MiRZƏLİyev zaur natiQ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə2/21
tarix02.01.2018
ölçüsü0,55 Mb.
#19109
1   2   3   4   5   6   7   8   9   ...   21

 

5.Trikotaj  istеhsalatı-iplikdən  və  kimyəvi  saplardan  trikotaj  polotnosu  və 

trikotaj  məmulatlarını  formalaşdıran  mеxaniki-tеxnoloji  prosеsləri  özündə  birləş-

dirir. 


 

6.Bəzək-boyaq  istеhsalatı-parçaya,  trikotaja  boyaq-bəzək  vurulmasını 

həyata kеçirən kimyəvi, istilik və mеxaniki-tеxnoloji prosеsləri özündə birləşdirir. 

Göstərilən  ən  gеniş  yayılmış  toxuculuq  sənayеsinin  istеhsalatları  ilə  yanaşı 

toxunmayan  matеriallar,  burulmuş  iplik  və  saplar,  tikiş  sapları,  xovlu  iplik  və 

saplar, pərdə-tül, fasonlu iplik və saplar istеhsalatları da mövcuddur. 

Toxuculuq  sənayеsində  iki  anlayışdan  gеniş  istifadə  еdilir:  istеhsal  prosеsi 

və  tеxnoloji  prosеs.  Istеhsal  prosеsi-tеxnoloji  prosеslərin  toplusudur,  maşında  və 

ya  aqrеqatda,  yaxud  axın  xəttində,  yerinə  yetirməklə  nəticədə  ilkin  toxuculuq 

matеrialı  və  yarımfabrikatlar  məqsədli  hazır  məhsula  çеvrilir.

 

Tеxnoloji  prosеs-



matеrialın  kеyfiyyətinin,  xassələrinin,  ölçülərinin  və  formasının  dəyişməsinə 

xidmət  еdən  mеxaniki  yaxud  başqa  növ  еmaldır.  Tеxnoloji  prosеs  fasiləsiz  və 

qapalı  ola  bilər.  Qapalı  prosеs  bir  sıra  əməliyyatları  birləşdirir.

 

Texnoloji 



proseslərin öyrənilməsi zamanı diqqəti məhsulun keyfiyyətinin yüksəldilməsinə və 

əmək  məhsuldarlığına  nail  olmaq  məqsədilə  proseslərin  və  əməliyyatların 

mahiyyətinə,  onların  təyinatına,  həyata  keçirilməsinin  məlum  üsullarına,  habelə 

prosesin  intensivliyini,  effektivliyini  və  zərərli  təhlil  etməklə  sərbəst 

mənimsənilməsinə yönəltmək lazımdır. 

 

 



 

 

 

 

 

 

 

 


 

1.MALIN KEYFİYYƏTİ HAQQINDA ANLAYIŞ 



 

Malın  keyfiyyəti  dedikdə,  müəyyən  istismar  (istehlak)  şəraitində  təyinata 

müvafiq  olaraq  tələbatı  ödəmək  üşçün  onun  yararlığını  təyin  edən  xassələrin 

məcmusu başa düşülür. 

Konkret  malın  keyfiyyətini  yalnız  o  xassələr  təskil  edir  ki,  onlar  malın 

təyinatına müvafiq olaraq müəyyən istehlak tələbini ödəyir. 

Malın  keyfiyyəti  cəmiyyətin  tələbini  ödəməyi  nəzərdə  tutur  və  istehlak 

tələblərinə  müvafiq  deyilsə,  o,  yararlı  xassələrə  malık  olsa  da,  yüksək  keyfiyyətli 

sayıla bilməz. 

Malın yararlılığı  və istehlak  xassəsi – eyni  mənalı anlayış deyildir. Bəzən 

keyfiyyət  təcrübədə  keyfiyyət  dedikti,  malın  yalnız  normativ-taxniki  sənədlərin 

tələblərinə  mübvafıq  olması  başa  düşülür.  Belə  keyfiyyət  istehsal  keyfiyyəti 

adlanır. 



İstehsal  keyfiyyəti  bütövlükdə  keyfiyyət  anlayışının  dolğunluğunu  əks 

etdirmir.  O,  yalnız  hazırlanmanın  keyfiyyətini  xarakterizə  edir.  Maləın  keyfiyyəti 

ona xas olan fiziki, kimyəvi və bioliji xassələrin kompleksindən, həmçinin insanın 

müəyyən  istehlak  tələbini  ödəmək  tələbi  ilə  əlaqədar  olan  malın,  funksional, 

estetik, erqonomik və digər tələblərə müvafiq olmasından asılıdır. 

Yüksək  keyfiyyətli  mal  insanların  istehlak  tələbini  daha  dolğun  ödəyir  və 

böyük  sorğuya  malik  olur,  aşağı  keyfiyyətli  mallar  isə  özünə  alıcı  tapa  bilmir  və 

ticarət  şəbəkəsində  yığılıb  qalır.  Aşağı  keyfiyyətli  məhsulun  buraxılması  

istehsalata, ticarətə və alıcı marağına böyük zərər vurur.  

Məhsulun keyfiyyətinin yüksəldilməsi cəmiyyət üçün ən vacib məsələlərdən 

biridir.  

Məhsulun  keyfiyyət  səviyyəsinə  görə  bütövlükdə  ictimai  istehsalın  inkişaf 

səviyyəsi  və  təsərrüfatın  iqtisadi  səmərəliliyi  haqqında  mühakimə  yürüdürlər. 

Məhsulun keyfiyyəti – dövlət miqyasında planlaşdırma və idarəetmə obyektidir. 

Malların  keyfiyyətinin  yüksəldilməsi  onların  xidmət  müddətini  uzadır, 

xammal  və  materiallara  qənaət  edir  və  əhali  tələbini  daha  dolğun  ödəyir  və  eyni 




 

zamanda  əhalinin  real  əmək  haqqının  yüksəldilməsinə  yerli  malların  dünya 



bazarına çıxarılmasına müsbət təsir göstərir.  

Əhalinin  maddı  güzəranının  və  mədəni  səviyyəsinin  yüksəldilməsi  və 

həmçinin  texniki  tərəqqinin  təkmilləşdirilməsi  ilə  əlaqədar  olaraq  malların 

keyfiyyətinə tələbat arasıkəlmədən artir. 

Buna  görə  də  ölkəmizdə  məhsullarının  keyfiyyətinin  yüksəldilməsinə  daim 

diqqət yetirilir. 

Yüksək  keyfiyyətli  məhsul  istehsal  etmək,  əməyə  və  maddi  ehtiyyatlara 

qənaət etmək, nəticə etibarılə cəmiyyətin tələbatını daha dolğun ödəmək deməkdir. 

Buraxılan  məhsulun  keyfiyyətini  yüksəltmək,  eyni  zamanda  böyük  ehtiyat 

mənbəyinə  nail  olmağa  imkan  verir.  əhalinin  maddi  güzəranının  və  mənəvi 

səviyyəsinin  yüksəlməsi  ilə əlaqədar olaraq  malların keyfiyyətinin  yaxşılaşmasına 

tələbat  fasiləsiz  olaraq  artir.  Məhsulun  keyfiyyətinin  sistematik  olaraq 

yüksəldilməsi, iqtisadiyyatın inkişafı üçün zəruri tələblərədn biri sayılır. 

Məhsilin  keyfiyyətinin  yüksəldilməsində  əsas  şərtlərdən  biri  onun 

keyfiyyətinin düzgün  idarə olunmasıdır. Malların keyfiyyətinin  idarə olunması  isə 

keyfiyyətə  daimi  nəzarətin  edilməsini  və  onun  səviyyəsinin  vaxtaşırı 

qiymətləndirilməsini tələb edir. 

 

 



 

 

Malların keyfiyyət göstəriciləri 



 

 

Keyfiyyət gğstəriciləri dedikdə, malların xassələrinin kəmiyyətcə xarakterizə 

edilməsi başa düşülür. Müəyyən istesmar (istehlak) şəraitinə təbiq edilərkən xassə 

göstəriciləri müəyyən tələbatı ödəyən yararlılıq dərəcəsini ifadə edir. 

Keyfiyyət 

göstəriciləri 

adətən 

vahid, 


kompleks, 

inteqral, 

baza, 

ümumiləşdırılmiş və nisbi göstəricilərlə ifadə edilir 



Malın keyfiyyət göstəricisi onun yalnız bir xassəsinə aıd olur, məsələn, ətirin 

qoxunusunu dayanıqlılığı, ağacın teksturası, parçanın fakturası vəs. 

Əgər malın keyfiyyət göstəricisi onun bir neçə xassəsinə aid olarsa, o zaman 

o, kompleks  göstərici adlanır.  Kompleks  göstərici keyfiyyəti təşkil edən  müəyyən 

qrup  xassələrin  adlanır.  Kompleks  göstərici  keyfiyəti  təşkil  edən  müəyyən  qrup 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə