Milli-Tehlukesizlik üz cdr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə11/88
tarix07.06.2022
ölçüsü3 Mb.
#88981
1   ...   7   8   9   10   11   12   13   14   ...   88
meqalem tecavuzkar separatizm pdf

Atış şəkli
– yüngül tank əleyhinə vasitələrdən (tank əleyhinə qumbaraatan və yüngül tank 
əleyhinə idarəolunan raket komplekslərindən) atəş əldən (çiyindən) və ya qoşaayaqdan açılır. Digər 
ağır tank əleyhinə vasitələr dəzgahla təchiz edilir və ya döyüş texnikası üzərində quraşdırılır. Tank 
əleyhinə toplar top qundağı və ya özüyeriyən baza üzərində qurulur. Dəzgah (top qundağı, döyüş 
maşını) üzərindən atəş qoşaayaqdan atəşə, qoşaayaqdan atəş isə əldən atəşə nisbətən daha dəqiqdir, 
atəş gücünə müsbət təsir göstərir. Lakin dəzgahlı tank əleyhinə vasitələrin döyüş sahəsində daşınması 
və tez-tez yerdəyişmə həyata keçirməsi çətindir, bu isə, silahın mobilliyi və tətbiqiliyinə mənfi təsir 
göstərir. Bununla belə, ekspertlər hesab edir ki, əldən atəşlə müqayisədə qoşaayaq və dəzgahdan (top 
qundağından, döyüş maşınından) atəş 1.5 dəfə effektlidir. 

Heyət sayı
– artıq olduqca düşmən tərəfindən aşkar edilmə və vurulma ehtimalı artır, ona 
görə də bu say silahın yaşama davamlılığına mənfi təsir göstərir. Hesab olunur ki, bu təsir heyət sayı 
ilə mütənasibdir. 

Zirehdəlmə
böyük olduqca, mərminin (raketin, qumbaranın) hədəfə dəydiyi təqdirdə onu 
məhvetmə ehtimalını artırır, hədəfi, xüsusilə də qalın zirehə malik orta və ağır tankların məhv 
edilməsi üçün vacib göstəricidir, atəş gücünə müsbət təsir göstərir; ölçü vahidi - 
mm


İdarəetmə
– tank əleyhinə top və qumbaraatanlarda mərmi (qumbara) atıldıqdan sonra idarə 
olunmur. Tank əleyhinə idarəolunan raket (TƏİR) komplekslərində raketlər əllə, yarımavtomat və ya 
avtomatik rejimdə idarə olunur. Tank əleyhinə vasitələr üçün hədəf rolunu oynayan döyüş 
texnikasının yüksəkmanevrli olmasını nəzərə alsaq, tank əleyhinə raketin idarə edilməsi hədəfin 
vurulma dəqiqliyi baxımından çox vacibdir və atəş gücünə müsbət təsir göstərir. İdarəetməni 
qiymətləndirmək üçün ekspertlərin rəyinə görə qəbul etmək olar: idarə olunmayan - 0, əllə idarəetmə 
– 1, yarımavtomat rejimdə idarəetmə – 1.5, avtomatik rejimdə idarəetmə - 2. 
Tədqiqat çərçivəsində tank əleyhinə vasitənin effektivliliyinin ədədi qiymət kimi təyin 
olunması üçün [6]-da baxılan hipotezdən çıxış edəcəyik.
Tank əleyhinə vasitənin effektivlik dərəcəsi yuxarıda adı çəkilən taktiki-texniki göstəricilərin 
xətti kombinasiyası kimi hesablana bilər, bu kombinasiyanın əmsalları silahın məlum olan effektivliyi 
və taktiki-texniki xüsusiyyət göstəriciləri əsasında əlaqənin tədqiqindən təyin oluna bilər.
Beləliklə, tədqiqat işində tank əleyhinə vasitə kateqoriyasının effektivlik əmsallarına dair 
mövcud məlumatlardan çıxış etmək lazım gələcək. Biz belə məlumatlar kimi, [2, s.74-75]-da olan 
göstəricilərdən istifadə edirik. Onları cədvəl 1-də verək.



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə