ  parça  hər  şeydən  əvvəl  öz  təyinatına  uyğun  olmalıdır. 

Toxuculuq mallarının keyfiyyət səviyyəsinin qiymətləndirilməsi üçün hiss üzvləri, 

laboratoriya,  ekspert,  sosioloji  və  təcrübəvi  geyim  metodlarından  istifadəedilir. 

Bununla  belə  keyfiyyət  səviyyəsinin  obyektiv  qiymətləndirilməsi  üçün  iş  yerinin 

və avadanlıqlarındüzgün seçilməsin də böyük əhəmiyyət kəsb edir. 

 

Parçaların sortu yoxlanırkən  nəinki  xarici görünüşün  faktiki  noqsanları eyni 



zamanda fiziki-mexaniki göstəricilərin normadan kənarlaşması da nəzərə alınır. 

 

Parçaların  fiziki-mexaniki  və  digər  göstəricilərini  vaxtaşını  yoxlayırlar. 



Parçaların  keyfiyyəti  qiymətləndilərkən  onların  bədii-estetik  tərtibatı  etalon-

nümunə  ilə  müqayisə  olunur.  Uyğunsuzluq  hallarında  parça  standartın  tələbinə 

cavab verməyən kimi qiymətləndirilir. 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə