Milli-Tehlukesizlik üz cdr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə8/88
tarix07.06.2022
ölçüsü3 Mb.
#88981
1   ...   4   5   6   7   8   9   10   11   ...   88
meqalem tecavuzkar separatizm pdf

Xülas
ə
.
Məqalədə tank əleyhinə vasitələrin effektivlik əmsalının təyin edilməsi sahəsində 
mövcud problemin mahiyyəti açıqlanır, effektivlik əmsalının onların taktiki-texniki xüsusiyyətlərinin 
xətti kombinasiyası kimi göstərilməsi və bunun əsasında həmin kateqoriyaya aid olan yeni silahların 
effektivlik əmsalının hesablanması üçün metod təklif olunur. Qurulmuş riyazi modeldən istifadə 
etməklə bir sıra tank əleyhinə vasitələr üçün effektivlik əmsalları hesablanır, mövcud effektivlik 
əmsalları ilə müqayisə edilir və riyazi modelin münasib olduğu göstərilir. Eyni zamanda, xətti 
kombinasiya üçün müəyyən edilmiş əmsallarla müvafiq taktiki-texniki xüsusiyyətin silahın 
effektivliyinə olan təsiri arasında “uyğunsuzluğu” araşdırmaq məqsədilə taktiki-texniki xüsusiyyət 
göstəricilərinin öz aralarında və onların hər biri ilə effektivlik əmsalının göstəricisi arasında 
korrelyasiya əlaqəsi öyrənilir, həmin göstəricilər üçün Pirsonun xətti korrelyasiya əmsalları 
hesablanır. Effektivlik əmsalının döyüş xüsusiyyətlərindən - silahın atəş gücü, mobilliyi, yaşama 
davamlılığı və tətbiqiliyindən, onların isə, öz növbəsində taktiki-texniki xüsusiyyətlərdən asılılığı 
modelləşdirilir, taktiki-texniki xüsusiyyətlərin təsirini xarakterizə edən əmsalların işarə və 
qiymətlərində müşahidə olunan “uyğunsuzluq” onların döyüş xüsusiyyətlərinə müxtəlif cür təsiri ilə 
izah edilir. 
Açar sözlər:
tank əleyhinə vasitə, döyüş xüsusiyyətləri, taktiki-texniki xüsusiyyət göstəriciləri, 
effektivlik əmsalı, neyron şəbəkəsi, ən kiçik kvadratlar metodu, xətti korrelyasiya əmsalı. 
 
Giriş 
Digər silah və hərbi texnika kateqoriyalarında olduğu kimi, tank əleyhinə vasitələrin də 
effektivliyi dedikdə, onun taktiki-texniki xüsusiyyətlərindən irəli gələn və əsas funksional xassələri 
ilə əks etdirilən döyüş imkanlarının inteqral xarakteristikası nəzərdə tutulur [1, s.4]. Tank əleyhinə 
vasitələrin effektivlik əmsalları bölmələrin döyüş potensialının, başqa sözlə, düşmənin zirehli 
texnikasına qarşı döyüş imkanlarının hesablanması üçün ilkin verilənlər rolunu oynayır. Təlimnamə, 
dərslik və digər mənbələrdə bu əmsallar, adətən cədvəl şəklində hazır verilir. Lakin bu cədvəllərdə 
göstərilmiş tank əleyhinə vasitələrin siyahısı tam olmur və nümunə kimi, yalnız bir neçə silahın 
effektivlik əmsalı verilir. Qeyd etmək lazımdır ki, müxtəlif mənbələrdə eyni bir tank əleyhinə vasitəni 
xarakterizə edən effektivlik əmsalları bir çox hallarda fərqli olur. Bundan başqa, silahlanmaya yeni 
daxil olan tank əleyhinə vasitələrin effektivlik əmsalının müəyyənləşdirilməsi problemlər yaradır və 
hər hansı bir mənbədən bu əmsalların əldə edilməsi uzun müddət mümkün olmur, cədvəllərdə belə 
öz əksini tapmır.
Digər tərəfdən müxtəlif cədvəllərdə verilən bu cür əmsalların hesablanma metodu və ya 
mənbəyi göstərilmir. Bəzi mənbələrdə [1, 2, 3, 4] effektivlik əmsalının hesablanma metodu təklif 
edilsə də, bu metodlardakı bir sıra çatışmazlıqlar silahlanmaya yeni daxil olan tank əleyhinə 
vasitələrin effektivlik əmsalının təyin edilməsini çətinləşdirir. Bunlardan aşağıdakıları göstərmək 
olar: 

eyni bir tank əleyhinə vasitə üçün müxtəlif metodlarla hesablanan əmsallar bir-birindən 
fərqlənir; 

metodlarda istifadə olunan düstur, qrafik və cədvəllər əsaslandırılmır, onların doğruluğunu 
yoxlamaq mümkün olmur;



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə