MiRZƏLİyev zaur natiQ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə21/21
tarix02.01.2018
ölçüsü0,55 Mb.
#19109
1   ...   13   14   15   16   17   18   19   20   21

67 

 

 



Parçanın  sortu  əksər  hallarda,  ancaq  xarici  görünüş  nöqsanlarına  görə  təyin 

edilir.  Parçanın  xarici  görünüşündə  qaba  nöqsanların  olması  yolverilməzdir.  Belə 

nöqsanlara  deşiklər,  əriş  üzrə  süzülmələr,  2  sm-dən    böyük  olan  ləkələr;  1  sm 

məsafədə əriş sapının çatışmaması və s. daxildir [5]. 

 

Parçaların  keyfiyyət  göstəricilərinin  namenklaturası  standarta  uyğun  olaraq 



müəyyən  edilir.  Dövlət  standartlarına  uyğun  olaraq  parçaların  bütün  göstəriciləri 

ümumi və əlavə göstəricilərə ayriyir. 

 

Bütün  parçalar  üçün  ümumi  göstəricilərə  xammalın  tərkibi,  ipliyin 



yoğunluğu,  parçanın  sıxlığı,  parçanın  eni  1m

2

-nin  çəkisi,  cırılma  yükü,  boyağın 



sabitliyi,  bədii  estetik  göstəriciləri  və  s.  daxildir.  Bu  göstəricilərin  hər  biri  üçün 

standart metodlarında istifadə edilir. 

 

Əlavə nomenklatura göstəricilərinə parçaların təyinatı ilə əlaqədar olan daha 



mühüm  göstəricilər  daxildir.  Bunlar  gigiyenik  xassələr  (hava  keçirmə,  su  çəkmə, 

suya  davamlılıq  və  s.),  uzun  ömürlülük  (yuyulmadan  sonra  qısalma,sürtünməyə 

qarşı  davamlılıq,  əzilməmək)  və  estetik  xassələr  (ağlıq,  perserizasiya  dərəcəsi, 

aparatlaşdırma səviyyəsi) və s. aid edilir. 

 

Parçaların  keyfiyyət  səviyyəsini  qiymətləndirərkən  yalnız  təsdiq  olunmuş 



normalara  uyğunduq  deyil,  habelə  parçaların  keyfiyyət  göstəricilərinin  ən  yaxşı 

dünya nümunələri ilə müqayisəsinə də fikir verilir. 

 

Toxuculuq  məmulatlarının  keyfiyyətinin  qiymətləndirilməsi  və  növlərinin 



təyini  zamanı  onların  xassələrini  və  xarici  görünüşü  pisləşdirən  xarici  qüsurlar 

nəzərə  alınır.  Bundan  başqa  məmulatın  rənginin  möhkəmliyində  olan 

çatışmamazlıq onun növünü aşağı salır. 

 

Parçanın növü ümumi cərimə balının(B



ü

) həddinə görə təyin edilir. Bu hədd 

xarici  qüsurların  olmasıbalı  (B

x.q.


)    və  fiziki-mexaniki  xassələrə  görə  nəzərdə 

tutulmuş normaya uyğunluq balının (B

f.m.

) cəmi ilə hesablanır: 



B

ü

=B



x.q.

+B

f.m.



 

 

Parçanın  xarici  görünüşünün  qüsurları  onun  istehsalında  olan  ayrı-ayrı 



mərhələlərdə  və  tamamlama  prosesinin  verdiyi  xarakterindən  asılı  olaraq  əmələ 

gəlir və mənşəyinə görə aşağıdakı qruplara bölünür [6]. 




68 

 

 



1.Xammalın  qüsuru.  Ayrı-ayrı  növ  xammallar  üçün  bu  qüsurlar  fərqli  olur. 

Pambıq  xammalında buna  misal  olaraq  xəstə və  yetişməyən  lifləri  göstərmək  olar 

ki,  bunlar  da  sonrakı  texnoloji  proseslərdə  (tamamlama  prosesində),  rənglənmədə 

çətinlik  törədir,  liflərdə  isə  çiyid  qabığıdır  ki,  bu  da  xam  parçanın  zibillənməsinə 

səbəb  olmaqla  onun  ağardılması  zamanı  tamamlama  əməliyyatının  daha  intensiv 

aparılmasını tələb edir. 

 

Yun  xammalının  qüsurları  isə  ölü  liflərdir  ki,  yaxşı  rənglənmədiyi  üçün 



parçalarda  ağ  ləkələr  əmələ  gətirir.  Kətan  xammalında  isə  bu  qüsurlara  bitki 

qrıntılarını aid edirlər. 

 

2.Sapların  və  ipliklərin  qüsurları.  Bu  qüsurlar  müqayisəcə  qısa  uzunluqda 



kəskin  qalınlaşma,yaxud  nazikləşmə  və  yaxud  böyük  uzunluqda  qalınlığına  görə 

qeyri-bərabərlikdir. Qalınlaşma və nazikləşmə kimi qüsuru olan ipliklərdən istehsal 

olunan  parçalarda  qalınlaşma  halında  yerli  qüsurlar,  böyük  uzunluqda  qalınlığına 

görə  qeyri-bərabərlik  qüsurları  olan  ipliklərdən  istehsal  olunan  parçalarda  isə 

zolaqların  əmələ  gəlməsinə  səbəb  olur.  Ipliklərin  istehsalı    zamanı  liflərin  pis 

daranması,  yaxud  onlara  tiftiyin  düşməsi  nəticəsində  əmələ  gələn  şişmələr,yaxud 

düyünlər istehsal olunan parçalarda şişlər olan hissələrin alınmasına gətiribçıxarır. 

Çox  burulmuş  arğac  sapları  parçada  burulmuş  ilmələr  yaradır.  Zəkələnmiş, 

çirklənmiş  saplar  parçalarda  böyük  ləkələr  əmələgətirir  ki,  hətta  tamamlama 

prosesindən sonra da qalır. 

 

3.Toxunmanın  qüsurları.  Ayrı-ayrı  lif  növlərindən  istehsal  olunan  bütün 



parçalar üçün bu qüsurlar əsasən eynidir. Bunlar hazırlıq söbəsinin maşınlarının və 

toxucu  dəzgahlarının  iş  prosesində  nasazlığına  görə,həmçinin  maşınlara  xidmət 

edən  işçilərin  öz  vəzifələrini  məşuliyyətsiz  yerinə  yetirmələrin  nəticəsində  əmələ 

gəlir. Toxunmada yaranan əsas qüsurlara aşagıdakılar aiddir. 

 

Ağarma-parça  istehsalında  əriş  sapların  qırılması  nəticəsində  əriş  sapı 



istiqamətində ağ xətlərin görünməsidir. Bu qüsurlar əsasən açıq naxışlı toxunmada 

nəzərə çarpır. 

 

Arğacın  çörülməsi-arğac  sapı  parçadan  çıxdıgına  görə  böyük,  yaxud  kiçik 



haddə qalınlaşma yaranır. 


69 

 

 



Deşiklər  və  kəsiklər-alətlərdən  istifadə  zamanı  məsuliyyətsizlik  nəticəsində 

əmələ gəlir. 

 

Çirkli yaxud yağlı saplar-dəzgahda sapların çirklənməsi nəticəsində və çirkli 



düyünləmə zamanı olur. 

 

Toxunan 



naxışın 

pozulması-toxucu 

dəzgahının 

remizini 

qaldıran 

mexanizmin sıradan çıxması nəticəsində toxunma  naxışlarının əyilməsidir. 

 

Parçanın  ərişinə  görə  zolaqlar  -  əriş  üçün  ayrı-  ayrı  partiyalardan  sapların 



istifadəsi  zamanı,habelə  bir  partiyadan  olan  saplar  qalınlığına,  burulmasına  və  s. 

xassələrinə görə qeyri-bərabər olan halda əmələ gəlir. 

 

4.Tamamlama    prosesinin  qüsuralrı.  Bu  qüsurlara  aid  olanlar  çoxsaylı  və 



çoxşaxəlidir.  Onlardan  bir  neçəsi  ayrı-ayrı  parçalar  üçün  eynidir.  Tamamlama 

prosesinin tez-tez rast gəlinən  qüsurlarına aşağıdakılar aiddir: 

 

Ütülənmənin qüsurları-tam ütülənməyən və qırışlı hissələrdir. 



 

Yanmış hissələr-parçanın möhkəmliyini azaldan sarı ləkələrdir 

 

Ağardılmanın 



qüsuru-pambıq, 

kətan 


və 

ipək 


parçalarında 

tam 


qaynadılmayan 

hissələri, 

qaynadılma 

məhlulunun 

tərkibinin 

düzgün 


hazırlanmamasını,  yaxud  onun  tam  dörd  etməməsini  göstərmək  olar.  Bunların 

nəticəsində  parçalarda  əmələ  qələn  qüsurlu  hissələr  sonrakı  prosesdə  yaxşı 

rənglənmir. 

 

Əhəng ləkəsi-məmulatlarda emaldan sonra qayda üzrə düzgün yuyulmaması 



nəticəsində sarı ləkələrin olmasıdır. 

 

Hamar rənglənməmənin qüsuru- məmulatların rənglənməsindən əvvəl qeyri-



bərabər  qaynadılmışı,  avadanlığın  nasazlığı  və  ona  xidmət  edən  işçilərin 

məsuliyyətsizliyi nəticəsində ortaya cıxır. 

 

Bərabər  rənglənməmə-məmulatların  bütün  səthi  boyunca  açıq  və  tutqun 



zolaqların və ləkələrin olmasıdır. 

 

Eni  boyunca  fərqli  rənglər-məmulatın  atğac  sapının  qalınlığının  qeyri-



bərabər  olduğu  üçün  onun  eni  üzrə  böyük  uzunluqda  açıq  və  tutqun  zolaqların 

olmasıdır. 




70 

 

 



Məmulatın  xarici  görünüşünə  görə  qüsurlar  yerlı  və  yayılmış  qüsurlara 

bölünür.  Yerli  qüsurlara  parçanın  konkret  hissələrində  yerləşən  qüsurlar  aiddir. 

Məsələn,  ləkələr,  rənglənməyən  hissələr,  ilmələnmə  və  s.  yayılmış  qüsurlara  isə 

məmulatın  bütün  hissəsində  olan  qüsurlar  aiddir:  məsələn,  ərişə  görə  zolaqlar 

arğacın zibillənməsi, qeyri-bərabər rənglənmə və s. bu qüsurlar həmin  məmulatlar 

üçün  həddindən  asılı  olaraqhec  biri  ayrı-ayrı  cərimə  balı  ilə  qiymətləndirilir. 

Məsələn, eyni qüsur (yağ ləkəsi) donluq üçün pambıq parçada hər bir santimetri üç 

cərimə  balı  ilə,  pambıq  lifindən  istehsal  olunmuş  yataq  ağları  üçün  isə  ancaq  iki 

balla  qiymətləndirilir.  Bununla  əlaqədar  olaraq  bütün  pambıq  lifindən  istehsal 

olunmuş  parçaların  çeşidləri  dörd  qrupa  bölünür.  Yun  lifindən  istehsal  olunmuş 

parçalar  isə  qruplara  bölünmür.  Dövlət  standartlarında  hər  bir  qrup  parçalar  üçün 

ayrı-ayrı yerli qüsurlara görə cərimə ballarının hədləri verilmişdir. 

 

Dövlət  standartlarında  minimal  normadan  kənaraçıxma  parçanın  eninə  əriş 



və arğac saplarına  görə  xətti sıxlığına,  qırılma  yükünə, cırılma zamanı  uzanmaya, 

1m

2



  parçanın  çəkisinə  və  s.  göstəricilərə  görə  normalaşdırılır.  Bunlardan  başqa 

pambıq  lifindən  istehsal  olunmuş  parçalar  üçün  yuyulmadan  sonrakı  qısalmanın 

faizi, yun lifindən istehsal olunmuş parçalarda piy tərkibinin  faizi bitki və kimyəvi 

liflərdən istehsal olunmuş parçalar üçün isə islanmadan sonrakı qısalmanın faizi və 

s. ilə normalaşdırılır [6]. 

 

Əsas  kimi  nəzərə  alınan  bu  göstəricilərə  görə  ayrı-ayrı  parçalar  üçün 



kənaraçıxma bir-birindən fərqli olaraq qiymətləndirilir. Pambıq və kətan liflərindən 

istehsal  olunmuş  parçalar  üçün  minimal  norma  11  balla  qiymətləndirilir.  Yun 

liflərində  istehsal olunmuş parçalar  üçün  minimal  normadan  kənaraçıxma  nəzərdə 

tutulmuş  standartlardan  0,5  kənaraçıxma  ölçüsündən  çox  olmazsa  və  50x100  mm 

ölçüsündə  hissənin  qırılma  yükü  12  kq/q-dan  çoxdursa,  onda  16  cərimə  balı  ilə 

qiymətləndirilir.  Qırılma  yükü  12  kq/q-dan  az  olan  parçalar  üçün  göstərilən 

normadan  kənaraçıxma  nəzərdə  tutulmur.  İpək  parçalara  gəldikdə  isə  normadan 

kənara  çıxma  standartda  nəzərdə  tutulan  intervalda  olarsa,  onda  onlar  8-dən  31-ə 

gədər  cərimə  balları  ilə  qiymətləndirilir.  Standartda  nəzərdə  tutulan  normadan 



71 

 

maksimal  kənaraçıxma  yüksək  olarsa,  bu  zaman  həmin  parçalar  çıxdaş  hesab 



olunur. 

 

İxtiyarı  növ  parçalarda  bir  neçə  fiziki-mexaniki  xassələrinə  görə  standart 



normalardan  kənaraçıxma  olarsa  onda  ancaq  bir  kənaraçıxma  nəzərə  alınır  ki,  bu 

da maksımal balla qiymətləndirilir. 

 

Müxtəlif  növ  liflərdən  istehsal  olunmuş  parçalar  üçün  cərimə  balının  həddi 



cədvəl 3-də göstərilmişdir [6].   

 

 



 

 

 



 

 

Cədvəl 3. 



Parcalar 

Növlərə görə parçalar üçün ümumi cərimə balları 

II 


III 

Pambıq 


10 

30 


Kətan 


10 

40 


Yun 


12 

36 


İpək 


10 

20 


40 

      


 

 

Rəngin möhkəmlıyınə görə pambıq, yun və ipək liflərindən istehsal olunmuş 



parçalar standarta görə üç qrupa (adi, möhkəm və xüsusi möhkəm), kətan liflərdən 

istehsal olunmuş parçalar isə iki qrupa (möhkəm və xüsusi möhkəm) bölünür.  

 

Rəngin  möhkəmliyinə  görə  uyğunluq  norması  standartlarda  fiziki-mexaniki 



təsirlərə görə ayrı-ayrı parçalar üçün fərqli qiymətləndirilir.  

 

Pambıq  və  kətan  liflərindən  istehsal  olunmuş  parçalar  rəngin  möhkəmlik  



normasının  heç olmazsa bir  göstəricisinə  görə uyğun olmadığı  halda, rəngin aşağı 

möhkəmlik  quruluşuna  keçirilir.  Yun  liflərindən  istehsal  olunmuş  parçalarda 

rənglərin  möhkəmliyinə  görə  standart  norma  göstəricilərindən  bir,  yaxud  iki 

göstəriciyəm körə 1 bal kənaraçıxma olduğu zaman onlar II növbə qiymətləndirilir. 

Bu  zaman  rənglərin  ixtiyarı  təsirlərə    görə  qiymətləndirilməsi  3  baldan  az 

olmamalıdır. 

 

Rənglərin möhkəmliyinin normasının qarantiyası olmalı və parçaların təhvil 



və təslimi zamanı onun yoxlanması vacib deyildir.  

 

 

 

 


72 

 

NƏTİCƏ VƏ TƏKLİFLƏR 

 

Buraxılış  işinin    mövzusu  üzrə  araşdırmalardan  sonra  bu  nəticələrə  çatdım 



ki;  

1)  yüksək  keyfiyyətli  məhsul  istehsalı  üçün  məhsuldar  qüvvələrin  səmərəli 

inkişaf səviyyəsini artırmaq lazımdır.  

2)  kombinatda  istifadə  edilən  maşın  və  avadanlıqlar  müasir  dövrün 

tələblərinə tam cavab verməlidir.  

3)  texnoloji  proseslərin  yerinə  yetrilməsinə  nəzarət  diaqinostika  üsülları  və 

kompüter texnikasının tətbiqi ilə həyata keçirilməlidir.  

4)  toxuculuq  mallarının  keyfiyyətinə  nəzarət  edən  laboratoriyalarda  istifadə 

edilən ölçmə vasitələri və tətbiq edilən standartlar daha da təkmilləşdirilməlidir. 

5)  istifadə  edilən  standartlar  İSO  nun  tələblərinə  uyğun  yaradılmalı,  ölçü 

cihazlarının dəqiqlik sinifləri artırılmalıdır.  

6)  bütün  istehsal  prosesində  keyfiyyətə  nəzarət  edilməli,  qüsurların 

əmələqəlmə səbəbləri araşdırmalı vəmüvafiq tədbirlər görülməlidir.  

7) parca  və trikotajin  növləri  və təsnifatının şərhi  və onun  yaxşılaşdırılması 

yolları  araşdırılmışdır.  Parca  və  trikotajin  sınaq  üsulları  və  xassələrinin  yeni  üsül 

izohi barədə yeni fikirlər alınmışdır. Müasir ədəbiyyatlardan istifadə edilmişdir.  

            

  

      



 

     

    

  

 

 

 

 




73 

 

Ə D Ə B İ Y Y A T 

 

1.Məmmədov  N.R.  Standartlarşdırmanın  əsasları.  Dərs  vəsaiti:-Bakı: 



Çaşıoğlu, 2002-388s. 

2.Vəliməmmədov  C.M.,  Həsənov  Ə.P.  İstehlak  mallarının  ekspertizasının 

nəzəri əsasları. Dərs vəsaiti. Bakı. İqtisad universiteti. 2003-443s. 

3.Швандaр  В.А.,  Попов  В.П.,  Купряков  Е.М.  и  др.  Стандартизация  и 

управление качеством продукции: Учебник для вузов.-М: Юнита-Дана, 1999-

487 с. 


4.Əkbərov  R.S.  Toxuculuq  istehsalatının  əsasları.  Dərs  vəsaiti.  –  Bakı: 

iqtisad universiteti, 2003-213s. 

5.Paşayev B.S. Parca və geyim məmulatlarının bədii layihələndirilməsi. Dərs 

vəsaiti: Bakı: Təhsil NPM, 2004-352s. 

6.Тюсвцев    Н.И  и  др.  Технология  и  оборудование  текстильного 

производства – М.: легкая индустрия, 1975г. 

7.Гуськова  Н.А.,  Юцковский  И.М.  Новая  редакция  Устава  и  правил 

поцедуры МЭК стандарты и качество. – 2002.-№3.         

 

       


 

  

 



 

 

 



 

 

 



 

 

 



 


74 

 

MÜNDƏRİCAT 

 

Giriş...............................................................................................................4 



1.Malın keyfiyyəti haqqında anlayış.............................................................7 

2. Malın keyfiyyətinə verilən tələblər...........................................................11 

3.Malın keyfiyyətinə təsir edən amillər və şərait..........................................17 

4.Toxuculuq istehsalatı.................................................................................22 

5.Sapların toxuculuqda hazırlanması. Əriş saplarının təkrar sarınması........26 

6.Sapkeçirmə və ucdüyünləmə......................................................................51 

7. Arğac saplarının toxuculuya hazırlanması................................................53 

8.Parçanın gurluşu  və analizi........................................................................58 

9.Parça istehsal prosesində yol verilən nöqsanlar və onların  

    aradan qaldırılması üsulları.......................................................................65 

Nəticə və təkliflər..........................................................................................71 

Ədəbiyyat......................................................................................................72 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


75 

 

 



АЗЯРБАЙЖАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ  

АЗЯРБАЙЖАН ДЮВЛЯТ ИГТИСАД УНИВЕРСИТЕТИ 

 

       Ихтисас:    



050647“Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi”

 

 



       Груп:      __

318


__________________________________________________________ 

 

 



Б У Р А Х Ы Л Ы Ш    И Ш И                               

 

       МЮВЗУ:



  

“Respublikada istehlak bazarına daxil olan toxuculuq mallarının 

                                       keyfiyyətinə təsir edən amillərin təhlili”

____________                                  

 

 

     



Тялябя:   _Z.N.Mirzəliyev_________________________________________ 

 

     Рящбяр:  dos.Z.Y.ASLANOV             _______________________________ 



 

    Кафедра мцдири: dos.Z.Y.ASLANOV

 

 



 

 

 



Б А К Ы  –  201 

 



76 

 

АЗЯРБАЙЖАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ АЗЯРБАЙЖАН 



ДЮВЛЯТ ИГТИСАД УНИВЕРСИТЕТИ 

 

         Факцлтя   



”Əmtəəşünaslıq”

 

      Кафедра 



_”Standartlaşdırma və sertifikasiya

__ 


 

  

       Ихтисас 



050647“Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi”

 

 



 

                               

 

 

 



 

 

 



Тясдиг едирям: 

                                                                                      

       Кафедра мцдири 

                                                              

                        

            «____» _________________ 201 __ 

 

БУРАХЫЛЫШ   ИШИ   ЦЗРЯ 



Т  А  П  Ш  Ы  Р  Ы  Г

 

     Гр.№ ___318____________



Mirzəliyev Zaur Natiq oğlu                 

_________________ 

(фамилийасы, ады, атасынын ады) 

        Мювзунун ады 

“Respublikada istehlak bazarına daxil olan toxuculuq mallarının keyfiyyətinə 

                                                          təsir edən amillərin təhlili”

_                                             __

 

 



 

   


 

   2. Мювзу цзря тапшырыг  

Mövzuya aid materialların və ədəbiyyatın toplanması          ___

 

   ___________________________________________________________________________ 



   ___________________________________________________________________________ 

 3. Щесабат – изащат йазысынын мязмуну  (ишляняжяк  суалларын сийащысы)   

    

1. Malın keyfiyyəti haqqında anlayış. 2. Malın keyfiyyətinə verilən tələblər. 3.Malın  



    keyfiyyətinə təsir edən amillər və şərait. 4.Toxuculuq istehsalatı. 5.Sapların toxuculuqda 

    hazırlanması. Əriş saplarının təkrar sarınması. 6.Sapkeçirmə və ucdüyünləmə. 7. Arğac 

    saplarının toxuculuya hazırlanması. 8.Parçanın gurluşu  və analizi. 9.Parça istehsal  

    prosesində yol verilən nöqsanlar və onların aradan qaldırılması üsulları

______________ 

 

  4. Графики материаллар____________



3 cədvəl və 17 şəkil                

____________________  

  5. Тапшырыьын верилмя тарихи  ____________________________________________________  

  6. Ишин верилмя мцддяти ________________________________________________________ 

                                           

 

 



 

  

                                  ТЯЛЯБЯ 



_______________________________________________________ 

                                                                                                

     (имза) 

            

                                 РЯЩБЯР _________________________________________

 

 



                                             (имза) 

      


 

 

 



 

 

 



 

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə