45
Şək. 7. Şlixtləyici maşınların yapışqan aparatının sxemi
Şlixt vannası 5 paslanmayan poladdan hazırlanır. Onun divarları ikiqat olur.
İstilik itkisinin qarşısını almaq məqsədilə divarların arası mayə qliserin ilə
doldurulur. Vannadakı şlixt məhlulunun qızdırılması vannanın dərinliyi üzrə
divarları arasına isti buxar verməklə həyata keçirilir. Maşının işə hazırlanması
zamanı şlixt məhlulun sürətlə qızdırılması məqsədilə isti buxar, buxar ötürücü boru
ilə vannanın içərisindəki qivrim formalı boruya 11 verilir.
Şlixt vannası verilmiş temperaturu (90
0
S-dək) və şlixtin səviyyəsini sabit
saxlamaq üçün avtomat tənzimləyici aparatla təchiz olunmuşdur.
Əriş sapları sıxıcı cütlər arasında sıxıldıqdan sonra quruducu qurğuya daxil
olur.
Barabanlı şlixtləyici maşınlar. Hal-hazırda toxuculuq istehsalatları işçi eni
1400 və 1800 mm olan 9 və 11 barabanlı şlixtləyici maşınlarla techiz olunmuşdur
ki, bunlarn əsas pamçıq, kətan və onların kimyəvi liflərdən, ştapel ipliyindən,
habelə süni liflərdən hazırlanmış kompleks sapların qarışığından olan əriş
saplarının şlixtlənməsi zamanı tətbiq olunurlar. Şəkil 8-də MŞB tipli çoxbarabanlı
şlixtləyici maşınların quruducu kamerasının sxemi göstərilmişdir. Əriş sapları 1
sıxcı vallardan sonra quruducu kameraya djğru yönəldilir və birinci quruducu
barabana 2 verilir. Bütün barabanlar şahmat qaydası ilə yerləşdirilir. Əriş sapları
quruducu barabanların isti silindrik səthləri üzrə hərəkət etdikcə sürətlə qurudulur.
Qurutmanın yaxşılaşdırılması və sürətləndirilməsi üçün quruducu barabanlardan
ayrılan nəm havanın kənar edilməsi üçün maşında xüsusi ürtuk 3 quraşdırılmışdır.
46
Şlixt aparatında isti şlixtdən ayrılan nəm havanın kənar edilməsi üçün şüşə örtüklü
zontik 4 yerləşdırılır. Nəm hava örtüyün altından zontikin kanalı ilə sorulub
çıxarılır. Bu məqsədlə maşında xüsusi sorucu ventilyatorlardan istifadə olunur.
Şək.8.MŞB maşınının quruducu kamerasının sxemi
Kameralı şlixtləyici maşınlar. Bu maşınların quruluşu quruducu hissəsi
istisna olmaqla barabanlı şlixtləyici maşınlara bənzəyir. Şəkil 9-da ŞKV tipli
yüksək sürətli şlixtləyici maşının quruducu kamerasının sxemi göstərilmişdir.
Ş,lixtlənmiş və sıxılmış əriş sapları 1 kamerada 2 ardicil surətdə alt 3 və üst (kələ -
kötürlü) 4 və hamar 5 valiklərdən əyirməklə hərəkət edirlər. Şriş kameranın yarıq
hissəsindən 6 çıxaraq, istiqamətləndirici valikin 7 üzərindən əyilməklə maşının ön
hissəsinə daxil olur. Təmiz və işlənmiş hava qarışığı hərəkəti elektrik
mühərrikindən alan ventilyator 8 vasitəsilə sorulalaq filtdən 9 və koloferdən 10 80-
120
0
S temperaturadək qızdırılaraq kameraya doğru yünəldilir. Qizdirılmış hava
boru 11 vasitəsilə şaquli ötürücülərə 12, oradan isə saplo ilə əriş saplarına təsir
edir. Kameradaki işlənmiş nəm hava sorucu ventliyator vasitəsilə onun yuxarı
hissəsindəki çıxış borusundan xaric edilir.
Əriş saplarının xətti sıxlığından və sayından asılı olaraq kameranın
yüklənmə sxemini dəyişmək olur. Bunun üçün kamerada ərişin uzunluğunu hamar
roliklərin 5 sayını artırıb-azaltmaqla dəyişirlər. Kameranın buxarlandırma
qabiliyyəti 1 saat ərzində 250-300 kq nəmliyə bərabərdir. Ş,lixtləmə sürəti ŞKV-
140 maşınlarında 20-dən 100m/dəq-ə qədər, ŞKV-180 və ŞKV-230 maşınlarında
isə 16-dan 80m/dəq-ə qədərdir.
47
Şək.9.ŞKV maşının quruducu kamerasının sxemi
Kameralı şlixtləyici maşınlar yun, kətan və rəngli pambıq-parçadan olan əriş
saplarının şlixtlənməsi zamanı tətbiq edilir.
Maşının şlixtləmə sürəti və məhsuldarlığı. Şlixtləmə sürəti şlixtlənən
sapların növündən, xətti sıxlığından, ərişdəki saplarının sayından, ərişin enindən,
sıxılma dərəcəsindən və ən əsası maşının quruducu aparatının buxarlandırma
qabiliyyətindən asılı olur.
Şlixtləmə sürəti buxarın xüsusi sərfinə, əriş saplarının şlixti hopdurma
keyfiyyətinə və maşının məhsuldarlığına təsir edir. Şlixtləmə sürəti, m/dəq-ilə
,
60
10
6
b
sl
K
T
N
Q
burada
Q
- şlixtləyici maşının quruducu aparatının nəmliyi buxarlandırma
gücü, kq/saat;
N- ərişdəki sapların sayı;
T- əriş saplarının xətti sıxlığı, teks;
K
b
- ərişin kütləsinə nəzərən buxarlanan nəmliyi xarakterizə edən
əmsaldır (0,9-1,4).
Şlixtləyici maşınların məhsuldarlığı şlixtlənən ipliyin kiloqramla miqdarı,
şlixtlənən partiyaların sayı və müəyyən vaxt intervalında işlənən navoyların sayı
ilə ifadə oluna bilər.
Maşınların faktiki məhsuldatlığı, kq/saat ilə
şl
t TNK
f.v
(1+a
x
/100)10
-6
,