Milli-Tehlukesizlik üz cdr


Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə22/88
tarix07.06.2022
ölçüsü3 Mb.
#88981
1   ...   18   19   20   21   22   23   24   25   ...   88
meqalem tecavuzkar separatizm pdf

Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences
№3 (4)/2018 
TEXNİKİ ELMLƏR TECHNICAL SCIENCES
 
19
Müəyyən olunmuşdur ki, polimer maddələrə KNB əlavə etdikdə materialın bərkliyi, 
möhkəmliyi, eləcə də Yunq modulu artır. Qatılan KNB-nin miqdarı 1% olarsa, polivinil spirtinin və 
poli 9-vinil karbazolun Yunq modulu və möhkəmliyi uyğun olaraq 1,8 və 1,6 dəfə artır. Əgər KNB-
nin miqdarı 8% olarsa, onda artım 2,8 və 2,0 dəfə olar. Polistirola 1% KNB qatdıqda elastiklik 
modulu 36-42% artar. Çoxlaylı karbon boruları (ÇKNB) da demək olar ki, eyni effekti verir. 
Burada, möhkəmlikdən başqa, istilikkeçirmə və digər termodinamik xassələr də dəyişir. 
Polipropilenə 1% ÇKNB əlavə etdikdə polimerin istilikkeçiriciliyi artır və yanma qabiliyyəti aşağı 
düşür. Poliamid-6 plastmasına 5% ÇKNB əlavə etdikdə plastmasın istiliyə davamlılığı artır. 
Karbon nanoboruları karkas quruluşlu olub karbonun yeni allotrop formasıdır. Onların içərisi 
boş olduğundan ora fulleren (C
60
) daxil etmək olar. Nanotexnologiyada daxiletmə əməliyyatı 
interkalyasiya adlanır. Belə nanoboruların elektrik xassələri içi boş olan nanoboruların elektrik 
xassələrindən fərqlənir. Belə quruluşları göstərmək üçün xüsusi kimyəvi işarələmələrdən istifadə 
olunur. Məsələn, GdC60SWNT onu göstərir ki, (SWNT-Single Wall Nano Tube), içərisində Gd 
elementi olan füllerenin birlaylı nanoboruya interkalyasiyası. Nanoboruya nəinki ayrı-ayrı atom və 
molekulları, hətta maddələr də doldurmaq olar. Təcrübələr göstərib ki, heç olmasa bir ucu boş olan 
nanoboru kapilyarlıq xassəsinə malikdir, yəni o, maddələri özünə çəkə bilər. Məhz bu xassəsinə 
görə nanoborudan mikroskopik konteyner kimi istifadə etmək olar. Belə konteynerlər vasitəsilə 
bioloji aktiv maddələri: zülalları, zəhərli qazları, yanacağın komponentlərini, hətta ərimiş metalları 
da daşımaq olar. Dərman pereparatlarını da deyilən üsulla daşımaq mümkündür. Müasir 
texnologiya belə sxemlərin reallaşmasına artıq hazırdır. 
Müasir dövrdə mikroelektronikada adi diodları almaq üçün əvvəl kimyəvi təmizləmə, sonra 
fotolitoqrafiya əməliyyatları, vakuumda termiki tozlandırma və s. kimi çoxlu əməliyyatlar aparılır. 
Demək olar ki, ən azından 8 texnoloji əməliyyat aparılır. Nanoboru vasitəsilə diod almaq üçün cəmi 
bir əməliyyat aparılır. Bu əməliyyat isə nanoborunun əyilməsindən ibarətdir. Nanobillboard 
kompaniyası nanotexnologiyanın köməyi ilə yaradılmış ən yaxşı məhsulun siyahısını tərtib 
etmişdir: üzvi maddədən hazırlanmış işiqşüalandırıcı diodlardan təşkil olunmuş displey olduqca 
nazik və yüngüldür, ona görə də cib kompüterlərində, rəqəmsal fotoaparat və kameralarda, 
həmçinin hərbi sahədə rabitə vasitələrində istifadə oluna bilər. Displeyə müxtəlif bucaq altında 
baxarkən xəyalın keyfiyyəti itmir [6]. 

Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə