54
Daraq parçanın eni boyunca əriş saplarının yerləşməsini tənzim etməklə əriş
üzrə 1 dm-də lazım olan saplar sayını təmin edir (şəkil 11, v.). daraq paralel
yerləşdirilmiş yastı metal lövhələrdən (9) yığılır. Daraq arğac saplarının parça
başlığına vurulmasını həyata keçirir. O eyni zamanda əsnək içərisində məkliyin
istiqamətləndiricisi rolunu oynayır.
Sapkeçirmə üç üsulla həyata keçırılır: əl ilə, yarımmexaniki və mexaniki.
Əl ilə sapkeçirmə biri-birilə üzbə-üz dayanan iki fəhlə (sap verən və
sapkeçırən) tərəfindən yerinə yetirilir. Belə sapkeçirmə ilə məhsuldarlıq 1000-1500
sap/saat təşkil edir.
Yarımmexaniki sapkeçirmə ilə əmək məhsuldarlığı artırılır. Belə ki,
sapverənin işi avtomatlaşdırılır.
Mexaniki sapkeçirmə maşın ilə yerinə yetirilir. Bu zaman sapın keçirilməsi
qanunauyğunluğu proqramlaşdırılır. Belə sapkeçirmə ilə məhsuldarlıq 5000
sap/saat təşkil edir.
7.ARĞAC SAPLARININ TOXUCULUĞA
HAZIRLANMASI
Arğac sapları toxucu fabriklərinə müxtəlif bağlama formalarında daxil olur.
Arğac sapları əksər hallarda qıçalarda və babinlərdə yerləşdirilir. Məkikli toxucu
dəzgahlarını arğac sapları ilə qıdalandırmaq üçün baölama forması kimi qıçalardan
istifadə olunur. Məkikli dəzgahlarda qıçanı məkikdə yerləşdirirlər. Məkiyin
hərəkəti zamanı sap açılaraq əsnəkdə yerləşdirilir. Babinlər isə məkiksiz
dəzgahlarda istifadə edilir. Dəzgahların babinlə qidalandırılması zamanı arğac
babindən açılaraq mikroməkiklər, xüsusi tutucular, rapirlər, yaxud digər vasitələrlə
əsnəkdə yerləşdirilir.
Əgər toxucu fabriklərinə qəbul olunan arğac saplarının yerləşdiyi bağlama
forması burada işləyən toxucu dəzgahlarının qəbulu etdiyi bağlama formasına
uyğun deyilsə, bu zaman həmin saplar uyğun bağlama formasına təkrar sarınır.
Arğac saplarını arğac sarrıyıcı avtomatlarda təkrar sarıyırlar. Əgər arğac
sapları dəzgaha babinlərdə verilməlidirsə, bu zaman əriş sapları üçün tətbiq olunan
55
təkrar sarımça maşınlarında arğac babinlərini hazırlayırlar. Əğər arğac sapları
dəzgaha qıçalarda verilməlidirsə, onda arğac-sarıyıcı avtomatlarda onları təkrara
qıçalara sarıyırlar.
Məkikli dəzgahlar üçün arğac saplarının təkrar sarınması zamanı onların
xassələri yüksəldilir. O zibillərdən təvizlənir, qismən əyirmə qüsurlarından ayrılır
və nəticədə arğac saplarında baş verən qırılmaların azaldılması hesabına toxucu
dəzgahlarının məhsuldarlığının artırılmasına şərait yaradır. Bundan başqa arğac
saplarının təkrar sarınması zamanı sarınmanın xüsusi sıxlığı artırılır ki, bu da
bağlamaya daha cox sapın sarınmasına şəpait yaradır.
Əksər hallarda arğac saplarını ağac şpullara və daha çox kağız patronlara
təkrar sarıyırlar.
Pambıq parça istehsalatlarında çoxsaylı arğacsarıyıcı avtomatlardan istifadə
edilir. Bunlara misal olaraq keçmiş ittifaqda hazırlanan UA-300-3, UA-300-4, UA-
300-3M, ATP-290 və s. çexosiovakiyanin “Xakoba”, Almaniyyanın “Sever” və
“Şlyafqorst”, İngiltərənin “Lissan və “Savio” firmalarının və s. hazırladıqları
avtomatları göstərmək olar. Bütün arğac-sarıyıcı avtomatlarda işlənmiş
bağlamaların dəyişdirilməsi, yeni bağlamaların və ilk sarımanın qoyulması
əməliyyatları avtomatik həyata keçirilir.
Əl ilə yalnız maqazinin, yaxud bunkerin boş şpullarla doldurulması, qırılan
sapın bərpası və işlənmiş babinlərin dəyişdirilməsi əməliyyatları yerinə yetirilir.
UA-300-4 arğac-sarıyıcı avtomatı
Arğac sapları apğac sarıyıcı avtomatlarda təkrar sarınır. Toxucu
fabriklərində ən geniş olunan UA-300-4 tipli apğac -sarıyıcı avtomatlara saplar
adətən çarpaz sarınmış babinlərdə daxil olur. Arğac sapı babindən 1 (şəkil 12)
açılaraq balonsöndürən prəkdən 2 keçid dartıcı cihazın disklərinin 3 üzərilə
əvvəlcə istiqamətləndirici rolikə 4, buradan isə əyilərək özüsaxlayan qarmağın
farfor gözlüyündən 5, və sapgəzdiricinin gğzlüyündən 8 keçərək şpula 10 sarınır.
56
Şpul fırlanan şpindellə 11 aparıcı şpindel 9 arasında yayala sıxılmış vəziyyətdə
yerləşdirilir.
Fırlanan val 7 üzərində yerləşdirilən yumruq mexanizmi 6 vasitəsilə
sapgəzdiriciyə 8 irəli-geri hərəkəti verir. Bundan başqa sapgəzdirici öpula paralel
olaraq onun oturacağından uc hissəsinə qədər aramla yerdəyisir. Sarınıb qurtarmiş
şpul sıxaclardan avtomatik azad olaraq yeşiyə düsür, onun yerinə isə sarıyıcı
başlığın maqazinindən boş şpul ötürülür. Şpulların dəyişilməsi zamanı sapdəzdirici
ilkin vəziyyətinə qayıdır. Yeşiyə atılan sarının qurtarmış şpuldan sapgəzdiriciyə
gedən sap boş şpulun gövdəsinə bənd edilir və kəsilir. Bundan sonra sarıyıcı başlıq
isə salınır. Bütün göstərilən əməliyyatlar avtomatik yerunə yetirilməklə təqribən 7
san. ərzində başa çatır. Növbəti şpula sapın sarınması onun gövdəsində ehtiyat
sarğı əmələ gəldikdən sonra başlanır.
Şək.12.Arğac sarıyıcı avtomatın texnoloji sxemi
Eytiyat sarğının uzunluğunu 2,5-dən 9 m-ə qədər tənzimləmək olar.
Bu avtomatlarda məkikli toxucu dəzgahlar üçün saplar uzunluğu 160-dan
240 mm-ə qədər olan arğac şpullarına sarınır. Sonuncu buraxılış avtomatlarda
bunkerlər olur ki, onlardan bo. Şpullar avtomatik olaraq başlığın maqazinə daxil
olur. Şpulların fırlanma tezliyi 6000-12000m dəq
-1
-dir. Təkrar sarıma sürəti (300-
dən 500 m/dəq-ə qədər) təkraar sarınan sapların növündən və onların xətti
sıxlığından asılı olur.