Milli-Tehlukesizlik üz cdr


Antibakterial nanoörtüklər və nanoemulsiyalar



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə23/88
tarix07.06.2022
ölçüsü3 Mb.
#88981
1   ...   19   20   21   22   23   24   25   26   ...   88
meqalem tecavuzkar separatizm pdf

Antibakterial nanoörtüklər və nanoemulsiyalar 
Süni yaradılmış dərman daşıyıcıları-nanokapsullar (ölçüləri 100-600 nm tərtibindədir). DNT, 
zülal və başqa biomolekulların ekspress analizlərini aparan, diametri bir neçə on nm-dən bir neçə 
yüz nm-ə bərabər kanalları olan nanomayeli sistemlərdir. Takt tezliyi 1QHs olan nanoelektron 
qurğuları aşağıdakılardır: müxtəlif ossilyatorlar, nanometr ölçüdə yaddaş modulları, nanoboru 
əsasında vericilər və s. Bu qurğular, əsasən, silisium altlığında elektron-şüa litoqrafiyası üsulu ilə 
hazırlanmışdır. Takt tezliyi 1QHs olan nanoelektron qurğuları əldə edilmişdir. 
Nanoheterostruktur əsasında fotoelektrik çeviricisi 
Hazırda bütün dünyanı bürüyən qlobal enerji böhranı alternativ enerji mənbələrindən 
istifadəni ön plana çəkir. Ənənəvi enerji mənbələri neft, qaz, daş kömür artıq tükənmək üzrədir. 
Hətta günəşin nüvə reaksiyasını qidalandıran təbii hidrogen belə tükənəcəkdir. Digər tərəfdən 
ənənəvi enerji mənbələrindən istifadə zamanı ətrafa külli miqdarda zərərli qazlar və digər ziyanlı 
maddələr atılır ki, bu da insanlara zərər verməklə yanaşı, parnik effektini gücləndirməklə ikiqat 
ziyan vurur. 
Günəş enerjisi özünün potensialı, stabilliyi və ehtiyatına görə digər alternativ enerji 
növlərindən fərqlənir. Gözlənilir ki, XXI əsrdə istehlak olunacaq elektrik enerjisinin 50%-dən çox 
hissəsi günəş batareyaları vasitəsilə istehsal olunacaqdır. 
Nanostrukturlu günəş fotoçeviricisinin bir kaskadının ümumi görünüşü Şək.4-də 
göstərilmişdir. Aşağı hissə n-Ge, p-Ge-dan ibarət olub qadağan olunmuş zonanın eni 0,65 eV-a 


Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences
№3 (4)/2018 
TEXNİKİ ELMLƏR TECHNICAL SCIENCES
 
20
bərabərdir. Orta element n-GaAs və p-GaAs-dən təşkil olunmuşdur və E
g
=1,4 eV tərtibindədir. 
Yuxarı element isə n - və p - tip InGaP birləşməsindən təşkil olunmuş və qadağan zonanın eni 1,88 
eV-a bərabərdir. Elementlər arasında keçiriciliyi p-GaAs/n-GaAs və p-AlGaAs/n-InGaP kimi tunel 
keçidləri təmin edir. Kaskadların ümumi sayını artırdıqca hasil olunan enerjinin gücü də artır. Digər 
tərəfdən bir kaskadın ümumi sahəsi 2 mm
2
olduğundan ucuz Frenel linzalarından istifadə etməklə 
günəş şüalarını konsentrasiya etmək olur. 
Nəhayət, nanokompozitli polimer materiallar mobil telefonlarda da istifadə olunur. Belə 
mobil telefon sınmır, rəngi getmir və onu istənilən formaya salmaq olur, hətta kürə formasını da alır 
(Şək. 5) [7]. 

Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə