MiRZƏLİyev zaur natiQ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə15/21
tarix02.01.2018
ölçüsü0,55 Mb.
#19109
1   ...   11   12   13   14   15   16   17   18   ...   21

48 

 

burada  



şl

 - şlixtləmə sürəti, m/dəq; 

 

             t   - maşının işləmə müddəti, dəq; 



 

             N - əriş saplarının xətti sıxlığı, teks; 

 

             K



f.v

- faydalı vaxt əmsalı; 

 

             a



x

 – xalis yapışqanlılıq, %. 

 

Faydalı vaxt əmsalı maşında boş dayanmaları nəzərə alan əmsaldır 



K

f.v.


=0,6-0,85. 

 

Şlixtləyici maşınlarda avtomat tənzimləyicilər 

 

 

Son  buraxılış  şlixtləyici  maşınlar  şlixtləmənin  yexnoloji  proseslərinin 



normal  həyata  keçirilməsini  təmin  edən  bir  sıra  avtomatlar  və  nəzarətedici 

cihazlarla techiz olunmuşdur. 

 

Şlixtin temperaturunu avtomatik tənzimləylən cihaz. Şlixt çənində şlixtin 

temperaturunu  tənzimləmək  üçün  maşınlarda  METPPİ  (Mərkəzi  Elmi  Tədqiqat 

Pambıq-parça  İnstitutu)  sistemi  ilə  hazırlanmış  istilik  tənzimləyicilər.  Temperatur 

tənzimləyiciləri  temperaturu  35-100

0

S  həddində 



1,5


0

S  dəqiqliklə  tənzimləyə 

bilir. 

Şlixt  çənində  şlixtin  səviyyəsini  avtomatik  tənzimləylən  qurğu.  RU-3 

(METPPİ  sistemi)  elektrik  səviyyə  tənzimləyicisi  özünə  ən  geniş  tətbiq  sahəsi 

tapmışdır.  Bu  tənzimləyicinin  elektrodları  çənin  içərisində  elə  vəziyyətdə 

yerləşdirilir  ki,  onların  çubuqlarının  ucları  şlixtin  səviyyəsi  hündürlüyündə  olsun; 

bu  zaman  elektrodların  birinin  ucu  o  birisindən  3  mm  aşağı  yerləşdirilir.  Şlixt 

çənində şlixtin səviyyəsi çubuqların uclarına çatdıqda, elektrodların zənciri qapanır 

və  reversiz  elektrik  mühərriki  şlixti  ötürən  kranı  açmaqla  şlixtin  yenidən  şlixt 

çəninə daxil olmasını təmin edir. 



 

ŞKV,  MŞB  tipli  sonuncu  buraxılış  şlixtləyici  maşınlarında  şlixtin 

səviyyəsinin  tənximlənməsi  RU-3  tənzimləyicisi  vasitəsilə  həyata  keçirilir. 

Səviyyə  tənzimləyicisi  ötürücüdən,  reledən  və  icra  mexanizmindən    ibarətdir. 

cihazın  üç  elektrodu  olur.    Aşağı  1  (şəkil  10.)  və  üst  3  elektridlar  mühitin 

səviyyəsini tənzimləyir və orta elektrod 2 isə ümumidir. Bunlar çəndəki dielektrik 




49 

 

materiallardan  olan  mühitin  səviyyəsini  tənzimləməyə  imkan  verir.  Elektrodların 



ucları  5  mm  məhlul  qatı  ilə  yüklənən  zaman  cihaz  işləməyə  başlayır,  başqa  sözlə 

şlixtin  normal  və  minimum  səviyyələri  arasındakı  fərq  5  mm  təşkil  edir.  əgər 

şlixtin  səviyyəsi  üst  elektrodun  3  ucundan  yuxarıdırsa,  şlixtin  çənə  ötürülməsi 

dayanır. əgər şlixtin səviyyəsi elktrodun 1 ucundan aşağı düşürsə,çənə şlixt verilir. 

 

Şək.10.Şlixtin səviyyəsini tənzimləyən qurğunun sxemi 



 

 

Quruducu  barabanlarda  buxarın  təzyiqini  avtomatik  tənzimləyən 



qurğu.  Maşından  çıxan  ərişin  nəmliyi  həmişə  sabit  saxlanılmalıdır.  Barabanlı 

quruducu  maşınalrda  barabanlardakı  buxarın  təzyiqinin  dəyişməsi  ilə  onların  işçi 

səthlərinin  temperaturu  dəyişir,  bunlar  isə  öz  növbəsində  şlixtlənən  ərişin 

nəmliyinin  və  qurudulma  dərəcəsinin  dəyişməsinə  gətirib  çıxarır.  Barabanlarda 

buxarın  təzyiqinin  müəyyən  olmuş  sabit  səviyyədə  saxlanması  üçün  avtomatik 

təzyiq  tənzimləyicilərindən  istifadə  edilir.    Çoxbarabanlı  şlixtləyici  maşınlarda 

barabanların  işçi  səthlərinin  temperaturu  zonalar  üzrə  DTV-018  temperatur 

ölçənləri  ilə  yoxlanılır.  Ölçülən  temperatur  diapazonu  30-150

0

S-dir.  Siqnal 



datçıklərdən temperatur tənzimləyicisinə daxil olur və sabit təzyiq tənzimləyıçısını 

işə salan siqnala çevrilir. 



 

Şlixtlənən ərişin nəmliyinin tənzimlənməsi. Şlixtlənən ərişin nəmliyi onun 

toxucu dəzgahında emalı zamanı  dağıdıcı təsirlərə tab  gətirən əsas göstəricilərdən 




50 

 

biridir.      Ərişin  nəmliyinin



 

kifayət  qədər  az  olması,  yaxud  həddindən  artiq  çox 

olması toxucu dəzgahlarında qırılmalarla müşahidə edilir. 

Ərişin  nəmliyi  maşının  işçi  vəziyyətində  xüsusi  cihazlarla  ölçülür,  bunların 

da  işi  ərişin  elektrikkeçiriciliyinin  dəyişməsinə  əsaslanırş  Hal-hazırda  şlixtlənən 

ərişin nəmliyi ERVO-2M elektron tənzimləyicisi və VK-1 nəmlikölməni vasitəsilə 

yoxlanılır  və  tənzimlənir.  ERVO-2M  tənzimləyicisi  yalnız  pambıq-parca  ipliyi  və 

kimyəvi  liflərdən  ştapel  ipliyi  üçün  tətbiq  edilir.  O,  göstərilən  iplik  növlərinin  6-

dan  12%-ə  qədər  nəmliyini  tənzimləyir.  VK-1  nəmlikölçəni  daha  universal 

sayılmaqla  kətan,  sintetik,  pambıq-parça  və  başqa  növ  əriş  saplarının  nəmliyini 

tənzimləmək  məqsədilə  tətbiq  edilir.  Bu  nəmlikölçənlə  nəmlik  0,3-14%  hədində 

ölçülür və tənzimlənir. 



Əlavə  avtomatik  cihazlar.  Şlixtləyici  maşınlarda  zonalar  üzrə  sapların 

gərilməsinə  nəzarət  məqsədilə  İRT-2M  cihazından  istifadə  edilir.  Maşınlarda  əriş 

ipliyində əmələ gələn dartımı ölçmək üçün UVU cihazından istifadə edilir. 

Navoydakı  əriş  saplarının  cəmi  uzunluğunu,  hissələrin  sayını  hesablamaq  və 

ölçü  mexanizminə  siqnalı  ötürmək  üçün  maşınlarda  proqramlaşdırılmış  əriş 

sayğacı quraşdırılır. 

 

Şlistləmənin ipliyin xassələrinə təsiri 

 

Şlixtləmənin  nəticəsində  ipliyin  (sapın)  fiziki-mexaniki  xassələri  nəzərə 

çarparaq  dərəcədə  dəyişir.  Yapışqanın  sayəsində  ipliyin  kütləsi  eləcə  də,  teks 

sistemində  onun  qalımlığı  artır.  Sapların  sürtünməyə  davamlığı  xeyli  yüksəlir. 

Ipliyin  dağılıma  möhkəmliyi  onun  liflərinin  biri-birinə  yapışması  hesabına  artır. 

Liflərin  yapışdırılması  hesabına  dartılma  zamanı  uzanması  azalır  ki,  bu  da 

şlixtləmədə  nöqsan  hal  kimi  qiymətləndirilir.  Adətən  şlixtləmədən  sonra  pambıq-

parça  ipliyinin  mphkəmliyi  18-25%,  kətan  12-15%,  yunun  20-25%,  süni  ipək 

saplarının  30-40%  artir.  Eyni  zamanda  pambıq-parça  ipliyinin  uzanması  25-35%, 

kətanın 4-10%, yunun 10-16% azalır. 

 

 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə