Milli-Tehlukesizlik üz cdr


Nanotexnologiyanın tətbiq sahələri



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə21/88
tarix07.06.2022
ölçüsü3 Mb.
#88981
1   ...   17   18   19   20   21   22   23   24   ...   88
meqalem tecavuzkar separatizm pdf

Nanotexnologiyanın tətbiq sahələri: 
Alüminium və çirkonium nanohissəciyindən ibarət kompozit material bir dalğa uzunluqlu 
işığı buraxdığı halda, digər dalğa uzunluqlu işığı buraxmır (Şək. 1) [3]. 
Şək. 1.
Al və Zr nanohissəciyindən ibarət kompozit 
Digər tərəfdən belə kompozit işığı səpələmə, yaxud udma qabiliyyətinə də malik olur. Belə 
materiallar hərbi və sualtı qayıqları düşmən tərəfin radarlarından qoruya bilər. Həmçinin xüsusi 
material olub səs dalğalarının istiqamətini dəyişir. Kompozit əsasında nanoboyalar həm istiliyə 
davamlı olur, həm də işıq şüalarını səpələyir, əgər hərbi təyyarələr onlarla rənglənərsə onlar 
görünməz olar. Ümumiyyətlə, nanoboyalar vasitəsilə digər hərbi texnikaları, körpüləri və digər 
tikililəri də rəngləmək olar. Nanoboyaların üstünlüyü ondan ibarətdir ki, solmur, möhkəm olur, öz-
özünü təmizləyir, uzunömürlüdür. Nanoboyaların daha bir üstünlüyü boyaların möhkəm 
yapışmaları (ona görə də 10-25 il ömrü olur), unikal xassə olan “nəfəsalmaları”dır ki, su boyada tez 


Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences
№3 (4)/2018 
TEXNİKİ ELMLƏR TECHNICAL SCIENCES
 
18
diffuziya olunur, ona görə boya ləkəsiz və həmişə təzə kimi görünür. Havanın temperaturu boyanın 
rənginə də təsir edir. Ona görə də temperaturdan asılı olaraq fasadın rəngi də dəyişir. Belə 
boyalardan istifadə edən zaman boyaya xeyli, demək olar ki, 3 dəfə qənaət olunur. Nanoboya özünü 
xarici təsirlərdən də qoruyur, yəni özü-özünü müalicə edir. Nanoboyaya gümüş nanohissəciyi 
qatanda (tm bd-bio) antimikrob xassəsi verir. Həm də nanoboyalar ekoloji təmiz olur. Nanoboyalar 
unikal sıxlığa malikdir, belə ki, onların çəkildikləri səth ideal hamar olur. Həmçinin belə boyalar 
temperatura davamlıdır, yanğın olduqda öz-özünü söndürür. İstiliyin təsiri ilə boya üzərində təbəqə 
yaranır, növbəti qızma nəticəsində təbəqə şişir, yanğına lazım olan oksigenin qarşısını alır, yəni 
yanğın baş vermir.
Nanoboyaların metal, ağac, beton və s. səthlərlə adgeziyası da əla olur. 
Ümumiyyətlə, hər bir metal nanohissəciyi, ancaq müəyyən bir funksiyanı yerinə yetirir.
Məsələn, alüminium nanoporoşokunu raket yanacağına qatdıqda müəyyən olunmuşdur ki, 
yanmanın sürəti 160 dəfə artır (Şək. 2) [4]. 
Şək. 2.
Alüminium (Al) nanoporoşok raket yanacağında 
Gümüş (Ağ) nanohissəciyi də antibakterial və antibakterisid xassəsinə malik olduğundan 
ondan suyun tərkibindəki zərərli maddələri təmizləmək üçün antioksidant kimi istifadə edilir. 
Amerikan mühəndisləri tərəfindən deşiklərinin ölçüsü 55 nm olan menbran düzəldilmişdir ki, bu da 
suyun bakteriyalardan təmizlənməsində geniş istifadə olunur. Su molekulunun ölçüsü 0,1 nm, 
bakteriyaların ölçüsü isə, 60 nm-dən böyük olduğundan membran su molekulunu buraxır, lakin 
bakteriyanı buraxmır.
Karbon nanoboruları müasir zamanda özlərini nanoelektronikanın əsas materialı kimi 
göstərmişdir (Şək. 3) [5]. 
Şək. 3.
Karbon nanoboruları (KNB) 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə